Şəmkir rayon sakini Şükür İsmayılov deyir, cari ilin 16 yanvar tarixində iki övladını qızdırma və öksürək şikayətilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparıb.
Ş.İsmayılovun sözlərinə görə o, ilk müraciətlərində övladlarının qızdırmasını aşağı salmaq üçün özü dərman alıb. Lakin, axşam saatların uşaqlardan birinin qızdırması 40 dərəcəyə yüksəldiyi üçün yenidən xəstəxanaya gedib. amma yenə dərdlərinə çarə edən olmayıb.
Məsələ ilə bağlı Şəmkir rayon Mərkəzi Xəstəxanasının direktoru Emin İsmayılovla bir-neçə dəfə əlaqə saxlasaq da, o, sualımızı dinləmədən telefonu qapadı.
Ümumi cərrah Adil Qeybullanın sözlərinə görə, xəstəxanaların dərmanla təmin edilməsinə TƏBİB nəzarət edir.
TƏBİB-in İctimaiyyətlə Əlaqələr Şöbəsindən isə münasibət öyrənmək mümkün olmayıb.
Şəmkir rayonundan əlaqə saxladığımız başqa vətəndaşlar da rayonun Mərkəzi Xəstəxanasında dərman preparatları ilə təmin edilmədiklərini qeyd edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Göyçay sakini: Məşğulluq Mərkəzinin məşğuliyyəti vətəndaşları get-gələ salmaqdır
Açıq mənbələrdən götürülüb
Şikayətçi: Haqsız yerə işdən çıxarılan şəhid qardaşından rüşvət istənilir
Açıq mənbələrdən götürülüb