Region

Türkiyədə çox sayda hərbçi həbs edildi

4 Aprel, 2021
64

Anadolu Agency

İstanbul Baş Prokurorluğunun apardığı əməliyyat zamanı Türkiyə Silahlı Qüvvəllərinin 93 hərbçisi saxlanılıb. Onlar FETO ilə əməkdaşlıqda şübhəli bilinirlər.

Bu haqda “Anadolu” agentliyi xəbər yayıb.

Saxlanılanlardan 25-i həbs olunub, 3 nəfər barəsində araşdırma aparılır, 22 şəxsin axtarışı davam edir.

Xəbərdə deyilir ki, 22 hərbçi Türkiyədə terror təşkilatı kimi tanınan FETO-nun fəaliyyəti barədə ətraflı məlumat verib.

Digər bir əməliyyat isə İzmirin Baş Prokurorluğu tərəfindən ölkənin 53 vilayətində paralel olaraq həyata keçirilib.

Martın 23-də başlanan əməliyyatda 184 hərbçinin saxlanıldığı deyilir. Onlardan 123-ü hazırda xidmət edən hərbi qulluqçulardır.

Saxlanılanlardan 41-i həbs olunub, 92-i isə azadlığa buraxılsa da, məhkəmə nəzarəti altındadır. Digər şübhəlilər hazırda axtarışdadır.

Region

Paşinyanı məhkəməyə verdilər

8 Aprel 2021

Habertürk

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Baş nazir Nikol Paşinyanı məhkəməyə verib. Şikayət Yerevan məhkəməsində hakim Artur Mkrtçyanın sədrliyi ilə araşdırılacaq (“news.am”). Ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edən Koçaryan həm də ona maddi və mənəvi ziyan vurulduğunu bildirib; bu ziyanın ödənilməsini və haqqında deyilənlərin təkzib olunmasını tələb edib.
Region

“Feysbuk” “Gürcü marşı” ilə əlaqəli səhifə və hesabları sildi

8 Aprel 2021

Sosial media

"Feysbuk" rəhbərliyi "Gürcü Marşı" hərəkatı və onun gənclər qanadı ilə əlaqəli hesabları və səhifələri silib. Şirkətin açıqlamasına görə, "Feysbuk"-da 23, “İnstaqram"-da 11 hesab qapadılıb, daxili auditoriyaya yönəlmiş 12 qrup deaktiv edilib. "Gürcü Marşı - Milli Hərəkat" Gürcüstanın ultra-millətçi partiyasıdır. Hərəkat üzvləri sərt immiqrasiya qanunlarını müdafiə etmələriylə tanınırlar. Bundan başqa, onlar LGBT cəmiyyətinin nümayəndələrini hədələyir və miqrantlara nəzarət etmək üçün "xalq patrulu" yaratmaq təklifiylə çıxış edirlər (Sputnik-georgia).
Seçilmiş Videolar