Region

Paşinyanın yeni planı: Beynəlxalq birlik dəstək versin

27 May, 2021
2696

news.am

Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan “faydalı plan” hazırlayır. 

"Tezliklə sərhəddəki vəziyyətin sülh yolu ilə həlli üçün plan təqdim edəcəm. Əminəm ki, təklif qarşılıqlı faydalıdır və beynəlxalq birliyin dəstəyi ilə qısa müddətdə həyata keçirilə bilər" -  Paşinyan özünün "Feysbuk" səhifəsində belə .

Region

Zorakılıqda ittiham olunan icra başçısı müavininin məhkəməsi başlayıb

6 Sentyabr 2022
Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Rasilə Arifqızı (Əliyeva) sentyabrın 6-da məhkəmə qarşısına çıxarılıb.  Lənkəran Rayon Məhkəməsində onun haqqındakı cinayət işi üzrə araşdırmalar başlayıb. Xəbəri Meydan TV yayıb. Bildirilir ki, məktəbliyə qarşı zorakılıqda ittiham olunan Rasilə Arifqızı cinayət məsuliyyətinə cəlb olunsa da, həbsdə deyil. İstintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi. Sentyabrın 6-da hakim Rəşad Məmmədovun sədrliyilə keçirilən məhkəmənin hazırlıq iclasında da onun barəsindəki qətimkan növüylə bağlı məsələ müzakirə olunub. Prokuror təklif edib ki, elə məhkəmə dövründə də başqa yerə getməməyə dair qətimkan tədbiri saxlanılsın, onun dəyişdirilməsinə – Rasilə Arifqızının həbs olunmasına ehtiyac...
Region

Zaqatalada yanğınlar davam edir: 10 hektar ərazi yanıb

Aytac Məmmədli
2 Sentyabr 2022
Zaqatalanın Yuxarı Tala kəndi ətrafındakı 3 gündür ki, meşə yanğınları başlayıb.    Hazırda "Toplum TV"-nin əməkdaşı həmin ərazidədir.   Onun verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.  Kənd camaatı da yanğını söndürməyə kömək edir: "Yanğın demək olar ki, söndürülüb, açıq alov yoxdur. Közərtilər yanır. Ağac sönür, sonra yenidən yanmağa başlayır. Bunun üçün sutkalıq növbətçi sistemi təşkil ediblər. Ərazi mürəkkəb relyefdə yerləşir. O ərazilərə Fövqəladə Hallar Nazirliyinin maşınları girə bilmir".    O bildirib ki, ağaclara xeyli ziyan dəysə də, heyvan qalıqlarına rast gəlinmir. Ərazidə isə cəmi bir helikopterin olduğu bildirilir.   ...

Seçilmiş Videolar

Toplum TV loqo