Qaynar xətt

Şikayətçi: Sosial yardım almalıyam, amma pulu kartdan çəkə bilmirəm

Günel Manaflı
28 Fevral, 2023
112

Açıq mənbələrdən götürülüb

Sosial yardım

Rəşad Mehdili: “Yardımçı təsərrüfat barədə məlumatlar düzgün göstərilmədiyindən yardımdan imtina edilib”

Goranboy rayonu Baxçakürd kənd sakini Hüseyn Hüseynova sosial yardım təyin edilsə də, ala bilmir. Bu haqda şikayətçi özü Toplum TV-nin qaynar xəttinə yazıb. H. Hüseynov ünvanlı sosial yardım üçün kartına üç aylıq  məvacib köçürülsə də, həmin pula “stop” qoyulduğunu qeyd edir.

“Sosial vəziyyətimiz olduqca ağırdır. Çox çətinliklə dolanırıq. Buna görə də ünvanlı sosial yardım ala bilmək üçün sənədləri toplayıb müraciət etdik. Gəlib evimizə, yaşayış şəraitimizə baxış keçirildikdən sonra müsbət cavab aldıq. 2022-ci ilin dekabrında bizə sosial yardım təyin edildi. Sosial yardım təyin edildikdən bir ay sonra, yəni yanvarda təkrar evimizə baxış keçirildi. Həmin ərəfədə babam öz mal-qarasını bizim həyətin arxasına salmışdı. Onu soruşdular, izah etdim. Yoldaşım xəstə olduğu üçün bibisi bizə gəlmişdi. Həmin şəxsin də qonaq olduğunu bildirdim. Bundan sonra heç nə deməyib getdilər”.

https://toplum.tv/qaynar-xett/psaatli-rayonunda-uccediluq-soumlkuumlk-divarlar-arasinda-tehsilp

H. Hüseynov ünvanlı sosial yardım təyin olunması ilə bağlı mesaj alsa da, kartın gəlməsi ilə bağlı hansısa mesaj almadığını deyir.

“2023-cü ilin fevral ayında 196 nömrəli qaynar xəttə zəng edib oyrəndim ki, kartım gəlib. Gedib Goranboy rayonundan kartımı alıb bankomata salanda gördüm ki, kartımda 1489 manat 35 qəpik pul var. 3 aylıq müavinət salınıb. Ancaq nə qədər etdimsə, çəkə bilmədim. Yenidən banka üz tutub niyə pulu ala bilməməyimlə maraqlandım. Dedilər ki, bankla bağlı bir problem deyil. Goranboy rayon sosial fonda müraciət etdim. Dedilər ki, hesaba stop qoyulub. 5-6 günə açılar. Ancaq açılmadı”.

Şikayətçi deyir ki, hesabına niyə blok qoyulduğu bardə ona heç bir məlumat verilməyib”.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Toplum TV-nin sorğusuna cavab olaraq bildirdi ki,vətəndaşa əvvəlcə sosial yardım təyin edilsə də, təkrar yoxlama zamanı yardımçı təsərrüfatı düzgün göstərmədiyi üçün imtina verilib:

“Goranboy rayon sakini Hüseynov Hüseyn Arzu oğlunun ünvanlı dövlət sosial yardımına müraciətinə əsasən ailəyə yardım təyin edilsə də, təkrar monitorinq yoxlaması zamanı ailənin yardımçı təsərrüfat barədə məlumatları düzgün göstərməməsi səbəbindən yardımdan imtina edilib”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Vətəndaş məmurlardan narazıdır: “Nə pulumu qaytarırlar, nə maşınımı”

Fatimə Mövlamlı
17 Mart 2023
İlqar Məmmədov 2016-cı ildə tanıdığı bir şəxsdən avtomobil alıb. Həmin maşını öz adına rəsmiləşdirmək istədiyində məlum olub ki, maşını ona satan şəxsin iki banka borcu olduğundan avtomobilin üzərinə həbs qoyulub.  İ.Məmmədov deyir, maşını aldığı şəxs nə onun pulunu qaytarır, nə də ki, maşının üzərindəki həbsin götürülməsinə çalışır. Bundan sonra Xətai Rayon Polis İdarəsinə gedən şikayətçi polisin iş materiallarında cinayət tərkibi aşkarlamadığından mülki formada məhkəməyə müraciət edib.  Şikayətçinin sözlərinə görə icraçılar məhkəmə qərarını icra etməkdən yayınır. Vəkil Nemət Kərimli bu kimi hallarda vətəndaşın icra məmurlarını Ədliyyə Nazirliyinin daha yuxarı instansiyalarına şikayət etmək hüququ yarandığını deyir. Məsələ ilə Ədliyyə Nazirliyindən münasibət öyrənmək...
Qaynar xətt

"Sahil Babayev, götür bu 80 manatı, qoy cibinə" - Şikayətçi

Fatimə Mövlamlı
16 Mart 2023
Elnur Rüstəmov İkinci Qarabağ Müharibəsi qazisidir. O deyir, döyüşlərdə kəllə-beyin travması aldıqdan sonra müalicə olunmadan döyüşməyə davam edib,  amma bunun əvəzində əlillik müraciətinə imtina cavabı alıb. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Vətəndaşların Qəbulu şöbəsinin əməkdaşı Malik Şərbətov şikayətçinin ciddi cəhdlə qəbula aparmağa çalışır. Elnur Rüstəmov isə əvvəllər də sözügedən qurumda qəbulda olsa da, müsbət nəticə görmədiyi üçün onlara etimadı qalmadığını  deyir. ƏƏSMN-nin sözçüsü Tural Qurbanov bildirir ki, E.Rüstəmovun sağlamlıq vəziyyəti əlillik təyinatı almaq üçün uyğun deyil: E.Rüstəmov əlillik dərəcəsi alanadək müraciətlərinə davam edəcəyini deyir.

Seçilmiş Videolar

Toplum TV loqo