Region

Koronavirus statistikası: Ermənistan1005, Gürcüstan 419

26 Mart, 2021
92

BBC

Ermənistanda koronavirusa yoluxanların sayı 188 446 nəfərə çatıb.

Martın 26-da “armeniasputnik.am”ın verdiyi xəbərə görə, ötən sutka ərzində daha 1 005 nəfər COVID-19-a yoluxub, 18 nəfər isə xəstəlikdən ölüb.

Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3 434 nəfərə çatıb.

Gürcüstanda isə son sutkada koronavirusa 419 yeni yoluxma faktı qeydə alınıb, 307 nəfər sağalaraq evə buraxılıb, 6 nəfər xəstəlikdən vəfat edib.

Bununla da ölkədə virusdan ölənlərin sayı 3 738-ə çatıb.

“Agende.Ge”nin verdiyi xəbərə görə, ümumilikdə ölkədə 279 446 nəfər virusa yoluxub, 271 585 nəfər isə xəstəlikdən sağala bilib.

Region

Paşinyanı məhkəməyə verdilər

8 Aprel 2021

Habertürk

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Baş nazir Nikol Paşinyanı məhkəməyə verib. Şikayət Yerevan məhkəməsində hakim Artur Mkrtçyanın sədrliyi ilə araşdırılacaq (“news.am”). Ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edən Koçaryan həm də ona maddi və mənəvi ziyan vurulduğunu bildirib; bu ziyanın ödənilməsini və haqqında deyilənlərin təkzib olunmasını tələb edib.
Region

“Feysbuk” “Gürcü marşı” ilə əlaqəli səhifə və hesabları sildi

8 Aprel 2021

Sosial media

"Feysbuk" rəhbərliyi "Gürcü Marşı" hərəkatı və onun gənclər qanadı ilə əlaqəli hesabları və səhifələri silib. Şirkətin açıqlamasına görə, "Feysbuk"-da 23, “İnstaqram"-da 11 hesab qapadılıb, daxili auditoriyaya yönəlmiş 12 qrup deaktiv edilib. "Gürcü Marşı - Milli Hərəkat" Gürcüstanın ultra-millətçi partiyasıdır. Hərəkat üzvləri sərt immiqrasiya qanunlarını müdafiə etmələriylə tanınırlar. Bundan başqa, onlar LGBT cəmiyyətinin nümayəndələrini hədələyir və miqrantlara nəzarət etmək üçün "xalq patrulu" yaratmaq təklifiylə çıxış edirlər (Sputnik-georgia).
Seçilmiş Videolar