Qaynar xətt

Şikayətçi: Bir qadın iki məktəbdə direktorluq edir

Günel Manaflı
21 Oktyabr, 2022
1413

Açıq mənbələrdən götürülüb

“Binəqədi rayonunda yeni istifadəyə verilmiş 335 nömrəli məktəbə direktor əvəzi təyin edilmiş Xoşqədəm Bağırova məktəbdə özbaşınalığı baş alıb getməsinə səbəb olur”.

Bu sözləri Toplum TV-nin qaynar xəttinə Binəqədi rayon sakini Zülfüqar Qubadov deyib. Onun sözlərinə görə, iki övladı həmin məktəbdə təhsil alır. Hazırda isə məktəblə bağlı problemlərə görə övladlarını məktəbə göndərmir:

“335 nömrəli məktəb bir aydan çoxdur ki, istifadəyə verilib. Ancaq məktəbin nə kitabı, nə direktoru, nə də ki, müavini var. 205 nömrəli  məktəbin direktoru Xoşqədəm Bağırovanı həmin məktəbə müvəqqəti direktor əvəzi qoyublar. Bir qadın iki məktəbə necə direktorluq edə bilər?! Məktəbdə nizam-intizam yoxdur. Gedib nəsə deyəndə də, deyir mən direktor deyiləm”.

https://toplum.tv/multimedia/zererceken-30-min-mehkeme-4600-manat-deyir

Şikayətçi deyir ki, övladları əvvəl 99 və 143 nömrəli məktəblərdə təhsil alıb. Ancaq oradakı təhsil səviyyəsi xoşuna gəlmədiyi üçün yeni açılmış 335 nömrəli məktəbə üz tutub:

“335 nömrəli məktəb yeni açıldığı üçün burada vəziyyətin digərlərindən fərqli olduğunu düşündüm. Məktəbdən keyfiyyətli təhsil, nizam-intizam tələb etdiyimə görə direktor əvəzedicisi, ibtidai sinif müəlliməsi olan Xoşqədəm Bağırovanın adamları tərəfindən təhqirlərə məruz qaldığım üçün uşaqlarımı məktəbdən uzaqlaşdırdım. Övladımın biri 1-ci, digəri 6-cı sinifdə oxuyur. Mənim övladlarımın təhsil hüququ pozulduğu üçün bugün Elm və Təhsil Nazirliyi qarşısında aksiya keçirdim. Məni nazirlikdə qəbul edib Bakı şəhəri üzrə Təhsil İdarəsinə  yönləndirdilər. Araşdırma aparacaqlarını dedilər. Mənə dedilər ki, uşaqları məktəbə göndərməliyəm. Ancaq mən göndərməyəcəm. Çünki orada uşaqlar dərsi pozur. Müəllim sinfi idarə edə bilmir. Övladımı boşuna nizam-intizam olmayan məktəbə göndərmək istəmirəm”.

Toplum TV

İttihamda adı hallanan 335 nömrəli məktəbin direktor əvəzi Xoşqədəm Bağırova Toplum TV-yə sualların cavabı üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) müraciət etməyi məsləhət gördü.

https://toplum.tv/qaynar-xett/sikayetci-evim-yandi-deymis-ziyan-ise-odenilmir

BŞTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəşarət Məmmədova müraciət etdik. BŞTİ tərəfindən Toplum TV-ə yazılı olaraq çatışmayan dərsliklərlə bağlı müvafiq işlərin görüldüyü bildirildi.

“335 nömrəli məktəbdən verilmiş məlumatda qeyd olunur ki, dərslik komplektləri şagirdlərə verilib. Çatışmayan dərsliklərlə bağlı da müvafiq işlər görülüb. Məktəbdə dərs deyən bütün fənn müəllimləri işə qəbul müsabiqəsindən keçən müəllimlərdir. Paytaxtdakı 335 nömrəli tam orta məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Xoşqədəm Bağırovaya həvalə edilib”, - deyə qurumun açıqlamasında qeyd olunub.

Toplum TV məsələni diqqətdə saxlayacaq. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Gəncədə aksiya: "Necə ki, biz yurdsuz qaldıq, onlar da cəzasını çəksin"

Fatimə Mövlamlı
31 May 2023
Bura Gəncə Ağır Cinayətlər Məhkəməsinin qarşısıdır. 2021-ci ilin iyununda Tovuz rayonunun İbrahimhacılı kəndində baş verən yanğında ölən Yaqut Quliyeva və Həqiqət Cabbarovanın yaxınları məhkəmənin qarşısında aksiya keçirib. Onlar deyir, yanğın təsadüfən baş verməyib. Yanğını evə soyğun etmək məqsədilə girən Elcan Bağırov və Quliyev soyadlı iki şəxs törədib. Quliyev saxlanılan zaman yetkinlik yaşına çatmadığından adı mətbuata açıqlanmır. Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Toplum tv-yə bildirib ki, təqsirləndirilən şəxslər hər iki qadını bıçaqla qətlə yetirərək, evdən 65 manat, qızıl sırğa və mobil telefon götürüblər. Daha sonra evi yandırıblar. Bundan sonra faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup...
Qaynar xətt

Qeydiyyata düşə bilməyən vətəndaş: "Bəs mən havada qalım?"

Fatimə Mövlamlı
31 May 2023
İradə Heybətova Bakı şəhər sakinidir. Deyir, Suraxanı qəsəbəsindəki yaşadığı evi satıb, Nərimanov rayonunda kirayə yaşamağa başlayıb. Amma qeydiyyatı hələ də satdığı evdə imiş. 2023-cü ilin mayayında isə onu həmin ünvandan qeydiyyatdan çıxarıblar.  Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev məsələ ilə bağlı Toplum Tv-yə bildirib ki, şikayətçi polisin inzibati binasına qeydiyyata düşmək üçün rəsmi müraciət etməlidir. Polisin çıxaracağı qərardan razı qalmazsa, bu halda məhkəməyə müraciət edə bilər.

Seçilmiş Videolar

Toplum TV loqo