Toplum TV-nin qaynar xəttinə müraciət edən vətəndaşa pensiya təyin edilib
Açıq mənbələrdən götürülüb
Pensiya
Lənkəranın Cil kənd sakini Heydərova Xoşbəxt Toplum TV-nin qaynar xəttinə müraciət edərək anası Heydərova Sevincin illərdir ağır şizofren xəstəsi olduğunu və pensiyasının kəsildiyini bildirmişdi.
O, anasının pensiyasının yenidən bərpa edilməsi üçün sənədləri toplayaraq 2015, 2021-2022 və 2023-cü illərdə müraciət etsə də,imtina cavabı alıb.
Şikayətçinin problemi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov Toplum TV-ə bildirdi ki, vətəndaş əyani müayinəyə gəlməlidir.
Əyani müayinədən keçən vətəndaşa nəhayət ki, 5 aprel 2023-cü ildə 5 illik pensiya təyin edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Gəncədə aksiya: "Necə ki, biz yurdsuz qaldıq, onlar da cəzasını çəksin"