Şikayətçi: Haqsız yerə işdən çıxarılan şəhid qardaşından rüşvət istənilir
Açıq mənbələrdən götürülüb
Rüşvət
Tovuzun Vahidli kənd sakini Ceyran Həsənova 3 oğlundan ikisinin vətən uğrunda sağlamlığını itirdiyini, birinin isə şəhid olduğunu deyir. C. Həsənova onlara heç bir dəyər verilmədiyini, əksinə qanunazidd olaraq bir oğlunun da haqsız yerə işdən çıxarıldığını iddia edir.
“Oğlum Həsənov Naməddin Tofiq oğlu 2010-2021-ci illərdə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Tovuz Regional Mərkəzində baş aqronom, şöbə müdiri və son olaraq da direktor vəzifələrində çalışıb. Daha sonra oğlumun müqavilə müddətinin başa çatmasını bəhanə edərək işdən çıxarıblar. Bu günə qədər Kənd Təsərrüfatı Nazirliyinə çoxsaylı müraciət edərək bildirmişəm ki, oğlumun işdən çıxarılması qeyri-qanunidir. Çünki Nazirlər Kabinetinin 15 yanvar 1994-cu il tarixli 10 saylı qərarının 3.2.9 bəndində qeyd olunur ki, idarə və təşkilatlarda ixtisar gedərsə, şəhid ailəsi üzvlərinə toxunulmur. Müəssisənin fəaliyyəti tam dayandırılsa belə şəhid ailəsi üzvləri diğər təşkilatda işlə təmin olunurlar. Oğlumun işlədiyi təşkilatda isə heç bir ixtisar getməyib, əksinə idarə daha da genişlənib”.
Şikayətçinin sözlərinə görə Kənd Təsərrüfatı Nazirliyinin Rəşad Vahabzadə adlı əməkdaşı oğlu Naməddin Həsənovun işində qalması üçün ondan 25 min manat rüşvət tələb edib. Bu rüşvəti vermədikləri və şikayətçi olduqları üçün həmin şəxsin onlara zəng edərək təhqir etdiyini iddia edən C. Həsənova əllərində bunu sübut edəcək səs yazısının da olduğunu deyir.
Nazirlik: “Vətəndaşa yeni strukturda dəfələrlə yeni iş təklif olunub”
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşa yeni strukturda dəfələrlə yeni işlər təklif edilsə də, o bunu rədd edib.
“Vətəndaş Nazirliyə müraciət edib. Struktur islahatları nəticəsində ixtisara düşüb, vətəndaşa yeni strukturda dəfələrlə yeni iş təklif olunub, lakin o, bundan imtina edib. Vətəndaş bu barədə məlumatlıdır”.
Nazirliyin əməkdaşının 25 min manat rüşvət istəməsi iddiasına gəlincə isə bildirildi ki, vətəndaş bununla bağlı məhkəməyə müraciət edə bilər.
“Vətəndaşın əlində fakt varsa, hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edə bilər”, - deyə açıqlamada qeyd olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Vətəndaş məmurlardan narazıdır: “Nə pulumu qaytarırlar, nə maşınımı”
"Sahil Babayev, götür bu 80 manatı, qoy cibinə" - Şikayətçi