Region

Koronavirus statistikası:Ermənistan, Gürcüstan

17 Aprel, 2021
168

Sosial media

Ermənistanda son sutkada koronavirusa 870 yoluxma qeydə alınıb.

"Sputnik Armenia"-nın verdiyi məlumata görə, son 24 saat ərzində xəstəlikdən 24 nəfər ölüb, bununla da indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3 859 nəfərə çatıb.

Ümumilikdə Ermənistanda koronavirusa 207 973 nəfər yoluxub.

Gürcüstanda son sutkada "COVID-19"-a 1219 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

Bu barədə "agenda.ge" məlumat verib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 294 540, ölənlərin sayı isə 3 925 nəfərə çatıb.

Virusa yoluxanlardan 280 132 nəfərin sağaldığı bildirilir.

Region

Paşinyan vəzifəsindən istefa verdi

25 Aprel 2021

Sosial media

Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdan gələn növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı vəzifəsindən istefa verdiyini bildirib. Bu barədə o, "Feysbuk" səhifəsində xalqa videomüraciətində deyib. "İyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün bu gün vəzifəmdən istefa verirəm", - Paşinyan belə deyib. Paşinyan daha əvvəl Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib. O bildirib ki, parlamentin buraxılması mexanizmini işə salmaq üçün apreldə rəsmən istefaya gedəcək, lakin seçkilərə qədər hökumətlə rəhbərlik edəcək.("Report")
Region

Koronavirus statistikası: Gürcüstan, Ermənistan

25 Aprel 2021

Sosial media

Gürcüstanda son sutkada koronavirusa 966 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb(Agenda.Ge). Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 303 751, ölənlərin sayı isə 4 025 nəfərə çatıb. Virusa yoluxanlardan 285 971 nəfərin sağaldığı bildirilir. Ermənistanda son sutkada yeni növ koronavirusa 1174 yeni yoluxma qeydə alınıb. Ölkədə infeksiyaya yoluxanların ümumi sayı 213 288 nəfərə çatıb (Sputnik Armenia). Son sutka ərzində virusdan 17 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 4018 nəfərə yüksəlib.
Seçilmiş Videolar