Qaynar xətt

"Pensiya qalxsa belə, mən dərmana pul çatdıra bilmirəm" - şikayətçi

Fatimə Mövlamlı
13 Fevral, 2023
154

İlhamə Həsənova oğlu Mirsəməd Həsənovla Biləsuvar rayonundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gəlib. O deyir, oğlunun əlillik dərəcəsini dəyişmək istəyir.

İ.Həsənova deyir ki, 37 ildir oğlunun qayğısını tək çəkir. M.Həsənov da təsdiqləyir ki, anası olmadan keçinə bilmir.

ƏƏSMN-nin Vətəndaşların Qəbulu şöbəsinin əməkdaşı Malik Şərbətov şikayətçiləri iş otağına dəvət edib. 

İ.Həsənova bildirir ki, qəbul şöbəsində ona Biləsuvar rayon Xəstəxanasına müraciət etmək tövsiyyə olunub.

ƏƏSMN-nin mətbuat xidmətinin katibi Tural Qurbanov bildirir ki, əlilliyin qiymətləndirilməsi aidiyyatı qurumlar tərəfindən vətəndaşla bağlı müvafiq sənədlər təqdim edildiyi halda həyata keçirilir.

sinxron- "Əlilliyinin qiymətləndirilməsi ilk növbədə aidiyyəti qurumlar tərəfindən vətəndaşla bağlı müvafiq sənədlər təqdim edildiyi halda həyata keçirilir. 

Həsənov Mirsəməd Heydər oğluna 12.04.2012-ci ildə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılıb. Hazırda isə vətəndaşın əlilliyinin gücləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən heç bir göndərişi yoxdu."

Həsənovlar yenidən Biləsuvar rayonuna qayıtmağa hazırlaşır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Vətəndaş məmurlardan narazıdır: “Nə pulumu qaytarırlar, nə maşınımı”

Fatimə Mövlamlı
17 Mart 2023
İlqar Məmmədov 2016-cı ildə tanıdığı bir şəxsdən avtomobil alıb. Həmin maşını öz adına rəsmiləşdirmək istədiyində məlum olub ki, maşını ona satan şəxsin iki banka borcu olduğundan avtomobilin üzərinə həbs qoyulub.  İ.Məmmədov deyir, maşını aldığı şəxs nə onun pulunu qaytarır, nə də ki, maşının üzərindəki həbsin götürülməsinə çalışır. Bundan sonra Xətai Rayon Polis İdarəsinə gedən şikayətçi polisin iş materiallarında cinayət tərkibi aşkarlamadığından mülki formada məhkəməyə müraciət edib.  Şikayətçinin sözlərinə görə icraçılar məhkəmə qərarını icra etməkdən yayınır. Vəkil Nemət Kərimli bu kimi hallarda vətəndaşın icra məmurlarını Ədliyyə Nazirliyinin daha yuxarı instansiyalarına şikayət etmək hüququ yarandığını deyir. Məsələ ilə Ədliyyə Nazirliyindən münasibət öyrənmək...
Qaynar xətt

"Sahil Babayev, götür bu 80 manatı, qoy cibinə" - Şikayətçi

Fatimə Mövlamlı
16 Mart 2023
Elnur Rüstəmov İkinci Qarabağ Müharibəsi qazisidir. O deyir, döyüşlərdə kəllə-beyin travması aldıqdan sonra müalicə olunmadan döyüşməyə davam edib,  amma bunun əvəzində əlillik müraciətinə imtina cavabı alıb. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Vətəndaşların Qəbulu şöbəsinin əməkdaşı Malik Şərbətov şikayətçinin ciddi cəhdlə qəbula aparmağa çalışır. Elnur Rüstəmov isə əvvəllər də sözügedən qurumda qəbulda olsa da, müsbət nəticə görmədiyi üçün onlara etimadı qalmadığını  deyir. ƏƏSMN-nin sözçüsü Tural Qurbanov bildirir ki, E.Rüstəmovun sağlamlıq vəziyyəti əlillik təyinatı almaq üçün uyğun deyil: E.Rüstəmov əlillik dərəcəsi alanadək müraciətlərinə davam edəcəyini deyir.

Seçilmiş Videolar

Toplum TV loqo