Qaynar xətt

Zaqatala sakini rayon polis şöbəsindən şikayətçidir

Günel Manaflı
16 Noyabr, 2022
188

Açıq mənbələrdən götürülüb

Zaqatala sakini polisdən şikayətçidir

“2018-ci ilin oktyabr 3-də bir baş iribuynuzlu heyvanım qapımın ağzından oğurlandı. Mən o zaman başlarında deyildim, digər heyvanların yerini təmizləməyə getmişdim. Bu oğurluq 2 saatın içində baş verdi. Həmin ayda ümumilikdə qonşu kəndlərlə birgə 4 baş mal-qara oğurlanıb, heç biri də tapılmayıb”.

Bunu Toplum TV-nin qaynar xəttinə Zaqatala rayonu Aşağı Tala kənd sakini Kamran Poladov deyib.

“Polisə şikayət etdim. Ancaq oğru tapılmadı. Zaqatala Rayon Məhkəməsinə də müraciət etdim. Məhkəmənin qərarına görə, Zaqatala rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Əliyevin qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə 8 fevral 2019-cu il tarixli qərarı qanunsuz hesab olunaraq ləğv edilib. Bundan sonra isə işin arxasınca düşmədim. Mənim qanunlardan başım çıxmır deyə istədiklərini yazıb pozurlar. Dolanışığım bu mal-qaradan çıxır. Uşağım yanıb, əməliyyat olunmalıdır. Ancaq pulsuzluğa görə edə bilirəm”.

https://toplum.tv/qaynar-xett/eesmn-onunde-aksiya-180-manat-teqaudle-nece-dolanim

Şikayətçi K.Poladovun başına gələnlər bununla bitməyib. İki kəndlisi onun icazəsi olmadan otlaq sahəsinə mal-qara salıb: “Kəndlilərimə sahəmə mal-qaralarını salmamaları üçün neçə dəfə xəbərdarlıq etdim, faydası olmadı. Polisə müraciət etdim. Polis mənə dedi ki, bələdiyyəyə getməlisən, getdim. Bələdiyyə isə dedi polisə get. Yenidən polisə  gedib ərizə verdim. Mənə ziyan vuran adam deyir ki, gedib cəriməni ödəmişəm. Necə olur ki, bu haqda polis məni məlumatlandırmır. Mənə dəymiş ziyan niyə ödənilmir? Belə çıxır ki, mən polisə yem olsun deyə şikayət etmişəm”.

Şikayətçi deyir ki, başına gəlmiş hər iki hadisəylə bağlı ədalətli bir cavab ala bilmir.

İttihamlarda adı hallanan Zaqatala rayon Polis Şöbəsinin əməkdaşı Toplum TV-yə vətəndaşın polisin səlahiyyətlərini başa düşmədiyini dedi: “Vətəndaşlar bəzən polisin səlahiyyətlərini başa düşmədiyinə, müraciətlərinin əslində hansı orqanın səlahiyyətini aid olduğunu bilmədiyinə görə cavabdan qane olmurlar və müxtəlif yerlərə şikayət edirlər. Əgər kiminsə sahəsinə başqasının mal-qarası girib ziyan veribsə, bələdiyyədən bir nümayəndə, aqronom, vətəndaşın özü, bir də ictimaiyyətdən bir nümayəndə ilə birgə həmin yerin şəkilləri çəkilməli və aktlaşdırılmalıdır. Aktlaşdırılmadan sonra vətəndaş tərəfindən məhkəməyə  verilməlidir. Məhkəmə də vətəndaşa dəymiş ziyanı mal-qara sahibinə ödətdirməlidir. Bunu polis edə bilməz, məhkəmə etməlidir”.

Şikayətçi K. Poladov bu məsələ ilə bağlı məhkəməyə müraciət etmədiyini deyir.

Zaqatala RPŞ-nin dəftərxana müdiri Abidə Şabanova isə Toplum TV-ə vətəndaşın polisə olan bütün müraciətlərinə cavab verildiyini deyir:

“Həmin vətəndaşın bizə müraciətləri çox olub və bu müraciətlərin hər biri ilə bağlı ona cavab verilib. Otlaq sahəsinə mal-qarasını icazəsiz salan hər iki şəxs 300 manat cərimə olunub. Bu cərimə məbləği isə zərərçəkənə verilmir, dövlətə keçirilir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Qazi əkinçilik üçün ona torpaq sahəsinin verilməməsindən şikayətçidir

Günel Manaflı
29 Noyabr 2022

Xəyal Abbasovun arxivi

7 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən, ikinci Qarabağ müharibəsi iştirakçısı, 3-cü qrup əlil Xəyal Abbasov Goranboy rayonunun Nadirkənd kəndində yaşayır. Qazi müharibədən qayıtdıqdan sonra bir sıra problemlər, məmur süründürməçiliyi ilə qarşılaşdığını deyir. İki illik mübarizədən sonra son çarəni Toplum TV-nin qaynar xəttinə müraciət etməkdə görən qazinin əsas problemi torpaqla bağlıdır. X. Abbasov müharibədən qayıtdıqdan sonra əkin-biçinlə məşğul olmaq istəyib və torpaq ala bilmək üçün Goranboy rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyəti də bu işə onların yox, bələdiyyənin baxdığını deyib, ora getməsini tövsiyə edib. Şikayətçi özü kənddə yaşasa da, istədiyi torpaq Goranboy rayonundan olduğu üçün o, Goranboy rayon bələdiyyəsinin...
Qaynar xətt

Medal ala bilməyən qazi: “İşsizlik üçün müraciət edəndə dedilər...”

Nuray Kamal
28 Noyabr 2022
Səyyad Quliyev 2-ci Qarabağ müharibəsində Qubadlı və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. Ona “Qubadlının azad olunmasına görə” medalı verilsə də, Cəbrayıl döyüşlərinə görə medal verilməyib.   Müdafiə Nazirliyindən bu barədə açıqlama almaq mümkün olmadığı üçün medalın verilməmə səbəbini öyrənə bilmədik. Qazi dövlət qurumlarının biganəliyindən də gileylənir. Deyir, səhəti ilə bağlı problemlərinə görə öz hesabına müalicə alıb. Maddi imkanı olmadığı üçün  Sabunçu Rayon İcra Hakimiyyətindən “Toplum TV”yə bildirilib ki, qazinin adı sistemdə çıxmadığı üçün açıqlama vermək mümkün deyil. Səyyad Quliyev həm də işsizlikdən şikayət edir. Deyir, fərdi məşğulluq üçün müraciət etdikdə, ona 1 il gözləməli olduğu deyilib.  İşsizlik şikayəti ilə əlaqədar...

Seçilmiş Videolar

Toplum TV loqo