Qaynar xətt

Polis bölməsində vətəndaşa işgəncə verilib? - DİN cavab verir

Məzahir Abdurahmanov
30 May, 2023
691

Ağdaş rayon Qolqəti kənd sakinləri Oktay Bəndəliyev və Bəsti Bəndəliyeva Toplum TV-nin Qaynar Xəttinə müraciət ediblər. Onlar deyir ki,oğulları Qalib Bəndəliyev martın 30-u saat 09:03 də işlədiyi mağazadan heç bir sənət təqdim edilmədən mülki geyimli şəxslər tərəfindən  saxlanılıb və Ağdaş rayon polis bölməsinə aparılıb. Ailəyə Qalib Bəndəliyevin saxlanıldığı saat 14:12-də  bildirilib. Ailə polis bölməsində oğullarına zorakılıq edildiyini deyir.

Qalib Bəndəliyev haqqında məhkəmə qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib. Ailəni dolandıran Qalib Bəndəliyev saxlanıldıqdan sonra ailənin sosial durumu daha da pisləşib.

Qalib Bəndəliyevin həyat yoldaşı Suqra Bəndəliyeva Toplum TV –nin Qaynar Xəttinə yazaraq bildirib ki, istintaq Şəki Ağır Cinayətlər məhkəməsində aparılır. Ancaq Suqra Bəndəliyeva işin gedişindən narazıdır. O, məhkəmədə narkotiklə bağlı heç bir sübutun göstərilmədiyini deyir. Suqra Bəndəliyeva müstəntiqdən və həyat yoldaşına işgəncə göstərən əməliyyatçılardan bir çox dövlət qurumlarına  şikayət etdiyini söyləyir.

Daxili işlər Nazirliyinin sözçüsü Elşad Hacıyev Toplum TV-nin sorğusuna cavab olaraq bildirib ki, ailənin iddiaları əsassızdır.

Qaynar Xətt verlişinin qonağı olan Hüquqşunas Xalid Bağırov söyləyir ki, vətəndaş saxlanılarkən üzərində axtarış aparılmalı idi. Hüquqşunas işgəncə faktına da münasibət bildirib və əlavə olaraq qeyd edib ki, azərbaycan məhkəmələrində düzgün qərar verilmədiyi halda, Avropa məhkəməsinə müraciət edilə bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

İşıq, su, yol yoxdur, kəndlilər kəndi tərk edir

Esmira Cavadova
17 Avqust 2023

Toplum TV

Toplum Tv-nin efirində “Qaynar Xətt” verilişinə baxırsınız. Verilişdə qaynar xəttimizə gələn şikayətlər, onların əsasında hüquqşünas məsləhətləri və əhalinin digər problemləri barədə müzakirələr olacaq. Bugünkü müzakirəmizi hüquqşünas Namizəd Səfərovla aparacağıq. “Qaynar Xətt” hər həftənin bazar ertəsi və cümə axşamı saat 12:00-da canlı yayımlanır.
Qaynar xətt

"Kanalizasiyaya görə qonşu ilə davalıyam"- Nərimanov rayon sakini

Toplum TV
26 İyul 2023
Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yaşayan vətəndaşlar  uzun illərdir ki, çirkab sularının daşaraq ətrafa ziyan vurmasından şikayətçidirlər. Məsələ ilə bağlı dəfələrlə Azərsuya müraciət olunub.  20.90-cı məhəllənin sakinləri iddia edirlər ki, bu müraciətlər əsassız qalıb, dəyişən heç nə yoxdur. Cəmilə Əzim

Seçilmiş Videolar

Toplum TV loqo