Vətəndaş internet problemiylə bağlı 7 ildir eyni cavabı alır: “Anten quraşdırılacaq”
“Sumqayıt şəhər 9-cu mikrorayon, ev 10/27, mənzil 8 ünvanında 3G şəbəkəsi ilə bağlı illərdir, problem yaşayırıq. Dəfələrlə müvafiq qurumlara müraciət etsəm də, heç bir müsbət nəticə əldə etməmişəm”.
Sumqayıt şəhər sakini İlkin Məmmədkərimov belə deyir.
Şikayətçinin sözlərinə görə, problem 7 ildir ki, həllini tapmayıb: “2015-ci ildə müraciətim əsasında “Azercell” əməkdaşı ərazini yoxladı və internetin sürəti 1.75 mb çıxdı, bizə yaxın zamanda anten quraşdırılıcağı vəd edildi. Amma 7 ildir, anten quraşdırılmır. Bu illər ərzində nə vaxt müraciət etsəm, eyni cavabı veriblər ki, sizin ərazidə problem var, növbəti mərhələlərdə anten quraşdırılacaq”.
https://toplum.tv/qaynar-xett/sikayetci-psixiatr-bacima-pensiya-duzeltmek-ucun-1000-manat-istedi
Şikayətçi deyir ki, “Azercell”-in telefon mərkəzinə müraciət etdikdə isə ona artıq 4 G şəbəkəsinin genişləndiyini və bunu dəstəkləyən cihaz almalarını tövsiyyə ediblər.
“Bizim binalar 70-ci ildə tikildiyi üçün bu problemi həmişə yaşayırıq. 4G şəbəkəsində də eyni problemi yaşadıq. Məsələylə bağlı “Azercell”-ə, Rabitə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə müraciət etsəm də, heç bir müsbət nəticə əldə etməmişəm”.
“Azercell”-in Şəbəkə Texnologiyaları Departamentindən Toplum TV-nin sorğusuna cavab olaraq bildirildi ki, qeyd olunan ərazi artıq “Azercell”-in şəbəkə təkmilləşdirmə planına daxıl edilib və yaxın zamanda layihə həyata keçiriləcək.
https://toplum.tv/qaynar-xett/sikayetci-verdiyi-rusvetin-ise-yaramamasindan-narazidir
“Məlumat üçün bildirək ki, “Azercell Telekom” MMC paytaxt Bakı və ölkə regionlarında şəbəkənin genişləndirilməsi və gücləndirilməsinə dair genişmiqyaslı layihə həyata keçirir. Bu layihənin gedişatı və bu günə kimi əldə olunan nəticələr haqda ən yaxın zamanda ictimaiyyəti media vasitəsiylə məlumatlandıracağıq”, - deyə şirkətin açıqlamasında qeyd edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür