Qaynar xətt

Şikayətçi: Olmayan maşınıma görə sosial yardım təyin edilmirdi

Günel Manaflı
4 Oktyabr, 2022
505

Açıq mənbələrdən götürülüb

“Yanvar ayından bugünə kimi ünvanlı sosial yardım almaq üçün müraciət edirik. Hər dəfə də imtina cavabı alırıq. Səbəb isə olmayan maşınımdır”.

Bunu Toplum TV-nin qaynar xəttinə Goranboy rayonu Ağamalıoğlu kənd sakini Hüseyn Hüseynov yazıb. Şikayətçinin sözlərinə görə, ünvanlı sosial yardım almaq üçün həyat yoldaşı Elnurə Hüseynovanın adından müraciət ediblər. Ancaq maşını olmadığı halda adına maşın olduğu göstərilərək imtina cavabı gəlib.

“Ünvanlı sosial yardımdan nümayəndələr gəlib evimizə, yaşayış şəraitimizə baxış keçirdi. Bir müddətdən sonra isə imtina cavabı gəldi. Səbəb isə adıma maşının olması göstərildi. Maşınımın olmadığını bildirdikdə isə “get qeydiyyatında maşın olmaması ilə bağlı sənəd al, yenidən müraciət et” dedilər. Sənədləri düzəldib yenidən müraciət etdik. Ancaq yenə də eyni səbəblə imtina gəldi. Bu dəfə isə dedilər, istifadəndə və qeydiyyatında maşının olmaması ilə bağlı sənəd al”.

https://toplum.tv/multimedia/kasibciliqdan-usaqlarimi-mektebe-gondere-bilmirem

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə müraciət etdik.

Bizim müraciətimizdən sonra Hüseynovlar ailəsinin evinə ünvanlı sosial yardımdan nümayəndə gələrək baxış keçirib və ünvanlı sosial yardım təyin edilib. Bu haqda şikayətçi H. Hüseynov özü Toplum TV-yə bildirib.

https://toplum.tv/qaynar-xett/sikayetci-evim-yandi-deymis-ziyan-ise-odenilmir

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili isə bu haqda Toplum TV-nin sorğusuna yazılı olaraq ailəyə 1 il müddətinə 498.10 manat məbləğində ünvanlı sosial yardım təyin edildiyini qeyd edib: “Goranboy rayon sakini Hüseynova Elnurə İlqar qızının ünvanlı dövlət sosial yardımla bağlı 27.09.2022-ci il tarixli müraciətinə əsasən ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinə zamanı hər hansı bir uyğunsuzluq aşkarlanmayıb. Ailəyə 1 il müddətinə 498.10 manat məbləğində ünvanlı sosial yardım təyin olunub”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

"Xəstəxanada ölən xəstənin şkafında dərman axtarıram…”

Nuray Kamal
30 Noyabr 2022
Ziyafət Abbasova 2-ci qrup əlildir. O, 29 noyabrda Milli Məclisin önündə etiraz edib. Şikayətçi aldığı təqaüdün dərmanlarına çatmamasından gileylənir. Deyir, müvafiq qurumlara iş üçün dəfələrlə müraciət edib. Abbasova qalmağa evinin olmadığını deyir. Qeyd edir ki, qalmağa yeri olmadığından heç yerdə qeydiyyatda deyil. Buna görə də, şəxsiyyət vəsiqəsi deaktiv olub. O deyir, Dövlət Sosial Müdafiə Nazirliyinin qəbul şöbəsində ona Müşfiq qəsəbəsində iş təklif olunub. Ziyafət Abbasova etiraz etdikdən sonra polislərin müşahidəsi ilə Milli Məclisin qəbul şöbəsinə aparılıb və 30 noyabr tarixinə qəbula yazılıb.
Qaynar xətt

Qazi əkinçilik üçün ona torpaq sahəsinin verilməməsindən şikayətçidir

Günel Manaflı
29 Noyabr 2022

Xəyal Abbasovun arxivi

7 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən, ikinci Qarabağ müharibəsi iştirakçısı, 3-cü qrup əlil Xəyal Abbasov Goranboy rayonunun Nadirkənd kəndində yaşayır. Qazi müharibədən qayıtdıqdan sonra bir sıra problemlər, məmur süründürməçiliyi ilə qarşılaşdığını deyir. İki illik mübarizədən sonra son çarəni Toplum TV-nin qaynar xəttinə müraciət etməkdə görən qazinin əsas problemi torpaqla bağlıdır. X. Abbasov müharibədən qayıtdıqdan sonra əkin-biçinlə məşğul olmaq istəyib və torpaq ala bilmək üçün Goranboy rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyəti də bu işə onların yox, bələdiyyənin baxdığını deyib, ora getməsini tövsiyə edib. Şikayətçi özü kənddə yaşasa da, istədiyi torpaq Goranboy rayonundan olduğu üçün o, Goranboy rayon bələdiyyəsinin...

Seçilmiş Videolar

Toplum TV loqo