Qaynar xətt

Şəkidə lətifə kimi hadisə: İşıq İdarəsi sakinin həyətinə icazəsiz transfarmator qoyub, indi də...

Günel Manaflı
26 İyul, 2022
1436

Toplum TV

“İşıq İdarəsinin nə haqqı var ki, həyətimə transfarmator qoysun və qapımın kilidini sındırıb  istədiyi vaxt həyətimə girib çıxsın?”

 “2000-ci ildə Heydər Əliyev sonuncu dəfə Şəkiyə gələndə rayon İcra Hakimiyyəti bizim icazəmiz və xəbərimiz olmadan 1912-ci ildən tikilən və yoldaşıma xalasından miras qalan evi yerlə-yeksan etdi ki, görünüşü pisdir, prezident görməsin. Həmin evdə yaşamadığımız üçün bu haqda bizə qonşular xəbər verdi. Gedib etiraz etdikdə dedilər ki, sizə kömək göstərəcəyik, evi yenidən tikərsiniz”.

Bu haqda Toplum TV-yə danışan Şəki şəhər sakini Aygün Məmmədovanın sözlərinə görə, verilən vədə əməl edilməyib, evi öz hesablarına tikiblər.

Şəki şəhər Məhəmməd Əmin Rəsulzadə küçəsi 32 nomrəli evdə yaşayan ailə indi də divarlarına bitişik qoyulmuş transfarmator problemi ilə üzləşib.

Şikayətçi deyir ki, İşıq İdarəsinin işçiləri onların icazəsi olmadan qapının kilidini qıraraq həyətə girir, transfarmatora baxırlar.

https://toplum.tv/qaynar-xett/sikayetci-verdiyi-rusvetin-ise-yaramamasindan-narazidir

400 ailəyə xidmət edən transfarmatorun həyətindən götürülməsini tələb edən Aygün Məmmədova İşıq İdarəsinə, İcra Hakimiyyətinə rəsmi müraciət etsə də, probleminin həll edilmədiyini bildirir.

“İcra Hakimiyyətindən mənə deyirlər ki, evi həyətin aşağı hissəsində tikərdin”

“İllərdir əlimə düşən vəsaiti bu evin tikintisinə qoymuşam ki, 29 yaşlı oğlumu evləndirib həmin evə yerləşdirim. Ancaq bu gün evimizdə yaşamağa imkan vermirlər. Axı işıq idarəsinin nə haqqı var ki, mənim icazəm olmadan həyətimə transfarmator qoysun və qapımın kilidini sındırıb həyətimə istədiyi vaxt girib çıxsın? İcra Hakimiyyətindən mənə deyirlər ki, evi həyətin aşağı hissəsində tikərdin. Axı bu həyət mənimdir, istədiyim yerdə tikə bilərəm. Bu qədər məmur özbaşınalığı olmaz”,- şikayətçi belə söyləyir.

İşıq İdarəsi: “Transfarmatoru götürməkdə biz də maraqlıyıq”

Şəki İşıq İdarəsinin müdiri Elgün Məmmədov Toplum TV-yə vətəndaşın həyətinə yerləşdirilən transfarmatorun oradan götürülməsində onların da maraqlı olduğunu deyir.

“Transfarmator çöl tərəfdən vətəndaşın hasarına bitişikdir. Bizim transfarmator məntəqəsi 1956-cı ildə quraşdırılıb. Bu gün onu götürüb qoymağa yer yoxdur. Əvvəllər transfarmatorun əhatəsi boş olub. Sonradan yerli idarəetmə qurumları tərəfindən həmin torpaq sahələri satılıb”.

O, bununla bağlı rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinin Şəki regional müəssisəsinə müraciətlər etdiklərini bildirir.

https://toplum.tv/qaynar-xett/vetendas-internet-problemiyle-bagli-7-ildir-eyni-cavabi-alir-anten-qurasdirilacaq

E.Məmmədov transfarmatoru yerləşdirməyə yer ayrılması üçün Şəki bələdiyyəsinə belə müraciət etsələr də, cavab almadıqlarını vurğulayır.

Şəki Bələdiyyəsinin torpaq mütəxəssisi İlham Xəlilov bununla bağlı şəhər 12 saylı Şəki Ərazi İdarəsinə müraciət ünvanlandığını deyir.

Onun söylədiyinə görə, aylardır transfarmatorun oradan götürülməsinə çalışırlar.

“Sadəcə onun hara qoyulması məsələsi qalıb. Həmin transfarmatorun ətrafındakı qapalı ərazinin dövlətə ya bələdiyyəyə məxsus olduğunu bilmək üçün dəfələrlə Əmlak Komitəsi yanında Reyestr xidmətinə məktub yazıb, müraciətlər etmişik, cavab gözləyirik. Vətəndaş tələskənlik edir. O haqlıdır. Amma biz də əlimizdən gələni edirik ki, problem həllini tapsın”.  

Şikayətçi Aygün Məmmədova isə bildirir ki, işıq transfarmatoru ora 1956-cı ildə qoyulmayıb. Bundan başqa, həmin ərazinin onlara məxsus olmasına dair Daşınmaz Əmlakının Dövlət Reyestri xidmətindən əllərində sənəd var. Şikayətçi məsələnin səbəbsiz yerə yubandığını iddia edir.

Şəki şəhər İcra Hakimiyyətindən isə məsələyə yazılı münasibət veriləcəyi, cavabın 15 gün, 1 ay çəkə biləcəyi deyildi.

Şikayətçi Aygün Məmmədova artıq səbrinin qalmadığını və aidiyyəti qurumların bəhanələrə son qoyub həyətindəki ransfarmatoru götürməsini tələb edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Sınıq-salxaq maşına görə sosial yardım ala bilmir  

Fatimə Mövlamlı
29 May 2023
Səməndər Piriyev Ağcəbədi rayon sakinidir. Deyir, qazancı ailəsini dolandırmağa imkan vermir. Ünvanlı sosial yardım almaq üçün ƏƏSMN-nə müraciət edtdikdə isə mənfi cavab alıb.   Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun sözçüsü Rəşad Mehdili Toplum tv-yə bildirib ki, ünvanlı sosial yardım üçün müraciət edən ailənin istifadəsində və ya mülkiyyətində nəqliyyat vasitəsi olduqda ünvanlı sosial yardım təyinatından imtina olunur. S. Piriyevin də ailəsinin mülkiyyətində nəqliyyat vasitəsi müəyyən edildiyindən ailənin ünvanlı dövlət sosial yardım hüququ yaranmır.
Qaynar xətt

Qazi: "12 nəfər bir evdə yaşayırıq" 

Fatimə Mövlamlı
24 May 2023
Rəvan Təhməzov İkinci Qarabağ qazisidir. Üçüncü qrup müddətsiz əlil kimi pensiya alır. Qazilər və şəhid ailələri üçün tikiləcək evlərdən birinə sahib olmaq üçün Sosial Xidmətlər Agentliyində qeydiyyata düşüb.  Ona söz verilən ev üçün isə 2025-ci ilə qədər gözləməli olduğu deyildiyini bildirir. O, hazırda yaşadıqları evin şəraitsizliyindən gileylənir.  R.Təhməzov deyir, ev növbəsində dəyişiklik edilməsini və ona söz verilən mənzili daha tez almaq istəyir.   Rəvan Təhməzovun mənzili nə vaxt veriləcək və növbəni tezləşdirmək mümkündürmü?   Sosial Xidmətlər Agentliyinin rəsmisi Murad Həşimov bu barədə Toplum TV-yə bildirib ki, Rəvan Təhməzovun mənzillə təminatı da növbədə olan digər imtiyazlı vətəndaşlarda olduğu kimi qanunvericiliyə uyğun...

Seçilmiş Videolar

Toplum TV loqo