"Mənim oğlumu qanunsuz surətdə işdən çıxarıblar" - şikayətçi
Zərəngiz Məhərrəmova Şamaxı rayonunun Məlikçobanlı kəndində yaşayır. Deyir, oğlu Məhərrəmov Şövqi 2019-cu ildə DOST İş Mərkəzinə müraciət edib və yaşadıqları ərazidəki İcra Nümayəndəliyinə təmizlikçi köməkçisi kimi işə qəbul olub.
Ş.Məhərrəmov iş yoldaşları ilə birgə verilən tapşırığı yerinə yetirən zaman DOST İş Mərkəzindən Şamaxı rayon İH-nə monitorinq heyəti gəlir.
Bundan sonra Ş.Məhərrəmov işdən çıxarılır.
Şamaxı rayon İH-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Rəşad Vəliyev bildirib ki, təmsil etdiyi qurumun vətəndaşı işdən çıxarmaq r səlahiyyəti yoxdur.
Dost İş Mərkəzinin mətbuat katibi Rüfət Seyidov Topkum TV-yə açıqlamasında bildirir ki, Ş.Məhərrəmovun işdən çıxarılmasında qanuni əsas var. Belə ki, o, İH-də aparılan hər iki monitorinqdə də iş yerində olmadığı üçün əmək müqaviləsinə xitam verilib.
Ş.Məhərrəmov isə R.Seyidovun dediklərini qəbul etmir. O, yenidən işdən çıxarılmasının qərəzli olduğunu düşünür.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Göyçay sakini: Məşğulluq Mərkəzinin məşğuliyyəti vətəndaşları get-gələ salmaqdır
Açıq mənbələrdən götürülüb
Şikayətçi: Haqsız yerə işdən çıxarılan şəhid qardaşından rüşvət istənilir
Açıq mənbələrdən götürülüb