Qaynar xətt

Toplum TV-nin qaynar xəttinə müraciət edən uşağa pensiya təyin edildi

Günel Manaflı
3 Noyabr, 2022
613

Açıq mənbələrdən götürülüb

Toplum TV-nin araşdırdığı şikayət öz həllini tapıb. Belə ki, “Şikayətçi epilepsiyalı uşağının pensiya ala bilmədiyini deyir” başlıqlı yazımızdan bir müddət sonra uşağa pensiya təyin edilib.  

Goranboy rayonu Baxçakürd kənd sakini  Namiq Şərifov Toplum TV-nin qaynar xəttinə yazaraq övladının pensiya işinin səbəbsiz yerə gecikdirildiyini bildirmişdi. N. Şərifov sentyabrın 14-də Goranboy rayonu mərkəzi xəstəxanasında komissiyadan keçib, sentyabrın 20-də isə imtina cavabı almışdı. Təkrar Bakıda müayinədən keçən uşağa 1 aydan çoxdur ki, cavab verilmirdi. Gecikdirilmə səbəbini öyrənmək üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Qurbanova dəfələrlə sorğu gondərdikdən sonra nəhayət noyabrın 2-də problem həllini tapdı və uşağa pensiya təyin edildi.

https://toplum.tv/qaynar-xett/sikayetci-epilepsiyali-usaginin-pensiya-ala-bilmediyini-deyir

Bu haqda qurum rəsmisi T. Qurbanov sorğumuza cavab olaraq bildirib:

“Şərifov Onur Namiq oğlunun əlilliyinin qiymətləndirilməsi ilk növbədə tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edilmiş göndəriş əsasında, özünün iştirakı olmadan aparılıb. Müəyyən edilib ki, vətəndaşın ekspertiza üçün əhəmiyyətli göstəriciləri F88 sənədində qeyd edilməyib. Həmçinin stasionar müalicə müddəti yetərli deyil. Daha sonra vətəndaş, 28.09.2022-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinədə iştirak edib. Müayinə nəticəsinə əsasən vətəndaşa 80% orqanizm funksiyasının pozulma faizi ilə 2 il müddətinə əlillik təyin edilib”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Toplum TV-nin qaynar xəttinə mürciət edən vətəndaşa sosial yardım təyin edildi

Günel Manaflı
31 Mart 2023

Açıq mənbələrdən götürülüb

Şabran rayon sakini Emin Qasımov Toplum TV-yə müraciət edərək 4 övladı olduğunu, yaşayışının olduqca çətin olduğunu bildirmişdi. O, sosial yardım ala bilmək üçün dəfələrlə Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, cavab ala bilmirdi. Son çarəni Toplum TV-yə müraciət etməkdə görən E. Qasımovun şikayəti dərc edildikdən sonra problemi həllini tapıb. Şikayətçinin dediyinə görə onun şikayəti saytımızda dərc ediləndən sonra Sosial Müdafiə Fondundan gəlib evinə baxış keçiriblər. Martın 30-da isə telefonuna sosial yardım təyin edilməsi ilə bağlı mesaj gəlib. Vətəndaşa 1 il müddətinə 770 manat sosial yardım təyin edilib.
Qaynar xətt

Vətəndaş məmurlardan narazıdır: “Nə pulumu qaytarırlar, nə maşınımı”

Fatimə Mövlamlı
17 Mart 2023
İlqar Məmmədov 2016-cı ildə tanıdığı bir şəxsdən avtomobil alıb. Həmin maşını öz adına rəsmiləşdirmək istədiyində məlum olub ki, maşını ona satan şəxsin iki banka borcu olduğundan avtomobilin üzərinə həbs qoyulub.  İ.Məmmədov deyir, maşını aldığı şəxs nə onun pulunu qaytarır, nə də ki, maşının üzərindəki həbsin götürülməsinə çalışır. Bundan sonra Xətai Rayon Polis İdarəsinə gedən şikayətçi polisin iş materiallarında cinayət tərkibi aşkarlamadığından mülki formada məhkəməyə müraciət edib.  Şikayətçinin sözlərinə görə icraçılar məhkəmə qərarını icra etməkdən yayınır. Vəkil Nemət Kərimli bu kimi hallarda vətəndaşın icra məmurlarını Ədliyyə Nazirliyinin daha yuxarı instansiyalarına şikayət etmək hüququ yarandığını deyir. Məsələ ilə Ədliyyə Nazirliyindən münasibət öyrənmək...

Seçilmiş Videolar

Toplum TV loqo