Vətəndaşın davamlı şikayətləri təmin olundu, nazirlik müsbət cavab verib
Quba rayon sakini Şöhrət Absəlimov 6 fevral 2023-cü ildə social müavinat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Ancaq müraciətinə müsbət cavab ala bilməyib.
Şikayətçi qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qaynar xəttindən ona bildirilib ki, müraciətlər çox olduğu üçün çatdıra bilmirlər.
Toplum TV şikayətlə əlaqədar olaraq Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxlayıb.
Rəşad Mehdili əvvəlcə araşdıralacağını desə də bir müddət sonra əlaqə saxlayaraq problemin həll olunduğunu və ailəyə 1 il müddətinə 453,53 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edildiyini qeyd edib. Vətəndaş may ayının ünvanlı sosial yardım ödənişləri zamanı Kapital bankın istənilən filialına yaxınlaşıb kartını və məbləği əldə edə bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Toplum TV
Qəsəbəni ikiyə bölən yol: bir tərəfdə rifah, digər tərəfdə səfalət
Toplum TV
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?