Qaynar xətt

Vətəndaş yol polisinin, yol polisi isə vətəndaşın haqsız olduğunu deyir

Məzahir Abdurahmanov
4 May, 2023
163

Göyçay sakini Sənan Mahmudov keçən ilin sentyabr ayında maşın alıb. Elə başına nə gəlibsə, bundan sonra gəlib. 

Sənan Mahmudovun iddia edir ki, maşında normativ tələbləri pozacaq heç bir dəyşiklik etməyib. Bununla belə ona cərimə yazılıb.  

Şikayətçi bildirir ki, 2023-cü ilin mart ayının 7-si maşını öz adına keçirib. Qeyd edir ki, həmin vaxt 5-dən çox mütəxssis maşına baxış keçirdib. Baş dövlət yol polisinin ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru Elvin Hacıyev Toplum TV yə açıqlamasında deyir ki, baxış zamanı normativ tələblərə baxılmır. 

İnspektor Elvin Hacıyev əlavə olaraq qeyd edir ki, Sənan Mahmudovun cərimələnməsi qanunidir və Sənan Mahmudovun imzaladığı sənəd cərimənin qərarlı olduğunu bildirir.

Qaynar Xətt verlişinin qonağı olan Hüquqşunas Xalid Bağırov deyir ki, belə hallarda qərardan şikayət etmək lazımdır. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Gəncədə aksiya: "Necə ki, biz yurdsuz qaldıq, onlar da cəzasını çəksin"

Fatimə Mövlamlı
31 May 2023
Bura Gəncə Ağır Cinayətlər Məhkəməsinin qarşısıdır. 2021-ci ilin iyununda Tovuz rayonunun İbrahimhacılı kəndində baş verən yanğında ölən Yaqut Quliyeva və Həqiqət Cabbarovanın yaxınları məhkəmənin qarşısında aksiya keçirib. Onlar deyir, yanğın təsadüfən baş verməyib. Yanğını evə soyğun etmək məqsədilə girən Elcan Bağırov və Quliyev soyadlı iki şəxs törədib. Quliyev saxlanılan zaman yetkinlik yaşına çatmadığından adı mətbuata açıqlanmır. Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Toplum tv-yə bildirib ki, təqsirləndirilən şəxslər hər iki qadını bıçaqla qətlə yetirərək, evdən 65 manat, qızıl sırğa və mobil telefon götürüblər. Daha sonra evi yandırıblar. Bundan sonra faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup...
Qaynar xətt

Qeydiyyata düşə bilməyən vətəndaş: "Bəs mən havada qalım?"

Fatimə Mövlamlı
31 May 2023
İradə Heybətova Bakı şəhər sakinidir. Deyir, Suraxanı qəsəbəsindəki yaşadığı evi satıb, Nərimanov rayonunda kirayə yaşamağa başlayıb. Amma qeydiyyatı hələ də satdığı evdə imiş. 2023-cü ilin mayayında isə onu həmin ünvandan qeydiyyatdan çıxarıblar.  Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev məsələ ilə bağlı Toplum Tv-yə bildirib ki, şikayətçi polisin inzibati binasına qeydiyyata düşmək üçün rəsmi müraciət etməlidir. Polisin çıxaracağı qərardan razı qalmazsa, bu halda məhkəməyə müraciət edə bilər.

Seçilmiş Videolar

Toplum TV loqo