Qaynar xətt

Şikayətçi: Psixiatr bacıma pensiya düzəltmək üçün 1000 manat istədi

Günel Manaflı
8 İyul, 2022
1184

Açıq mənbələrdən götürülüb

Lənkəranın Nərimanabad qəsəbə sakini Səidə Şirvanova ruhi xəstədir. Qardaşı Hüseyn Şirvanovun Toplum Tv-yə dediyinə görə, bacısı gündəlik dərmanını qəbul etməyəndə qonşuları belə narahat edir,  gecə saat 2-3-də onların qapısını döyür.

“Hər gün qəbul etməli olduğu bir dərman var. Ancaq onu almağa imkanım yoxdur”,- qardaşı əlavə edir.

Çıxış yolunu bacısına pensiya düzəltdirməkdə görən şikayətçi  bununla bağlı Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının psixiatrı Nəsrəddin Nuriyevə müraciət etdiyini deyir. O, həkim tərəfindən aldadıldığını iddia edir:

“2019-cu ilin iyulunda bacımı psixiatr Nəsrəddin Nuriyevin yanına müayinəyə apardım, resept yazdı. Qabağına 10 manat pul qoydum, dedi ki, azdır, 5 manat da əlavə verdim. Həkimdən soruşdum ki, bacıma xəstəliyinə görə pensiya düşə bilər? O da dedi ki, əlin cibində olsa, alınar”.

https://toplum.tv/multimedia/isiqsiz-qazsiz-susuz-qalan-seki-ziyalisi

H. Şirvanov iddia edir ki, həkim  bu işin düzəlməsi üçün ondan 1200 manat pul istəyib.

Şikayətçi qonşusundan 1000 manat borc alaraq həkim Nəsrəddin Nuriyevə verdiyini söyləyir: “Pulu verdim. Həkim dedi ki, bu məsələ 9 aya həll olunacaq, ancaq bacın xəstəxanada 2 ay qalıb, sonra çıxıb, bir müddət sonra təkrar 2 ay qalmalıdır. Mən də dediyi kimi etdim. 9 ay keçdi. Yanına gedib işin nə yerdə olduğunu soruşanda dedi ki, sənədləri də, pulu da “yuxarı” göndərmişəm, hələlik bir cavab yoxdur, qoy bacın 1 ay da xəstəxanada yatsın. Buna da razılaşdım və bacım 1 yox,  2 ay xəstəxanada qaldı. Bundan sonra Nəsrəddin Nuriyev dedi ki, mən sənədləri iki dəfə yuxarıya göndərmişəm, “yox” cavabı gəlib”.

Hüseyn Şirvanovun sözlərinə görə, il yarım sonra pensiyanın düzəlməyəcəyini anlayanda o, psixiatr Nəsrəddin Nuriyevdən pulunu qaytarmasını istəyib, həkimsə pulun onda olmadığını, artıq “yuxarıya” göndərdiyini deyib. Bu cavabdan sonra şikayətçi 6 ay da gözlədiyini söyləyir, ancaq nə pul qaytarılıb, nə də pensiya düzəlib.

“Təkrar xəstəxanaya gedib həkimə pulumu geri verməsə,  polisə müraciət edəcəyimi dedim. Bundan sonra pulumu qaytardı. Ancaq artıq bacımı müayinə etmirdi. Bununla bağlı Lənkəranın Nərimanabad qəsəbəsinin icra nümayəndəsi Ceyhun Ələkbərova da müraciət etdim. Dedim  ki, ən azından bacımın hər gün qəbul etməli olduğu dərmanı pulsuz versinlər. Bacımın məndən başqa kimsəsi yoxdur. Biz ata bir, ana ayrıyıq. Onun anası da ruhi xəstəlikdən dünyasını dəyişib. Bacım o dərmanı içməsə, özündə olmur. Mənim də onu almağa imkanım yoxdur. Öz ailəmi çətinliklə dolandırıram. Xəstəxanadan da deyirlər ki, bacım dərmanları pulsuz əldə edə bilmək üçün gərək pensiya alsın”.

Həkim: “Bizə tələbə vaxtı öyrədiblər ki...”

Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının psixiatrı Nəsrəddin Nuriyev Toplum TV-yə açıqlamasında deyilənlərin yalan olduğunu söyləyir: “Hüseyn Şirvanov mənə pul verməyib, yalan deyir. Bacısı ağır ruhi xəstədir. Biz onun xəstəliyini təsdiq edib sənədlərini tibbi sosial ekspertiza komissiyasının elektron ünvanına göndərmişik. Oradan bizə imtina cavabı gəlib. Xəstə 2022-ci ildə tərəfimizdən heç bir müayinədən keçməyib”.

