Şəmkir sakini: Elə bil Afrikadayıq, içməyə su tapmırıq
Şəmkir rayonunun Yeni Yol kənd sakinləri susuzluqdan şikayət edirlər. Sakinlərin sözlərinə görə, nə içməyə, nə də təsərrüfatlarını suvarmağa su tapılır. Kənddə iki artezian var, amma bunlar kənd sakinlərinin tələbatını ödəmir.
Şəmkir rayonu Təzəkənd kənd sakini Polad Vəliyev deyir ki, Yeni Yol kəndində may ayından artezian quyusu qazılsa da, suyun vurulması müxtəlif bəhanələrlə gecikdirilir:
“Prezident 2021-ci ildə Şəmkir rayonunda 10 ədəd artezian quyusunun qazılması barədə sərəncam verdi. Bunun üçün də 1 milyon 400 min manat pul ayrıldı. Yeni Yol kəndində may ayından quyu qazılıb, burada transfarmator, elektrik şkafı var. Bizə lazım olan boru və mühərrikdir. Onları da gətirib artezian idarəsinə yığıblar, istifadəyə vermək istəmirlər. Artezian quyusunu qazmaqda tender olan “North West” şirkəti prosesi uzadır. Bəhanə edir ki, “Azərişıq” quyuları xəttə qoşmaq üçün hələ limit ayırmayıb. Kənd camaatı olaraq bu problemlə bağlı müraciət etmədiyimiz yer qalmayıb. Şəmkir Rayon İcra Hakimiyyətinə də dəfələrlə müraciət etmişik. Ancaq bir nəticəsi olmayıb. Elə bil Afrikadayıq, içməyə, həyətimizi suvarmağa su tapmırıq”.
https://toplum.tv/multimedia/sikayetci-icra-bascisinin-tehdidi-ile-istefa-erizemi-yazdim
Şikayətçi deyir ki, təsərrüfatı suvarmaq üçün kənd camaatına Şəmkir su anbarından su verilməlidir. Ancaq havalar isti keçdiyi üçün oradan da su verilmir ki, su quruyub.
P. Vəliyevin sözlərinə görə, susuzluq onların dolanışığına da təsir edir: “Kənd sakinləri göyərti əkməklə dolanır. Su olmadığı üçün əkin-biçinimiz məhv olub. Çox pis vəziyyətdəyik”.
İttihamda adı hallanan “North West” şirkətinin nümayəndəsi Xəqani (soyadını deməkdən imtina etdi) problemin yaxın zamanda həll olunacağını vəd etdi:
“Azərişıq”a müraciət olunub,əraziyə baxış keçirilib. Bunun proseduru var, bəzi yoxlamalar aparılmalıdır, bu da vaxt aparır. Bunlar həll edildikdən sonra su vurulacaq. Quyunun qazılması yeni yekunlaşıb. Bütün quyuların qazılması prosesində pandemiya və müharibə düşdü, bu da ümumi gecikmə yaratdı. Hazırda “Azərişıq”la danışıqlar gedir. Bura sənaye tipli olduğu üçün birbaşa “Azərişıq”a müraciət olunur və sayğac onlar tərəfindən verilir. Biz də rəsmi müraciət etmişik. 10-15 günə məsələ həll olunar”.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə Toplum TV-ə bunun çətin prosedur olmadığını dedi: “İstənilən şəxs elektrik enerjisi, sayğac almaq üçün ASAN xidmətə müraciət edir və müsbət cavabını alır. Burada çətin bir şey yoxdur”.
Bununla belə, şikayətçilər bildirirlər ki, artıq 1 ildən çoxdur suyun vurulmasını gözləyirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Ağcabədi sakini: “Nə sosial yardım ala, nə də iş yeri tapa bilirəm"
Açıq mənbələrdən götürülüb
Göyçay sakini: Məşğulluq Mərkəzinin məşğuliyyəti vətəndaşları get-gələ salmaqdır
Açıq mənbələrdən götürülüb