Qaynar xətt

Şəhid ailəsi: Bizə heç bir imtiyaz verilmədi 

Günel Manaflı
15 Sentyabr, 2022
1091

Toplum TV

Sumqayıt şəhər sakini Minarə Seyidova şəhid ailəsi olduğunu və illərdir ki, diqqətdən kənarda qaldığını deyir.  
 
Onun sözlərinə görə, onlara şəhid ailələrinə verilən imtiyazların heç biri verilməyib. 
 
“Yoldaşım Ruslan Seyidov 1993-cü ildə Beyləqan uğrunda gedən döyüşlərdə şəhid olub. O, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub. Yoldaşım şəhid olduqdan sonra 2 azyaşlı övladımla evin bütün yükü mənim çiyinlərimdə qaldı. Tibb bacısı işləyərək onları min bir əziyyətlə böyüdüb, təhsil vermişəm. Ancaq bu gün övladlarıma, şəhid balalarına bu ölkədə bir iş tapılmır. Məşğulluq İdarəsinin isə ali təhsilli övladlarıma təklif etdiyi iş ancaq fəhləlikdir. Oğlum ailəsini dolandıra bilmək üçün Rusiyaya işləməyə gedib. 29 ildir ki, şəhid ailəsi olaraq bizə laqeyd və etinasız münasibət göstərilir. 29 il ərzində mən birdəfəlik 11 min manat sığorta ödənişindən və şəhid ailəsinə verilən təqaüddən başqa, qanunla şəhid ailələri üçün nəzərdə tutulmuş heç bir imtiyazdan və güzəştdən istifadə etməmişəm”, - deyə o qeyd edib.  

https://toplum.tv/multimedia/sikayetci-icra-bascisinin-tehdidi-ile-istefa-erizemi-yazdim
 
Şikayətçi iddia edir ki, sosial vəziyyətinin ağırlığı, mənzil şəraitinin pis olması barədə aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, nəticəsiz qalıb: “Bu illər ərzində vəziyyətimizlə bağlı Sumqayıtın 4 icra başçısına, bələdiyyəyə, Ombudsmana, deputata və digər vəzifəli şəxslərə müraciət etsəm də, bir cavab ala bilməmişəm. 1993-cü ildən bu günə qədər 1-2 tədbirə dəvəti, bayramları, əlamətdar günləri istisna etməklə, demək olar ki, heç bir rəsmi qurumdan mənim qapımı döyən, vəziyyətimizlə maraqlanan olmayıb”.  
 
M. Seyidovanın sözlərinə görə, fərdi yaşayış evi tikmək üçün ona nə torpaq sahəsi verilib, nə də "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanuna müvafiq olaraq mənzillə təmin olunub.  
 
Bələdiyyədən sonuncu müraciətimə isə cavab olaraq bildirilib ki, fərdi ev tikmək üçün hazırda torpaq sahəsi yoxdur. 
 
Sumqayıt İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Zaur Süleymanlı “Toplum TV”-yə deyib ki, şəhid ailəsinə lazımı köməklik göstərilib: “Seyidova Minarə mənzillə bağlı Sumqayıt İcra Hakimiyyətinə müraciət edib. Şikayətçiyə bildirilib ki, gedib tələb edilən sənədləri yığıb evlər idarəsinə versin. Bu barədə ona köməklik edilib. İşlə bağlı məsələyə gəlincə isə bununla bağlı bizə müraciət etməyib. İşlə bağlı təminatı Məşğulluq İdarəsi həyata keçirir. Ola bilməz ki, şəhid ailəsinə düşən hər hansısa bir imtiyazı İcra Hakimiyyəti öhdəsinə götürməsin”. 
 
"Oğlumu gözləyirəm ki, gəlsin, çünki hazırda Rusiyadadır. O gəlməlidir ki, nəvələrimin sənədlərini hazırlasın və Rusiyada olan digər nəvəmin də sənədlərini tərcümə etdirsin. Amma iki nəvəmin sənədləri burada olsa da, təsdiqləmirlər", - deyə Seyidova bildirib.  
 
İddialara Sumqayıt bələdiyyəsindən münasibət almaq mümkün olmayıb.  
 
Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu şəhid xanımı Minarə Seyidovanın bəzi tələblərinin imtiyazlara daxil olmadığını bildirib: “Şəhid ailələrinin hamısına ev verilmir. Qanunda yazılıb ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər evlə təmin oluna bilər, əgər şəhidlik statusu alıbsa. Bunun üçün də rayon və şəhər icra hakimiyyətlərində müvafiq komissiyalar var. Sənədlər bu komissiyaya təqdim edildikdən sonra ailə güzəştli mənzil növbəsinə götürülür. Torpaqla bağlı hansısa bir qanun sərəncam isə yoxdur. Qanunda hərbçi qulluqçu veteranlara əgər ev verilməyibsə, yaşadığı rayon üzrə qeydiyyata alıb torpaqla təmin etməlidirlər. Ancaq təəssüf ki, bunu etmirlər”. 

https://toplum.tv/qaynar-xett/cenab-prezident-mene-komek-etsin-qanuna-riayet-eden-yoxdur
 
O bildirib ki, şəhid övladlarının işə götürülməsi ilə bağlı qanundan hər hansı bir imtiyaz yoxdur: "“Dövlət qulluğu haqqında" Qanun var. Biz Qarabağ Qazilər Birliyi olaraq vahid dövlət orqanlarına təkliflər göndərmişik. Bu təkliflərdən biri budur ki, şəhid övladları, qazi, veteran övladlarından birini dövlət qulluğuna imtahan vermədən işə götürsünlər. Bunun hələ ki müzakirəsi gedir. Şəhid övladı özünəməşğulluğa müraciət etsin”. 
 
Şəhid ailələrinə müxtəlif maddi və ərzaq yardımına gəlincə isə R. Kərimoğlu bu qanunda olmasa da, müxtəlif iş adamlarının təşəbbüsü ilə icra hakimiyyətləri tərəfindən həyata keçirildiyini deyib: “Bunun üçün müraciət etmək lazımdır. Çünki dövlət idarə etməsində hələ elə mədəniyyət formalaşmayıb ki, şəhid və qazi ailələrini qeydə alıb, onlara tez-tez baş çəksinlər, əlaqə saxlasınlar".  
 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Sınıq-salxaq maşına görə sosial yardım ala bilmir  

Fatimə Mövlamlı
29 May 2023
Səməndər Piriyev Ağcəbədi rayon sakinidir. Deyir, qazancı ailəsini dolandırmağa imkan vermir. Ünvanlı sosial yardım almaq üçün ƏƏSMN-nə müraciət edtdikdə isə mənfi cavab alıb.   Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun sözçüsü Rəşad Mehdili Toplum tv-yə bildirib ki, ünvanlı sosial yardım üçün müraciət edən ailənin istifadəsində və ya mülkiyyətində nəqliyyat vasitəsi olduqda ünvanlı sosial yardım təyinatından imtina olunur. S. Piriyevin də ailəsinin mülkiyyətində nəqliyyat vasitəsi müəyyən edildiyindən ailənin ünvanlı dövlət sosial yardım hüququ yaranmır.
Qaynar xətt

Qazi: "12 nəfər bir evdə yaşayırıq" 

Fatimə Mövlamlı
24 May 2023
Rəvan Təhməzov İkinci Qarabağ qazisidir. Üçüncü qrup müddətsiz əlil kimi pensiya alır. Qazilər və şəhid ailələri üçün tikiləcək evlərdən birinə sahib olmaq üçün Sosial Xidmətlər Agentliyində qeydiyyata düşüb.  Ona söz verilən ev üçün isə 2025-ci ilə qədər gözləməli olduğu deyildiyini bildirir. O, hazırda yaşadıqları evin şəraitsizliyindən gileylənir.  R.Təhməzov deyir, ev növbəsində dəyişiklik edilməsini və ona söz verilən mənzili daha tez almaq istəyir.   Rəvan Təhməzovun mənzili nə vaxt veriləcək və növbəni tezləşdirmək mümkündürmü?   Sosial Xidmətlər Agentliyinin rəsmisi Murad Həşimov bu barədə Toplum TV-yə bildirib ki, Rəvan Təhməzovun mənzillə təminatı da növbədə olan digər imtiyazlı vətəndaşlarda olduğu kimi qanunvericiliyə uyğun...

Seçilmiş Videolar

Toplum TV loqo