Qaynar xətt

Qəzalı ev, işsizlik, çətin dolanışıq

Nuray Kamal
11 Noyabr, 2022
377

Şamaxı rayon sakini Sahib Əhmədov evinin qəzalı vəziyyətdə olmasından şikayət edir. 2019-cu ildə Şamaxı rayonunda baş verən zəlzələ onun da mənzilindən yan keçməyib. 4 ildir, 5 nəfərlik ailəsi ilə birgə qəzalı evdə yaşamağa məcbur olduğunu deyir. Şikayətçi deyir, dövlət qurumlarına köməklik göstərilməsi üçün dəfələrlə üz tutsa da, onunla maraqlanan olmayıb. FHN-dən isə Sahib Əhmədova yazılı olaraq bildirilib ki, evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilib. Şamaxı Rayon İH-nin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Xəlil İsgəndərov Toplum TV-ə açıqlamasında bildirib ki, bərpa siyahısına daxil edilən evlərə FHN nəzarət edir. Sahib Əhmədov ünvanlı sosial yardım ala bilməməsindən də gileylənir. Deyir, sosial yardım üçün iş yerindən sənəd tələb olunur. 

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə Əlaqələr departamentinin müdiri Rəşad Mehdili Toplum Tv-ə açıqlamasında bildirib ki, vətəndaşın həyat yoldaşının əmək qabiliyyətli olduğuna görə işlədikdən sonra sosial yardım üçün müraciət edə bilər.  

Şikayətçinin dolanışığının çətinliyi ilə yanaşı, həm də soyuq aylar yaxınlaşdığından evinin qəzalı vəziyyətdə olması da narahat edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Vətəndaş məmurlardan narazıdır: “Nə pulumu qaytarırlar, nə maşınımı”

Fatimə Mövlamlı
17 Mart 2023
İlqar Məmmədov 2016-cı ildə tanıdığı bir şəxsdən avtomobil alıb. Həmin maşını öz adına rəsmiləşdirmək istədiyində məlum olub ki, maşını ona satan şəxsin iki banka borcu olduğundan avtomobilin üzərinə həbs qoyulub.  İ.Məmmədov deyir, maşını aldığı şəxs nə onun pulunu qaytarır, nə də ki, maşının üzərindəki həbsin götürülməsinə çalışır. Bundan sonra Xətai Rayon Polis İdarəsinə gedən şikayətçi polisin iş materiallarında cinayət tərkibi aşkarlamadığından mülki formada məhkəməyə müraciət edib.  Şikayətçinin sözlərinə görə icraçılar məhkəmə qərarını icra etməkdən yayınır. Vəkil Nemət Kərimli bu kimi hallarda vətəndaşın icra məmurlarını Ədliyyə Nazirliyinin daha yuxarı instansiyalarına şikayət etmək hüququ yarandığını deyir. Məsələ ilə Ədliyyə Nazirliyindən münasibət öyrənmək...
Qaynar xətt

"Sahil Babayev, götür bu 80 manatı, qoy cibinə" - Şikayətçi

Fatimə Mövlamlı
16 Mart 2023
Elnur Rüstəmov İkinci Qarabağ Müharibəsi qazisidir. O deyir, döyüşlərdə kəllə-beyin travması aldıqdan sonra müalicə olunmadan döyüşməyə davam edib,  amma bunun əvəzində əlillik müraciətinə imtina cavabı alıb. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Vətəndaşların Qəbulu şöbəsinin əməkdaşı Malik Şərbətov şikayətçinin ciddi cəhdlə qəbula aparmağa çalışır. Elnur Rüstəmov isə əvvəllər də sözügedən qurumda qəbulda olsa da, müsbət nəticə görmədiyi üçün onlara etimadı qalmadığını  deyir. ƏƏSMN-nin sözçüsü Tural Qurbanov bildirir ki, E.Rüstəmovun sağlamlıq vəziyyəti əlillik təyinatı almaq üçün uyğun deyil: E.Rüstəmov əlillik dərəcəsi alanadək müraciətlərinə davam edəcəyini deyir.

Seçilmiş Videolar

Toplum TV loqo