Region

Naxçıvanda məktəb çökdü: ölən və yaralananlar var

Aytac Məmmədli
31 Mart, 2022
1148

Naxçıvanda məktəb binasının çökməsi nəticəsində ölən və yaralananların olduğu deyilir.  

Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi ilə bağlı məlumat yayıb.  

Bu barədə Nazirliyin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov "Facebook" hesabında yazıb. 

O bildirib ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur: "Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər".

“Toplum TV”-yə danışan Nehrəm kənd 2 nömrəli məktəbin təsərrüfat müdiri hadisə zamanı fəhlələr arasında ölən və yaralananların olduğunu deyib: “Hələlik neçə nəfərin öldüyü, neçəsinin yaralandığı dəqiq bilinmir”.  

O həmçinin qeyd edib ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar martın 1-dən müəllim və şagirdlər Nehrəm kənd 1 nömrəli məktəbdə təhsillərini davam etdirirlər. 

Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən isə APA-ya bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Region

Zorakılıqda ittiham olunan icra başçısı müavininin məhkəməsi başlayıb

6 Sentyabr 2022
Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Rasilə Arifqızı (Əliyeva) sentyabrın 6-da məhkəmə qarşısına çıxarılıb.  Lənkəran Rayon Məhkəməsində onun haqqındakı cinayət işi üzrə araşdırmalar başlayıb. Xəbəri Meydan TV yayıb. Bildirilir ki, məktəbliyə qarşı zorakılıqda ittiham olunan Rasilə Arifqızı cinayət məsuliyyətinə cəlb olunsa da, həbsdə deyil. İstintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi. Sentyabrın 6-da hakim Rəşad Məmmədovun sədrliyilə keçirilən məhkəmənin hazırlıq iclasında da onun barəsindəki qətimkan növüylə bağlı məsələ müzakirə olunub. Prokuror təklif edib ki, elə məhkəmə dövründə də başqa yerə getməməyə dair qətimkan tədbiri saxlanılsın, onun dəyişdirilməsinə – Rasilə Arifqızının həbs olunmasına ehtiyac...
Region

Zaqatalada yanğınlar davam edir: 10 hektar ərazi yanıb

Aytac Məmmədli
2 Sentyabr 2022
Zaqatalanın Yuxarı Tala kəndi ətrafındakı 3 gündür ki, meşə yanğınları başlayıb.    Hazırda "Toplum TV"-nin əməkdaşı həmin ərazidədir.   Onun verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.  Kənd camaatı da yanğını söndürməyə kömək edir: "Yanğın demək olar ki, söndürülüb, açıq alov yoxdur. Közərtilər yanır. Ağac sönür, sonra yenidən yanmağa başlayır. Bunun üçün sutkalıq növbətçi sistemi təşkil ediblər. Ərazi mürəkkəb relyefdə yerləşir. O ərazilərə Fövqəladə Hallar Nazirliyinin maşınları girə bilmir".    O bildirib ki, ağaclara xeyli ziyan dəysə də, heyvan qalıqlarına rast gəlinmir. Ərazidə isə cəmi bir helikopterin olduğu bildirilir.   ...

Seçilmiş Videolar

Toplum TV loqo