Qaynar xətt

Ümidini pensiyaya bağlayan ailə cavab ala bilmir

24 Oktyabr, 2022
2118

Toplum TV-nin qaynar xəttinə müraciət edən Zaqatalanın Bəhmətli kənd sakini İlahə Həsənova sosial vəziyyətlərinin yaxşı olmadığını yazıb. Şikayətçinin sözlərinə görə, həyat yoldaşı Hüseynov Rəşad xəstə olduğu üçün daimi işləyə bilmir. Buna görə də dolanışıqları olduqca ağırlaşıb.

“Evimizə bir qəpik gəlir, ya gəlmir. 6 və 11-ci siniflərdə oxuyan iki övladım var. Qohumların köməyi ilə dolanırıq. Fındıq yığımı zamanı gedib fınıq yığırdım, günə 10-15 manat gəlirim olurdu. İndi o da yoxdu. Yoldaşımın böyrəkləri xəstədir.  O, xəstə-xəstə əlacsız qalıb Bakıya fəhlə işləməyə getdi. Bir aya yaxındır ki, fəhlə işləyir. Ağır işlərdə işlədiyi üçün vəziyyəti daha da pisləşib. Ona görə də kəskin ağrılarının olduğunu və işləyə bilmədiyini deyir. Yaxın zamanda geri qayıdacaq. Biz yoldaşıma pensiya düzəltmək üçün bir dəfə aidiyyəti quruma müraciət etdik və imtina cavabı aldıq. Dedilər ki, təkrar müayinədən keçməlisiz, xəstəlik kağızları yenilənməlidir. Deyilənləri etdik və cavab gözləyirik. Ümidliyik ki, heç olmasa bu pensiya işi düzələcək və bizim vəziyyətimiz biraz da olsa yaxşılaşacaq”.

https://toplum.tv/multimedia/etirazci-usaqlarimin-tehsil-huququ-berpa-edilsin

Şikayətçi İlahə Həsənova ünvanlı sosial yardımla bağlı da ümidsiz olduğunu qeyd edib: “Yoldaşımın adına 50 faiz pay torpağı olduğu üçün dedilər ki, sizə ünvanlı sosial yardım düşmür. Pay torpaqda fındıq ağacları əkmişik. Ağacları yeni əkdiyimiz üçün hələ fındıq gətirməyib. Yəni o torpaqdan da bir qazancımız yoxdur. Pay torpaq elə yerdədir ki, suyu çatdırmaq olmur. Su probleminə görə də uzun illərdir ki, torpaq boşdur”.

https://toplum.tv/qaynar-xett/sikayetci-bir-qadinin-iki-mektebde-direktorluq-etdiyini-deyir-resmiler-razilasmir

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Qurbanov Toplum TV-nin sorğusuna cavab olaraq bildirdi ki, vətəndaşa pensiya işi ilə bağlı məlumat verilib, qiymətləndirmə aparılır.

İ. Həsənova isə deyir ki, ona zəng edib özünün və yoldaşının işləyib-işləmədiyi soruşulub. Şikayətçinin sözlərinə görə, 1 aydan çoxdur ki, cavab gözləyirlər.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Şikayətçi: "Savadsızlığımızın ucbatından bizi aldatdı"

13 Oktyabr 2023

Toplum TV

Şölə Qarayeva Yevlax rayonunun Havarlı kəndində yaşayır. O, 2005-ci ildə Havarlının bələdiyyə sədri Sərvan Musayevdən 24 sot torpaq alıb. Deyir, sözügedən torpağın 12 sotu 50 illik müqavilə ilə onlara verilib. Sonradan isə məcburi köçkün olmaları bəhanə edilərək, başqasının adına keçirilib.
Qaynar xətt

Qəsəbəni ikiyə bölən yol: bir tərəfdə rifah, digər tərəfdə səfalət

12 Oktyabr 2023

Toplum TV

Toplum Tv-nin efirində “Qaynar Xətt” verilişinə baxırsınız. Verilişdə qaynar xəttimizə gələn şikayətlər, onların əsasında hüquqşünas məsləhətləri və əhalinin digər problemləri barədə müzakirələr olacaq. Bugünkü müzakirəmizi hüquqşünas Səməd Rəhimli ilə aparacağıq.

Seçilmiş Videolar

Toplum TV loqo