Qaynar xətt

Şikayətçi qızının pensiyasının kəsilməsindən şikayətçidir

Günel Manaflı
17 Yanvar, 2023
101

Açıq mənbələrdən götürülüb

Pensiya

“Qızımın pensiyasını 2022-ci ilin dekabr ayından kəsiblər. Yenidən müraciət etsək də, imtina cavabı almışıq”.

Bu sözləri Toplum TV-nin qaynar xəttinə Goranboy rayonu Baxçakürd kənd sakini Vamiq Vəliyev yazıb.

Şikayətçinin sözlərinə görə qızı Vəliyeva Lətifə epilepsiyadan və əqli gerilikdən əziyyət çəkir.

“Qızım 22.02.2012-ci ildə anadan olub. Anadangəlmə əqli zəif və sudurqalıdır. 2016-cı ildən pensiya alırdı. 2022-ci ilin dekabrında pensiyası kəsildi. Kəsilməsinə səbəb 3 illik komissiyadan keçmə vaxtının tamam olması idi. Biz rayon mərkəzi xəstəxanasında forma 88 düzəldib vurdurduq. Ancaq imtina cavabı gəldi. İmtinaya səbəb isə forma 88-in düzgün doldurulmaması göstərilir. Xəstəxanadan isə deyirlər ki, biz forma 88-i düzgün doldurub sistemə vurmuşuq. Fakt, mənim övladım anadan gəlmə xəstədir. Bizi niyə süründürməçiliyə məruz qoyurlar, anlamıram”.

https://toplum.tv/qaynar-xett/pvetendas-ldquoqaccedilqinkomrdquodan-sikayetlenir-ev-ve-ccediloumlrek-pulumuzu-vermirlerp

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov Toplum TV-ə bildirdi ki, göndərişdə vətəndaşın instrumenal müayinə nəticələri ətraflı qeyd olunmayıb.

“Vəliyeva Lətifə Vamiq qızının əlilliyinin qiymətləndirilməsi ilk növbədə tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edilmiş göndəriş əsasında, özünün iştirakı olmadan aparılıb. Müəyyən edilib ki, göndərişdə vətəndaşın instrumenal müayinə nəticələri ətraflı qeyd olunmayıb. Bu səbəbdən ona 05.01.2023-cü il tarixində e-sistem üzərindən imtina qərarı verilib. Buna baxmayaraq, vətəndaş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə ediləcək və qanunvericiliyə uyğun olaraq əlilliyin qiymətləndirilməsi aparılacaq.

Vətəndaşla əlaqə saxlanıldı və bununla bağlı məlumat verildi”.

Məsələni diqqətdə saxlayacağıq.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Göyçay sakini: Məşğulluq Mərkəzinin məşğuliyyəti vətəndaşları get-gələ salmaqdır 

Günel Manaflı
30 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Göyçay rayonunun 1-ci Ərəbcəbirli kənd sakini Qadir İsmayılov 2020-ci ildən bəri işsiz olduğunu, azyaşlı övladlarının tələbatlarını qarşılaya bilmədiyini deyir.   Şikayətçinin sözlərinə görə, Göyçay rayon Məşğulluq Mərkəzi 2 ildən çoxdur ki, onu get-gələ salır və işlə təmin etmir. Övladlarına baxa bilməsi üçün təcili iş tapmalı olduğunu vurğulayan Göyçay sakini deyir ki, hazırda sözlə ifadə edilə bilməyəcək qədər çətin durumdadır:  “2020-ci ildə Məşğulluq Mərkəzinə müraciətim əsasında DOST İş Mərkəzinin xətti ilə Göyçay Mənzil İstismar İdarəsində 2 aylıq işlə təmin olunmuşdum. Ondan sonra yenidən müraciət etdim ki, uzunmüddətli müqavilə ilə öz işimi davam etdirim, lakin mənə "Hazırda yalnız 2 aylıq işlər mövcuddur,...
Qaynar xətt

Şikayətçi: Haqsız yerə işdən çıxarılan şəhid qardaşından rüşvət istənilir

Günel Manaflı
27 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Tovuzun Vahidli kənd sakini Ceyran Həsənova 3 oğlundan ikisinin vətən uğrunda sağlamlığını itirdiyini, birinin isə şəhid olduğunu deyir. C. Həsənova onlara heç bir dəyər verilmədiyini, əksinə qanunazidd olaraq bir oğlunun da haqsız yerə işdən çıxarıldığını iddia edir. “Oğlum Həsənov Naməddin Tofiq oğlu 2010-2021-ci illərdə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Tovuz Regional Mərkəzində baş aqronom, şöbə müdiri və son olaraq da direktor vəzifələrində çalışıb. Daha sonra oğlumun müqavilə müddətinin başa çatmasını bəhanə edərək işdən çıxarıblar. Bu günə qədər Kənd Təsərrüfatı Nazirliyinə çoxsaylı müraciət edərək bildirmişəm ki, oğlumun işdən çıxarılması qeyri-qanunidir. Çünki Nazirlər Kabinetinin 15 yanvar 1994-cu il tarixli...

Seçilmiş Videolar

Toplum TV loqo