Qaynar xətt

Şikayətçi verdiyi rüşvətin işə yaramamasından narazıdır

Günel Manaflı
19 İyul, 2022
952

Açıq mənbələrdən götürülüb

“Atam Səid Zeynalov 2010-cu ildə həbs edilib. Azadlığa çıxmağına 1 il qalmış 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini Kamran Hacıyev atama yaxınlaşaraq 3500 manat qarşılığında onun şərti azadlığa buraxılmasına kömək edəcəyinə söz verərək bizi aldadıb”.

Bu haqda Toplum TV-nin qaynar xəttinə Bakı şəhər sakini Səbinə Zeynalova yazıb. Şikayətçinin iddiasına görə, atasından alınan rüşvət sonra geri qaytarılıb, amma 100 manat əksik. Zeynalova onlara maddi və mənəvi ziyan vurulduğunu deyir. Bildirir ki, şikayətlərinə baxan yoxdur.

“Mən qızı olaraq bankdan 3500 manatı kredit götürüb atama verdim ki, Kamran Hacıyevə versin. 5 fevral 2022-ci ildə atam pulu cəzaçəkmə müəssisəsində Kamran Hacıyevə verib. Ondan sonra bizi hər ay aldadırdılar ki, atanı komissiyaya çıxaracağıq. Ancaq sözlərinə əməl etmədilər. Aylar sonra atam Kamran Hacıyevə deyib ki, əgər iş düzəlmirsə, pulu qaytar. O da pulun üstündən 100 manata götürüb deyib ki, “bu mənim orucluq, bayram payımdır”, qalan pulu da qaytarıb”.

https://toplum.tv/qaynar-xett/sikayetci-psixiatr-bacima-pensiya-duzeltmek-ucun-1000-manat-istedi

Şikayətçi Ədliyyə Nazirliyinə bununla bağlı şikayət etdiyini deyir.

“Penitensiar Xidmətin istintaq şöbəsindən Fəxri Şükürov məni çağırıb ifadəmi aldı. İfadə zamanı bizə dəymiş ziyanı soruşdu. Bankdan aldığımız pulun faizlərini və Kamran Hacıyevin götürdüyü 100 manatı ödəyə biləcəklərini, ancaq Kamran Hacıyev barəsində heç bir tədbir görülməyəcəyini bildirdi.  Bunu da onunla əsaslandırdı ki, əlimdə onlara verdiyim pulla bağlı heç bir sübutum yoxdu. Halbuki istəsələr bunu araşdıra bilərdilər. Çünki biz görüşə gedəndə üstümüz yoxlanılır. Orada kameralar var, araşdırıla bilərdi. Araşdırma aparmaq əvəzinə Fəxri Şükürov dedi ki, bunu nə siz , nə də biz sübut edə biləcəyik. Oradakılar da bir-birini heç vaxt satmayacaq. Onu da dedi ki, işiniz həll olunsaydı, heç şikayət də etməyəcəkdiniz. Ona görə də sizə köməklik edə bilməyəcəyik”.

Səbinə Zeynalova deyir ki, onlara dəyən maddi və mənəvi ziyanla bağlı  Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə etdikləri rəsmi müraciətlərə heç bir cavab gəlməyib.

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov bu mövzuda şərh verməyin yersiz olduğunu deyir: “Xanımın dediklərindən belə çıxır ki, o rəsmi olaraq müraciət edib və ona rəsmi olaraq da cavab verilib. Burada mənim şərh verəcəyim bir şey yoxdu. İstənilən vətəndaşın müraciəti dərhal araşdırılır və müvafiq qərarlar qəbul olunur”.

Mehman Sadıqov 

9 saylı Cəzaçəkmə Müəssisəsindən məsələylə bağlı münasibət almaq istəsək də, buna nail ola bilmədik. Müəssisədən telefonumuza cavab verən şəxs rəsmi şəkildə məktub yazıb, poçtla göndərməyimizi istədi. Elektron formada isə müraciət qəbul etmədiklərini bildirdilər. Telefon müraciətimizdən sonra cəzaçəkmə müəssisəsində məhbusun üzləşə biləcəyi durumu nəzərə alaraq, məktuba cavabı gözləmədən şikayəti işıqlandırırıq.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Gəncədə aksiya: "Necə ki, biz yurdsuz qaldıq, onlar da cəzasını çəksin"

Fatimə Mövlamlı
31 May 2023
Bura Gəncə Ağır Cinayətlər Məhkəməsinin qarşısıdır. 2021-ci ilin iyununda Tovuz rayonunun İbrahimhacılı kəndində baş verən yanğında ölən Yaqut Quliyeva və Həqiqət Cabbarovanın yaxınları məhkəmənin qarşısında aksiya keçirib. Onlar deyir, yanğın təsadüfən baş verməyib. Yanğını evə soyğun etmək məqsədilə girən Elcan Bağırov və Quliyev soyadlı iki şəxs törədib. Quliyev saxlanılan zaman yetkinlik yaşına çatmadığından adı mətbuata açıqlanmır. Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Toplum tv-yə bildirib ki, təqsirləndirilən şəxslər hər iki qadını bıçaqla qətlə yetirərək, evdən 65 manat, qızıl sırğa və mobil telefon götürüblər. Daha sonra evi yandırıblar. Bundan sonra faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup...
Qaynar xətt

Qeydiyyata düşə bilməyən vətəndaş: "Bəs mən havada qalım?"

Fatimə Mövlamlı
31 May 2023
İradə Heybətova Bakı şəhər sakinidir. Deyir, Suraxanı qəsəbəsindəki yaşadığı evi satıb, Nərimanov rayonunda kirayə yaşamağa başlayıb. Amma qeydiyyatı hələ də satdığı evdə imiş. 2023-cü ilin mayayında isə onu həmin ünvandan qeydiyyatdan çıxarıblar.  Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev məsələ ilə bağlı Toplum Tv-yə bildirib ki, şikayətçi polisin inzibati binasına qeydiyyata düşmək üçün rəsmi müraciət etməlidir. Polisin çıxaracağı qərardan razı qalmazsa, bu halda məhkəməyə müraciət edə bilər.

Seçilmiş Videolar

Toplum TV loqo