Region

Koronavirus statistikası: Gürcüstan, Ermənistan

11 Aprel, 2021
173

Sosial media

Gürcüstanda son sutkada koronavirusa 707 yoluxma faktı qeydə alınıb, 8 nəfər xəstəlikdən vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin rəsmi saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanlar 288 396, ölənlər isə 3 877 nəfərə çatıb.

Virusa yoluxanlardan 277 303 nəfərin sağaldığı bildirilir.

Ermənistanda durum necədir?

Ermənistanda yeni növ koronavirusa COVİD-19) yoluxanların sayı 202 817 nəfərə çatıb.

“Armeniasputnik.am”in verdiyi məlumata görə, ötən sutka ərzində daha 650 nəfər COVİD-19-a yoluxub, 15 nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 3735 nəfərə çatıb.

İndiyə qədər koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı isə 952 nəfərdir.

Region

Paşinyan vəzifəsindən istefa verdi

25 Aprel 2021

Sosial media

Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdan gələn növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı vəzifəsindən istefa verdiyini bildirib. Bu barədə o, "Feysbuk" səhifəsində xalqa videomüraciətində deyib. "İyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün bu gün vəzifəmdən istefa verirəm", - Paşinyan belə deyib. Paşinyan daha əvvəl Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib. O bildirib ki, parlamentin buraxılması mexanizmini işə salmaq üçün apreldə rəsmən istefaya gedəcək, lakin seçkilərə qədər hökumətlə rəhbərlik edəcək.("Report")
Region

Koronavirus statistikası: Gürcüstan, Ermənistan

25 Aprel 2021

Sosial media

Gürcüstanda son sutkada koronavirusa 966 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb(Agenda.Ge). Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 303 751, ölənlərin sayı isə 4 025 nəfərə çatıb. Virusa yoluxanlardan 285 971 nəfərin sağaldığı bildirilir. Ermənistanda son sutkada yeni növ koronavirusa 1174 yeni yoluxma qeydə alınıb. Ölkədə infeksiyaya yoluxanların ümumi sayı 213 288 nəfərə çatıb (Sputnik Armenia). Son sutka ərzində virusdan 17 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 4018 nəfərə yüksəlib.
Seçilmiş Videolar