Qaynar xətt

Vətəndaş sosial yardım ala bilmir, hüquqşünas rəsmi qurumu ittiham edir

Məzahir Abdurahmanov
17 May, 2023
23

Vamiq Vəliyev Goranboy rayon sakinidir. O, 5 uşaq atasıdır. Toplum TV – nin qaynar xəttinə müraciət edən Vamiq Vəliyev sosial durumunun yaxşı olmadığından gileylənir. Sosial yardım almaq üçün etdiyi müraciətlərinə də baxılmadığını iddia edir.

Vamiq Vəliyevin həyat yoldaşı Şəlalə Haqverdiyeva sosial yardım üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edib. Bununla bağlı Toplum TV-yə Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili tərəfindən verilən məlumata görə, vətəndaş elektron müraciətdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinin sənədinin nömrəsini düzgün yazmadığına görə müraciətinə imtina cavabı verilib. 21 aprel 2023-cü il tarixində etdikləri müraciətlərinə də imtina cavabı gəlib. Buna səbəb isə şəxsiyyət vəsiqəsinin vaxtının bitməsi göstərilib. Ümidini itirməyən ailə mayın 8-də yenidən müraciət edib.

Şikayətçinin problemi bununla da bitmir. Onun qızı epilepsi xəstəsidir. Xəstəliyinə görə 2016-cı ildən pensiya alır.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov Toplum TV-yə bildirib ki, Vəliyeva Lətifə Vamiq  qızı ilə bağlı elektron sistemə daxil edilmiş göndərişdə vətəndaşın instrumental müayinə nəticələri qeyd olunmadığına görə əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Lətifə Vəliyeva 03.02.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə edilib. Tural Qurbanov qeyd edir ki, vətəndaşın tibbi səndlərinə və əyani müayinə nəticələrinə əsasən əlavə müalicəyə ehtiyacının olması barədə qərar qəbul edilib.

Qaynar Xətt verlişinin qonağı olan Hüquqşunas Xalid Bağırov məsələni şərh edib. O qeyd edir ki, ünvanlı sosial yardım sistemi xırda detallar üzərində qurulduğu üçün, rahatlıqla bəhanələr gətirə bilirlər.

Xalid Bağırov pensiyanın kəsilməsi ilə bağlı olan problemin də səbəblərini verlişdə izah edib. O deyir ki, qanunvericilikdə bunun üçün fırıldaq imkanı yaradıblar.

Hüquqşunas söyləyir ki, gecdə olsa əlilliyi bərpa edilir və yenidən pensiya ilə təmin olunur. Ancaq bu 6 ay ərzindəverilməli olan pensiya dövlət tərəfindən mənimsənilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Gəncədə aksiya: "Necə ki, biz yurdsuz qaldıq, onlar da cəzasını çəksin"

Fatimə Mövlamlı
31 May 2023
Bura Gəncə Ağır Cinayətlər Məhkəməsinin qarşısıdır. 2021-ci ilin iyununda Tovuz rayonunun İbrahimhacılı kəndində baş verən yanğında ölən Yaqut Quliyeva və Həqiqət Cabbarovanın yaxınları məhkəmənin qarşısında aksiya keçirib. Onlar deyir, yanğın təsadüfən baş verməyib. Yanğını evə soyğun etmək məqsədilə girən Elcan Bağırov və Quliyev soyadlı iki şəxs törədib. Quliyev saxlanılan zaman yetkinlik yaşına çatmadığından adı mətbuata açıqlanmır. Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Toplum tv-yə bildirib ki, təqsirləndirilən şəxslər hər iki qadını bıçaqla qətlə yetirərək, evdən 65 manat, qızıl sırğa və mobil telefon götürüblər. Daha sonra evi yandırıblar. Bundan sonra faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup...
Qaynar xətt

Qeydiyyata düşə bilməyən vətəndaş: "Bəs mən havada qalım?"

Fatimə Mövlamlı
31 May 2023
İradə Heybətova Bakı şəhər sakinidir. Deyir, Suraxanı qəsəbəsindəki yaşadığı evi satıb, Nərimanov rayonunda kirayə yaşamağa başlayıb. Amma qeydiyyatı hələ də satdığı evdə imiş. 2023-cü ilin mayayında isə onu həmin ünvandan qeydiyyatdan çıxarıblar.  Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev məsələ ilə bağlı Toplum Tv-yə bildirib ki, şikayətçi polisin inzibati binasına qeydiyyata düşmək üçün rəsmi müraciət etməlidir. Polisin çıxaracağı qərardan razı qalmazsa, bu halda məhkəməyə müraciət edə bilər.

Seçilmiş Videolar

Toplum TV loqo