Region

Koronavirus statistikası: Ermənistan, Gürcüstan

4 Aprel, 2021
80

Sosial media

Ermənistanda son sutkada koronavirusa 590 yoluxma faktı qeydə alınıb, 17 nəfər ölüb.

Beləliklə, bu ölkədə COVİD-19-dan ölənlərin ümumi sayı 3 575 nəfərə çatıb.

"Novosti-Armeniya"nın aprelin 4-də verdiyi xəbərə görə, pandemiya ərzində ölkədə ümumilikdə 196 634 nəfər koronavirusa yoluxub.

Son sutkada 608 pasientin koronavirusdan sağaldığı deyilir. Bununla da COVİD-19-dan sağalanların ümumi sayı 176 009 nəfərə yüksəlib.

Hazırda 16 150 nəfərin müalicəsi davam etdirilir.

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa 464 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.

Bu barədə aprelin 4-də Gürcüstan hökumətinin saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 283 833, ölənlərin sayı isə 3 811 nəfərə çatıb. Virusa yoluxanlardan 274 599 nəfərin sağaldığı bildirilir.

Region

Paşinyanı məhkəməyə verdilər

8 Aprel 2021

Habertürk

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Baş nazir Nikol Paşinyanı məhkəməyə verib. Şikayət Yerevan məhkəməsində hakim Artur Mkrtçyanın sədrliyi ilə araşdırılacaq (“news.am”). Ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edən Koçaryan həm də ona maddi və mənəvi ziyan vurulduğunu bildirib; bu ziyanın ödənilməsini və haqqında deyilənlərin təkzib olunmasını tələb edib.
Region

“Feysbuk” “Gürcü marşı” ilə əlaqəli səhifə və hesabları sildi

8 Aprel 2021

Sosial media

"Feysbuk" rəhbərliyi "Gürcü Marşı" hərəkatı və onun gənclər qanadı ilə əlaqəli hesabları və səhifələri silib. Şirkətin açıqlamasına görə, "Feysbuk"-da 23, “İnstaqram"-da 11 hesab qapadılıb, daxili auditoriyaya yönəlmiş 12 qrup deaktiv edilib. "Gürcü Marşı - Milli Hərəkat" Gürcüstanın ultra-millətçi partiyasıdır. Hərəkat üzvləri sərt immiqrasiya qanunlarını müdafiə etmələriylə tanınırlar. Bundan başqa, onlar LGBT cəmiyyətinin nümayəndələrini hədələyir və miqrantlara nəzarət etmək üçün "xalq patrulu" yaratmaq təklifiylə çıxış edirlər (Sputnik-georgia).
Seçilmiş Videolar