Region

Zaqatala və Balakəndə evləri su basıb, körpülər yararsız hala düşüb

18 Sentyabr, 2023
99

Zaqatalar

Leysan yağışları səbəbindən Zaqatalada 100-dən çox evin həyətyanı sahəsinə, zirzəmi və birinci mərtəbəsinə sel suları dolub, dörd körpü yarasız hala düşüb.

Toplum TV APA-ya istinadən xəbər verir ki, ölkədəki qeyri-sabit hava şəraiti daha çox Zaqatala rayonunda özünü göstərib. Leysan yağışları səbəbindən rayon  çaylarında su həddən artıq artıb. Sel səbəbindən Car kəndi və Qazangül qəsəbəsi ərazisində üç körpü yararsız hala düşüb.

https://toplum.tv/multimedia/pquotheftede-12-manat-suya-veririkquotp

Zilban çayının məcrasından çıxması səbəbindən Zilban kəndindəki körpü yararsız hala düşüb. Tala çayının məcrasından çıxması səbəbindən isə rayonun Yolayrıc kəndini sel suları basıb. Bildirilir ki, sel suları kənddə 100 çox sakini təsərrüfatına ciddi ziyan vurub. 

Qeyri-sabit hava şəraiti Balakən rayonunda da fəsadlar törədib. Leysan səbəbindən bir sıra evlərin birinci mərtəbəsinə, zirzəmilərinə və həyətyanı sahələrə yağış suları dolub.  

Sözügedən sayonlarda qeyri-sabit hava şəraiti davam edir.


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Region

Naxçıvan sakini: Dəyişiklik görməmişəm, görsəm deyərəm

Samirə Əli
3 Fevral 2023
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısı qələbəlikldir. Muxtar respublikanın hər yerindən vətəndaşlar öz şikayətlərini çatdırmağa tələsirlər. Toplum tv-nin əməkdaşı təkcə Naxçıvan şəhərində yox, muxtar respublikanın fərqli bölgələrinə də baş çəkib. Culfanın Bənəniyar kənd sakinləri Ali Məclisin keçmiş sədri Vasif Talıbovun dövründə ögey münasibətlə qarşılaşdıqlarını deyirlər, onun dövründə kəndə hərbi texnikanın vasitəsilə girən polisin bənəyarlılara divan tutduğunu, işgəncələrdən az sonra bir nəfərin həyatını itirdiyini bildirirlər. Hüquq-mühafizə orqanlarının yeni rəhbərliyi 13 il öncə əvvəl baş verənləri araşdırmağa başlayıb.  Vasif Talıbovun istefasından sonra yerli mediada onun ailəsinin qazandığı milyonlar haqda danışılmağa  başlandı. Bənənyar sakinlərisə deyirlər ki, bu naxçıvanlılar üçün yenilik deyil.  Muxtar respublikada...
Region

Zorakılıqda ittiham olunan icra başçısı müavininin məhkəməsi başlayıb

6 Sentyabr 2022
Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Rasilə Arifqızı (Əliyeva) sentyabrın 6-da məhkəmə qarşısına çıxarılıb.  Lənkəran Rayon Məhkəməsində onun haqqındakı cinayət işi üzrə araşdırmalar başlayıb. Xəbəri Meydan TV yayıb. Bildirilir ki, məktəbliyə qarşı zorakılıqda ittiham olunan Rasilə Arifqızı cinayət məsuliyyətinə cəlb olunsa da, həbsdə deyil. İstintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi. Sentyabrın 6-da hakim Rəşad Məmmədovun sədrliyilə keçirilən məhkəmənin hazırlıq iclasında da onun barəsindəki qətimkan növüylə bağlı məsələ müzakirə olunub. Prokuror təklif edib ki, elə məhkəmə dövründə də başqa yerə getməməyə dair qətimkan tədbiri saxlanılsın, onun dəyişdirilməsinə – Rasilə Arifqızının həbs olunmasına ehtiyac...

Seçilmiş Videolar

Toplum TV loqo