Qaynar xətt

Toplum TV-nin qaynar xəttinə müraciət edən şikayətçiyə əlillik təyin edildi

Günel Manaflı
4 Noyabr, 2022
665

Toplum TV-nin araşdırdığı daha bir şikayət öz həllini tapıb. Avqustun 2-də Toplum TV saytında “Vərəm xəstəsi pensiyasının kəsilməsindən şikayətçidir” başlıqlı yazı dərc etmişdik. Şəmkir rayonu Mehrili kənd sakini Əsgərov Eldəniz qaynar xəttimizə yazaraq ağır vərəm xəstəsi olduğunu, vəziyyətinin gün keçdikcə pisləşdiyini, həmin dövrdə 3 aydır ki, pensiyasının kəsildiyini bildirmişdi. Şikayətçi öz sağlamlığını 2002-ci ildə hərbi xidmətdə olarkən itirdiyini deyirdi.

Vətəndaşın şikayətini dərc etdikdən sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov Toplum TV-ə açıqlamasında vətəndaşın əyani müayinəyə dəvət ediləcəyini bildirmişdi.

https://toplum.tv/qaynar-xett/toplum-tv-nin-qaynar-xettine-muraciet-eden-usaga-pensiya-teyin-edildi

Şikayətçinin sözlərinə görə o təkrar əyani müayinədən keçsə də, 2 müayinə sənədinin əksikliyi onun işini yenə də yubadıb. Həmin sənədlərini təqdim etməmə səbəbi isə vətəndaşın vəziyətinin ağırlaşması və Ağciyər institutunda yatması olub. Sənədlərini çatdıracaq bir kimsəsinin də olmadığını bildirmişdi. Bununla bağlı da dəfələrlə aidiyyəti qurumla əlaqə saxlayıb sənədləri götürmənin bir yolunu tapmalarını xahiş etdik.

Toplum TV

Nəhayət, vətəndaş sentyabrın 29-da özü sənədləri verdi. Amma yenə cavab yubanırdı. Aidiyyatı qurumla əlaqə saxlayıb gecikmə səbəbini öyrənmək istəsək də, tutarlı cavab ala bilmirdik. Sonuncu sorgumuza isə qiymətləndirməni tezləşdirəcəklərini bildirdilər.

Nəhayət, noyabrın 11-i vətəndaşa ömürlük 2-ci qrup üzrə əlillik təyin edildi və o, bundan sonra 180 manat müavinət ala biləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Toplum TV-nin qaynar xəttinə mürciət edən vətəndaşa sosial yardım təyin edildi

Günel Manaflı
31 Mart 2023

Açıq mənbələrdən götürülüb

Şabran rayon sakini Emin Qasımov Toplum TV-yə müraciət edərək 4 övladı olduğunu, yaşayışının olduqca çətin olduğunu bildirmişdi. O, sosial yardım ala bilmək üçün dəfələrlə Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, cavab ala bilmirdi. Son çarəni Toplum TV-yə müraciət etməkdə görən E. Qasımovun şikayəti dərc edildikdən sonra problemi həllini tapıb. Şikayətçinin dediyinə görə onun şikayəti saytımızda dərc ediləndən sonra Sosial Müdafiə Fondundan gəlib evinə baxış keçiriblər. Martın 30-da isə telefonuna sosial yardım təyin edilməsi ilə bağlı mesaj gəlib. Vətəndaşa 1 il müddətinə 770 manat sosial yardım təyin edilib.
Qaynar xətt

Vətəndaş məmurlardan narazıdır: “Nə pulumu qaytarırlar, nə maşınımı”

Fatimə Mövlamlı
17 Mart 2023
İlqar Məmmədov 2016-cı ildə tanıdığı bir şəxsdən avtomobil alıb. Həmin maşını öz adına rəsmiləşdirmək istədiyində məlum olub ki, maşını ona satan şəxsin iki banka borcu olduğundan avtomobilin üzərinə həbs qoyulub.  İ.Məmmədov deyir, maşını aldığı şəxs nə onun pulunu qaytarır, nə də ki, maşının üzərindəki həbsin götürülməsinə çalışır. Bundan sonra Xətai Rayon Polis İdarəsinə gedən şikayətçi polisin iş materiallarında cinayət tərkibi aşkarlamadığından mülki formada məhkəməyə müraciət edib.  Şikayətçinin sözlərinə görə icraçılar məhkəmə qərarını icra etməkdən yayınır. Vəkil Nemət Kərimli bu kimi hallarda vətəndaşın icra məmurlarını Ədliyyə Nazirliyinin daha yuxarı instansiyalarına şikayət etmək hüququ yarandığını deyir. Məsələ ilə Ədliyyə Nazirliyindən münasibət öyrənmək...

Seçilmiş Videolar

Toplum TV loqo