Lənkəran - Açıq mənbələrdən götürülüb

Psixiatrın dediyinə görə, pasient təkrar müayinələrdən keçərsə, yenidən sənədlərini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməyə hazırdır.

https://toplum.tv/sosial/muharibe-istirakcisi-iki-defe-yaralanmisam-ancaq-qazilik-statusu-ala-bilmirem

“Bizə tələbə vaxtı öyrədiblər ki, ruhi xəstələrə qarşı bir addımı siz atın, biz də imkanımız daxilində bu cür edirik”, - psixiatr belə söyləyir.

İcra başçısının köməkçisi: “Vətəndaşa köməklik göstərə bilərik”

Lənkəran rayon İcra Hakimiyyəti başçısının köməkçisi Elnur Hüseynov bildirir ki, vətəndaş dərmanları pulsuz əldə etmək üçün Mərkəzi Xəstəxanaya müraciət etməlidir: “Vətəndaş ruhi xəstədirsə və onun dərmanla bağlı probemi varsa, Mərkəzi Xəstəxanada TƏBİB-in publik hüquqi şəxsinə müraciət etməlidir. Vətəndaş orada qeydiyyatda olmalıdır, dərmanlar da oradan verilməlidir. Vətəndaş bizə müracət edərsə, ona ətraflı izah edib, köməklik göstərə bilərik”.

Agentlik imtinanın səbəbini izah edir: “Vətəndaşın hazırkı vəziyyəti qeyd olunmayıb”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov Toplum TV-yə yazılı olaraq bildirir ki, əlilliyin müəyyən edilməsi üçün göndərilən sənəd tam doldurulmadığı üçün imtina cavabı verilib:

“Səidə Şirvanovanın əlilliyinin qiymətləndirilməsi tibb müəssisəsi tərəfindən elektron sistemə 13.02.2021-ci il tarixində daxil edilmiş göndəriş əsasında aparılıb. Müayinə zamanı müəyyən edilib ki, təqdim edilən sənəddə vətəndaşın hazırkı vəziyyəti, mütəxəssis rəyləri, köməkçi diaqnostik müayinələr qeyd olunmayıb.  Bu səbəbdən ona 20.02.2021 -ci il tarixində e-sistem üzərindən imtina qərarı verilib. Hazırda isə S.Şirvanovanın əlillik müddətinin uzadılması üçün Əlillik Alt Sisteminə tibb müəsissəsi tərəfindən heç bir göndəriş daxil edilməyib”.

Tural Qurbanov

T. Qurbanov yeni göndəriş daxil edilərsə, Səidə Şirvanovanın əlilliyinin təkrar qiymətləndiriləcəyini qeyd edir.

Şikayətçi H. Şirvanov isə “forma 88”-in bilərəkdən tam doldurulmadığını iddia edir. Buna səbəb kimi həkimdən 1000 manatı geri almasını göstərir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Gəncədə aksiya: "Necə ki, biz yurdsuz qaldıq, onlar da cəzasını çəksin"

Fatimə Mövlamlı
31 May 2023
Bura Gəncə Ağır Cinayətlər Məhkəməsinin qarşısıdır. 2021-ci ilin iyununda Tovuz rayonunun İbrahimhacılı kəndində baş verən yanğında ölən Yaqut Quliyeva və Həqiqət Cabbarovanın yaxınları məhkəmənin qarşısında aksiya keçirib. Onlar deyir, yanğın təsadüfən baş verməyib. Yanğını evə soyğun etmək məqsədilə girən Elcan Bağırov və Quliyev soyadlı iki şəxs törədib. Quliyev saxlanılan zaman yetkinlik yaşına çatmadığından adı mətbuata açıqlanmır. Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Toplum tv-yə bildirib ki, təqsirləndirilən şəxslər hər iki qadını bıçaqla qətlə yetirərək, evdən 65 manat, qızıl sırğa və mobil telefon götürüblər. Daha sonra evi yandırıblar. Bundan sonra faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup...
Qaynar xətt

Qeydiyyata düşə bilməyən vətəndaş: "Bəs mən havada qalım?"

Fatimə Mövlamlı
31 May 2023
İradə Heybətova Bakı şəhər sakinidir. Deyir, Suraxanı qəsəbəsindəki yaşadığı evi satıb, Nərimanov rayonunda kirayə yaşamağa başlayıb. Amma qeydiyyatı hələ də satdığı evdə imiş. 2023-cü ilin mayayında isə onu həmin ünvandan qeydiyyatdan çıxarıblar.  Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev məsələ ilə bağlı Toplum Tv-yə bildirib ki, şikayətçi polisin inzibati binasına qeydiyyata düşmək üçün rəsmi müraciət etməlidir. Polisin çıxaracağı qərardan razı qalmazsa, bu halda məhkəməyə müraciət edə bilər.

Seçilmiş Videolar

Toplum TV loqo