Qaynar xətt

Vətəndaş: Deputata şikayət etdim, polisdə hədələndim

13 Avqust, 2022
915

Xocalı rayonu sakini Elgün Qəhrəmanov bir neçə aydır ki, güzərandan, işsizlikdən şikayətçidir. Problemlərinin həll olunmaması bir yana, bir də dövlət qurumlarını, deputatları şikayətləri ilə narahat etdiyi üçün hədələndiyini deyir.  

Goranboy rayonunun məcburi köçkünlər üçün salınmış yuxarı Ağcakənd qəsəbəsində yaşayan Elgün Qəhrəmanov üç il əvvəl dostu ilə dalaşdıqdan sonra həbs olunub. Azadlığa çıxandan bəri müavinətini vaxtında ala bilmədiyi, iş tapmadığı üçün mediaya, Xocalı rayonundan deputat Elman Məmmədova müraciət edib. Deputata etdiyi müraciətə reaksiya qəribə olub. Dediyinə görə, Elman Məmmədov onu Xocalı rayon polis idarəsinə göndərib, idarənin rəisi Zaur Nəbiyev isə onu təhqir təhdit edib. 

Deputat Elman Məmmədov deyir ki, şikayətçiyə yalnız kömək etmək istəyib.  

DİN mətbuat xidmətinin bölgə üzrə baş inspektoru Eşqin Qasımov bildirib ki, iddialar tamamilə əsassızdır, faktsızdır. Vətandaşın polis orqanında hər hansısa bir təziqə məruz qalması ilə bağlı iddiaları absurddur. vətandaş müxtəlif vaxtlarda şikayətləri ilə bağlı polis orqanında qəbul edilib, dinlənilib. onunla izahat işləri aparılıb. 

İndi məlum deyil, polis deputatın “iş verin” xahişini səhv başa düşüb, yoxsa Elgün Qəhrəmanov polis şöbəsində başına gələnlərin əslində təhdid deyil izahat olduğunu anlamayıb. 

Elgün Qəhrəmanov deyir ki, həbsxanada da belə idi. Şikayətin bədəli ağır olurdu. Elə telefon danışığına pul tələb etdikləri üçün etdiyi şikayətdən sonra da onu 15 gün cərimə təcridxanasında saxlayıblar, döyülüb, təhdid olunub.  

Penitensiar Xidmət Elgün Qəhrəmanovun 7 saylı cəzaçəkmə müəssisəsi haqqında söylədiklərinin doğru olmadığını bildirir. haqsız olduğunu bildirir. Xidmətin mətbuat katibi Mehman Sadıqov deyir ki, Elgün Qəhrəmanovun iradları varsa, birbaşa müraciət etsin, məsələ araşdırılsın.  

Deputatdan ümidi üzülən şikayətçi İcra Hakimiyyətinə üz tutub. Hələ həbsindən əvvəl qəzalı evini təmir etmək üçün müraciət etdiyi Xocalı rayon icra hakimiyyətinə.   

Avqustun 3-də Xocalı rayonun icra başcısı Goranboy rayon Yuxarı ağcakənd qəsəbəsində məcburi köçkünləri qəbul edəndə Elgün Qəhrəmanov oraya gedib. Amma dediyinə görə, içəri də buraxmayıblar.  

Xocalı rayon icra hakimiyyəti isə Elgün Qəhrəmanova yardımın olunduğunu ancaq işlə təmin edə bilməyəcklərini deyir. 

Elgün Qəhrəmanov indi başına uçacağından qorxduğu evdə işsiz, ümidsiz qaldığını deyir.  

Elgün Qəhrəmanovun istəyi ona edilən haqsızlıqların cəzasını tapmasıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Şikayətçi: "Savadsızlığımızın ucbatından bizi aldatdı"

13 Oktyabr 2023

Toplum TV

Şölə Qarayeva Yevlax rayonunun Havarlı kəndində yaşayır. O, 2005-ci ildə Havarlının bələdiyyə sədri Sərvan Musayevdən 24 sot torpaq alıb. Deyir, sözügedən torpağın 12 sotu 50 illik müqavilə ilə onlara verilib. Sonradan isə məcburi köçkün olmaları bəhanə edilərək, başqasının adına keçirilib.
Qaynar xətt

Qəsəbəni ikiyə bölən yol: bir tərəfdə rifah, digər tərəfdə səfalət

12 Oktyabr 2023

Toplum TV

Toplum Tv-nin efirində “Qaynar Xətt” verilişinə baxırsınız. Verilişdə qaynar xəttimizə gələn şikayətlər, onların əsasında hüquqşünas məsləhətləri və əhalinin digər problemləri barədə müzakirələr olacaq. Bugünkü müzakirəmizi hüquqşünas Səməd Rəhimli ilə aparacağıq.

Seçilmiş Videolar

Toplum TV loqo