Qaynar xətt

Şikayətçi evindəki qonağa görə sosial yardım ala bilmədiyini deyir

29 Dekabr, 2022
381

Açıq mənbələrdən götürülüb

Sosial yardım

Rəşad Mehdili: “Ərizə-bəyannamədə qeyd olunmayan ev sahibinin də həmin ünvanda ailə ilə birgə yaşadığı aşkarlanıb”

Xaçmaz rayonunun Xudat şəhər sakini Seydbalayev Ruslan Toplum TV-nin qaynar xəttinə yazaraq ünvanlı sosial yardım ala bilmədiyini qeyd edir. Şikayətçi dəfələrlə müraciət etsə də, müxtəlif bəhanələrlə ona imtina cavabı verildiyini deyir.

“Özüm dövlət işində işləyirəm və 280 manat maaş alıram. 8 və 2 yaşlarında iki övladım var. Vəziyyətimiz olduqca ağırdır, ev şəraitim acınacaqlı haldadır. Ünvanlı sosial yardım ala bilmək üçün 2020-ci ildə bir dəfə müraciət etdim və 4 ay bu yardımı aldım. Sonra səbəbsiz yerə kəsildi. Həmin ilin sentyabrında yenidən müraciət etdik. O zaman yoldaşım hamilə idi. Yoxlama isə 2021-ci ilin yanvar ayında, yəni müraciətimizdən 4 ay sonra gəldi. Həmin vaxt isə artıq ikinci övladım dünyaya gəlmişdi. Bizə dedilər ki, uşaq sistemdə qeyd edilməyib. Başa saldıq ki, o zaman uşaq hələ dünyaya gəlməmişdi. Ancaq buna baxmayaraq, yenə imtina cavabı verdilər. Sentyabr ayından bugünə kimi 4 dəfə müraciət etmişəm. Yenə də imtina cavabı gəlib”.

https://toplum.tv/multimedia/pquotelillik-derecesi-alana-qeder-muumlbarize-aparacamquot-sikayetccedilip

R. Seydbalayev ünvanlı sosial yardım üçün həyat yoldaşı Günel Seydbalayevanın adından müraciət etdiklərini deyir.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Toplum TV-ə bildirdi ki, imtinaya səbəb müayinə zamanı ərizə-bəyannamədə qeyd olunmayan ev sahibinin də həmin ünvanda ailə ilə birgə yaşadığının aşkarlanması olub:

“Xaçmaz rayon sakini Günel Seydbalayevanın bu ilin noyabrın 21-də etdiyi müraciətə əsasən ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinə zamanı ərizə-bəyannamədə qeyd olunmayan ev sahibinin də həmin ünvanda ailə ilə birgə yaşadığı aşkarlanıb. Eyni hal bu ilin oktyabrın 17-də edilən müraciət zamanı da aşkarlanıb. Hər iki müraciətə bu səbəbdən imtina verilib. Həmçinin Günel Seydbalayevanın 20 sentyabr 2022-ci il tarixli müraciətində isə ev telefonunun ərizə-bəyannamədə təsdiqini tapmaması imtina cavabının verilməsinə səbəb olub”.

Şikayətçi R. Seydbalayeva isə evdə olan şəxsin onların ailəsinə heç bir aidiyyətinin olmadığını, onalara qonaq gəldiyini  deyir. G. Seydbalayevanın adına olan telefon  nomrəsinin isə müraciətlərində qeyd etdiklərini iddia edir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Şikayətçi: "Savadsızlığımızın ucbatından bizi aldatdı"

13 Oktyabr 2023

Toplum TV

Şölə Qarayeva Yevlax rayonunun Havarlı kəndində yaşayır. O, 2005-ci ildə Havarlının bələdiyyə sədri Sərvan Musayevdən 24 sot torpaq alıb. Deyir, sözügedən torpağın 12 sotu 50 illik müqavilə ilə onlara verilib. Sonradan isə məcburi köçkün olmaları bəhanə edilərək, başqasının adına keçirilib.
Qaynar xətt

Qəsəbəni ikiyə bölən yol: bir tərəfdə rifah, digər tərəfdə səfalət

12 Oktyabr 2023

Toplum TV

Toplum Tv-nin efirində “Qaynar Xətt” verilişinə baxırsınız. Verilişdə qaynar xəttimizə gələn şikayətlər, onların əsasında hüquqşünas məsləhətləri və əhalinin digər problemləri barədə müzakirələr olacaq. Bugünkü müzakirəmizi hüquqşünas Səməd Rəhimli ilə aparacağıq.

Seçilmiş Videolar

Toplum TV loqo