Zaqataladan şikayət: Paralic xəstəsinə niyə müavinət verilmir?
Zaqatala rayon Əliabad qesebe sakini Maya Mahmudova yataq xəstəsidir. Ona baxan qızı Cəmilə Rəhimova sosial durumları yaxşı olmadığı üçün anasını müalicə elətdirə bilmir Cəmilə Rəhimova deyir ki, anasına sosial müavinat almaq üçün Dövlət Sosial Müdafiə fonduna etdiyi müraciətə də imtina cavabı verilib.
Toplum TV-nin Qaynar Xəttinə müraciət edən Cəmilə Rəhimova nə edəcəyini bilmir. O istəyir ki, müraciətinə yenidən baxılsın.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov Toplum TV-nin sualına cavab olaraq bildirib ki, vətəndaşın ixtisaslaşmış tibb müəssisəsində aldığı müalicə müddəti yetərli olmadığına görə əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Əlavə olaraq qeyd edib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən evdə əyani baxış keçiriləcək və qanunvericiliyə uyğun olaraq əlilliyin qiymətləndirilməsi ilə bağlı müvafiq qərar veriləcək.
Qaynar Xətt verlişinin qonağı olan Hüquqşunas Xalid Bağırov deyir ki, şikayətçinin problemi qurumlar arası kommunikasiya problemlərindən qaynaqlanır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Toplum TV
"Kanalizasiyaya görə qonşu ilə davalıyam"- Nərimanov rayon sakini