Qaynar xətt

Vətəndaşın mülkü üçün kompensassiya başqa birinə ödənilib

Fatimə Mövlamlı
6 Mart, 2023
109

Svetlana Əhmədova Ağ Şəhər sakinidir. O deyir, Ağ Şəhər ərazisində ona məxsus ev və obyekt icazəsi olmadan Xətai rayon İcra Hakimiyyəti tərəfindən sökülüb. 
 
S. Əhmədova deyir ki, mülklərinin qarşılığında ona çatmalı olan 302 min manatın 228 mini başqa adama ödənilib. Bunu da belə əsaslandırırlar ki, həmin şəxs sizin mülkünüzə qeydiyyatdadır. Şikayətçi isə, bu iddianı qəbul etmir. 

Xətai rayon İcra Hakimiyyətinin sözçüsü Pənah İmanov Toplum Tv-yə məsələni araşdıracağını desə də, sonradan zənglərə cavab verməyib.  

Hüquqşünas Yalçın İmanov məsələ ilə bağlı bildirir ki, belə bir şey hüquqi olaraq mümkün deyil: 

“Həm dövlət ehtiyacları üçün torpaq sahəsini və mənzili alanda, və yaxud da  ki, dövlət ehtiyacı olmasa belə mənzilin torpaq sahəsinin mülkiyyətçisilə razılaşma əldə edilir, müqavilə bağlanır, kompensassiya mülkiyyətçinin bank hesabına ödənilir. Başqa cür mümkün deyil. Yəni, başqa cür artıq mülkiyyət hüququnun pozuntusu ortaya çıxır”. 

S.Əhmədovaya Baş Prokurorluqda mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunub. O isə hələ ki, mediaya üz tutmağa üstünlük verir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Vətəndaş məmurlardan narazıdır: “Nə pulumu qaytarırlar, nə maşınımı”

Fatimə Mövlamlı
17 Mart 2023
İlqar Məmmədov 2016-cı ildə tanıdığı bir şəxsdən avtomobil alıb. Həmin maşını öz adına rəsmiləşdirmək istədiyində məlum olub ki, maşını ona satan şəxsin iki banka borcu olduğundan avtomobilin üzərinə həbs qoyulub.  İ.Məmmədov deyir, maşını aldığı şəxs nə onun pulunu qaytarır, nə də ki, maşının üzərindəki həbsin götürülməsinə çalışır. Bundan sonra Xətai Rayon Polis İdarəsinə gedən şikayətçi polisin iş materiallarında cinayət tərkibi aşkarlamadığından mülki formada məhkəməyə müraciət edib.  Şikayətçinin sözlərinə görə icraçılar məhkəmə qərarını icra etməkdən yayınır. Vəkil Nemət Kərimli bu kimi hallarda vətəndaşın icra məmurlarını Ədliyyə Nazirliyinin daha yuxarı instansiyalarına şikayət etmək hüququ yarandığını deyir. Məsələ ilə Ədliyyə Nazirliyindən münasibət öyrənmək...
Qaynar xətt

"Sahil Babayev, götür bu 80 manatı, qoy cibinə" - Şikayətçi

Fatimə Mövlamlı
16 Mart 2023
Elnur Rüstəmov İkinci Qarabağ Müharibəsi qazisidir. O deyir, döyüşlərdə kəllə-beyin travması aldıqdan sonra müalicə olunmadan döyüşməyə davam edib,  amma bunun əvəzində əlillik müraciətinə imtina cavabı alıb. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Vətəndaşların Qəbulu şöbəsinin əməkdaşı Malik Şərbətov şikayətçinin ciddi cəhdlə qəbula aparmağa çalışır. Elnur Rüstəmov isə əvvəllər də sözügedən qurumda qəbulda olsa da, müsbət nəticə görmədiyi üçün onlara etimadı qalmadığını  deyir. ƏƏSMN-nin sözçüsü Tural Qurbanov bildirir ki, E.Rüstəmovun sağlamlıq vəziyyəti əlillik təyinatı almaq üçün uyğun deyil: E.Rüstəmov əlillik dərəcəsi alanadək müraciətlərinə davam edəcəyini deyir.

Seçilmiş Videolar

Toplum TV loqo