Region

Paşinyanı məhkəməyə verdilər

8 Aprel, 2021
39

Habertürk

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

Şikayət Yerevan məhkəməsində hakim Artur Mkrtçyanın sədrliyi ilə araşdırılacaq (“news.am”).

Ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edən Koçaryan həm də ona maddi və mənəvi ziyan vurulduğunu bildirib; bu ziyanın ödənilməsini və haqqında deyilənlərin təkzib olunmasını tələb edib.

Region

“Feysbuk” “Gürcü marşı” ilə əlaqəli səhifə və hesabları sildi

8 Aprel 2021

Sosial media

"Feysbuk" rəhbərliyi "Gürcü Marşı" hərəkatı və onun gənclər qanadı ilə əlaqəli hesabları və səhifələri silib. Şirkətin açıqlamasına görə, "Feysbuk"-da 23, “İnstaqram"-da 11 hesab qapadılıb, daxili auditoriyaya yönəlmiş 12 qrup deaktiv edilib. "Gürcü Marşı - Milli Hərəkat" Gürcüstanın ultra-millətçi partiyasıdır. Hərəkat üzvləri sərt immiqrasiya qanunlarını müdafiə etmələriylə tanınırlar. Bundan başqa, onlar LGBT cəmiyyətinin nümayəndələrini hədələyir və miqrantlara nəzarət etmək üçün "xalq patrulu" yaratmaq təklifiylə çıxış edirlər (Sputnik-georgia).
Region

Paşinyan Putinlə görüşündən razı qalıb

8 Aprel 2021

Sosial media

"Üç saat yarım ərzində Vladimir Putinlə bir çox məsələni müzakirə etdik. Heç bir sənəd imzalanmasa da, görüş səmərəli keçdi". Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Erməni Hüquqşünaslar Assosiasiyasının üzvləri ilə görüşündə belə deyib. O, imzalanmış müqavilələrin şərtlərinə əməl edilməsi və sair məsələlərin müzakirə edildiyini bildirib. Hazırda baş nazirin Moskvada rəsmi səfəri davam edir (TASS). Moskva Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı tədqiqatçısı Sergey Markedonovsa "Sputnik Ermənistan"a müsahibəsində deyib ki, Nikol Paşinyanla Vladimir Putin arasındakı danışıqlar Ermənistanın daxili siyasətində Rusiyanın yüksək rolunu nümayiş etdirir, amma bu görüşdən hər hansı ciddi dəyişiklik gözləmək lazım deyil.
Seçilmiş Videolar