Region

Naxçıvan sakini: Dəyişiklik görməmişəm, görsəm deyərəm

Samirə Əli
3 Fevral, 2023
1156

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısı qələbəlikldir. Muxtar respublikanın hər yerindən vətəndaşlar öz şikayətlərini çatdırmağa tələsirlər.

Toplum tv-nin əməkdaşı təkcə Naxçıvan şəhərində yox, muxtar respublikanın fərqli bölgələrinə də baş çəkib. Culfanın Bənəniyar kənd sakinləri Ali Məclisin keçmiş sədri Vasif Talıbovun dövründə ögey münasibətlə qarşılaşdıqlarını deyirlər, onun dövründə kəndə hərbi texnikanın vasitəsilə girən polisin bənəyarlılara divan tutduğunu, işgəncələrdən az sonra bir nəfərin həyatını itirdiyini bildirirlər. Hüquq-mühafizə orqanlarının yeni rəhbərliyi 13 il öncə əvvəl baş verənləri araşdırmağa başlayıb. 

Vasif Talıbovun istefasından sonra yerli mediada onun ailəsinin qazandığı milyonlar haqda danışılmağa  başlandı. Bənənyar sakinlərisə deyirlər ki, bu naxçıvanlılar üçün yenilik deyil.

 Muxtar respublikada başlıca problemlərdən biri işsizlikdir. Bu üzdən çoxları ya Türkiyəyə üz tutur, ya ölkə paytaxı Bakıya. Ona görə də kəndlər boşalır. Belə kəndlərdən biri də Şərurun Ərəbyengicə kəndidir. Ərəbyengicədən olan  Əli Seyidov hakimiyyətdəki dəyişikliklər haqqında nikbin düşünür. Deyir, özünün bundan sonra nələrsə arzulamaq üçün yaşı ötsə, gənclər üçün kəndin abadlığa çevrilməsini istəyir.

 Muxtar Respublikada keçmişdən çox danışılsa da, sakinlər daha çox gələcəyi, bundan sonranı düşünürlər. Bundan sonra naxçıvanlılar rahat nəfəs ala, iş qura, tərk etdikləri evlərinə qayıda, ailələrinə çörək qazana biləcəklərmi? Siyasi fəaliyyətlərinə görə təqib olunmayaqlar ki, ayrı-seçkiliklə üzləşməyəcəklər ki?  Yeni rəhbərliyin təyinatından bir aydan çox keçir. Naxçıvanlılar hələlik xüsusi fərq hiss etmədiklərini deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Region

Naxçıvanın icra başçısı vəzifəsindən azad edildi

17 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvanın icra başçısı Mirsənani Seyidov vəzifəsindən azad edilib. Toplum TV xəbər verir ki, bu barədə noyabrın 17-də Prezident İlham Əliyev Sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Mirsənani Seyidov 2018-ci ilin iyulundan bu vəzifəni tuturdu.  O, icra başçısı vəzifəsindən əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatında şöbə müdiri və Naxçıvan Muxtar Respublikasının Nəqliyyat naziri vəzifələrində çalışıb.
Region

Zaqatala və Balakəndə evləri su basıb, körpülər yararsız hala düşüb

18 Sentyabr 2023
Leysan yağışları səbəbindən Zaqatalada 100-dən çox evin həyətyanı sahəsinə, zirzəmi və birinci mərtəbəsinə sel suları dolub, dörd körpü yarasız hala düşüb. Toplum TV APA-ya istinadən xəbər verir ki, ölkədəki qeyri-sabit hava şəraiti daha çox Zaqatala rayonunda özünü göstərib. Leysan yağışları səbəbindən rayon  çaylarında su həddən artıq artıb. Sel səbəbindən Car kəndi və Qazangül qəsəbəsi ərazisində üç körpü yararsız hala düşüb. https://toplum.tv/multimedia/pquotheftede-12-manat-suya-veririkquotp Zilban çayının məcrasından çıxması səbəbindən Zilban kəndindəki körpü yararsız hala düşüb. Tala çayının məcrasından çıxması səbəbindən isə rayonun Yolayrıc kəndini sel suları basıb. Bildirilir ki, sel suları kənddə 100 çox sakini təsərrüfatına ciddi ziyan vurub.  Qeyri-sabit hava şəraiti Balakən...

Seçilmiş Videolar

Toplum TV loqo