Qaynar xətt

Vətəndaş “Qaçqınkom”dan şikayətlənir: ev və çörək pulumuzu vermirlər

5 Yanvar, 2023
606

Rəsmi səhifə

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi

Ağdamın Xındırıstan kənd sakini Şərafət İsmayılova səbəbsiz yerə uşaqlarının “çörək pulu”nun (rəsmi: məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə verilən vahid aylıq müavinət) kəsildiyini bildirir. O, həmçinin məcburi köçkünlər üçün nəzərdə tutulan ev növbəsində dursa da, bu evin də ona verilmədiyini iddia edir.

“Özüm ağdamlı, yoldaşım isə Kəlbəcərdəndir. 2001 və 2004-cü il təvəllüdlü iki qız övladım var. 2007-ci ildə həyat yoldaşımdan ayrılmışam. Biz ayrıldıqdan bir müddət sonra uşaqların “çörək pulu”nu kəsdilər. “Qaçqınkom” (Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi) bizi aldadaraq  növbəsində durduğumuz evi də vermədi. Hazırda iki qızımla birgə İmişlidə kafenin yanında kiçik bir daxmada yaşayırıq. Kürdəmirdə qaçqınlar üçün ev tikirdilər. “Qaçqınkom” bizi də siyahıya aldı. Dedilər ki, hazır ol, ev tikilən kimi sizi köçürəcəyik. Hamı yığıldı, mənə isə xəbər göndərdilər ki, guya mənim adıma Xındırıstanda ev var. Mən gedib adıma heç bir torpaq və mülkün olmaması ilə bağlı təmizlik kağızı aldım. Ancaq yenə də evi vermədilər”.

https://toplum.tv/qaynar-xett/psikayetccedili-evindeki-qonaga-goumlre-sosial-yardim-ala-bilmediyini-deyirp

Uşaqlarının müavinəti ilə bağlı “Qaçqınkom”a müraciət etdiyini deyən şikayətçi buradan da müsbət cavab ala bilməyib: “Bir ay əvvəl “Qaçqınkom”un qaynar xəttinə zəng etdim. Mənə dedilər ki, sizə “çörək pulu” düşmür. Səbəbini soruşduqda isə dedilər, bilmirik. Çox çətinliklə dolanırıq. Uşaqları tək başıma böyütmüşəm. 4 ildir şəkər zavodunda işləyirəm və 276 manat maaş alıram. Qızlarım da heç yerdə işləmir. Uşaqların alimenti də kəsilib”.

Şikayətlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə sorğu göndərdik. Sorğumuza cavab olaraq araşdırma zamanı vətəndaşın adına ev və torpaq aşkarlandığı bildirildi.

“Dövlət Komitəsində fəaliyyət göstərən komissiyanın apardığı araşdırma zamanı İsmayılova Şərafət Elxan qızının Ağdam rayonunun Xındırıstan kəndində 3.02 hektar torpaq sahəsi və fərdi mənzili olduğu müəyyən edilib.

Məcburi köçkünlərə yeni mənzillərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən tənzimlənir. Qaydanın 2.11.2.-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən, ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir”.

Aylıq müavinətin kəsilməsinə də qurum tərəfindən aydınlıq gətirilib:

 “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1.-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən, ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə vahid aylıq müavinətin verilməsi şamil edilmir”.

Şikayətçi Ş.İsmayılova isə adına heç bir torpağı, evin olmadığını, hətta bunu təsdiq edəcək sənədinin də olduğunu bildirərək haqsızlıqla üzləşdiyini iddia edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Şikayətçi: "Savadsızlığımızın ucbatından bizi aldatdı"

13 Oktyabr 2023

Toplum TV

Şölə Qarayeva Yevlax rayonunun Havarlı kəndində yaşayır. O, 2005-ci ildə Havarlının bələdiyyə sədri Sərvan Musayevdən 24 sot torpaq alıb. Deyir, sözügedən torpağın 12 sotu 50 illik müqavilə ilə onlara verilib. Sonradan isə məcburi köçkün olmaları bəhanə edilərək, başqasının adına keçirilib.
Qaynar xətt

Qəsəbəni ikiyə bölən yol: bir tərəfdə rifah, digər tərəfdə səfalət

12 Oktyabr 2023

Toplum TV

Toplum Tv-nin efirində “Qaynar Xətt” verilişinə baxırsınız. Verilişdə qaynar xəttimizə gələn şikayətlər, onların əsasında hüquqşünas məsləhətləri və əhalinin digər problemləri barədə müzakirələr olacaq. Bugünkü müzakirəmizi hüquqşünas Səməd Rəhimli ilə aparacağıq.

Seçilmiş Videolar

Toplum TV loqo