Region

Xınalıqda nadir tapıntılar aşkarlandı

3 Fevral, 2021
476

report

Xınalıqda antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar edilib.


Bu barədə fevralın 3-də AMEA-dan verilən məlumatda bildirilib.


Məlumata görə, akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda apardığı arxeoloji tədqiqatlar nəticəsində məlum olub ki, burada 1 hektara yaxın sahədə qədim yaşayış yeri və qədim qəbiristanlıq mövcud olub.


Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyev bildirib ki, adıçəkilən ərazinin cənub-şərq hissəsində 15-dən artıq kurqan aşkarlanıb.


Arxeoloq alim ilkin nəticələrə əsaslanaraq nekropolda aparılan tədqiqatların antik dövrə aid olduğunu vurğulayıb. O saxsı materiallar, dəmirdən hazırlanmış silah nümunələri, tunc bəzək əşyaları, müxtəlif minerallardan və şüşədən hazırlanmış muncuqlarla yanaşı, qəbiristanlıq ərazisində nadir tapıntılara da rast gəlindiyini bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Region

Naxçıvanın icra başçısı vəzifəsindən azad edildi

17 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvanın icra başçısı Mirsənani Seyidov vəzifəsindən azad edilib. Toplum TV xəbər verir ki, bu barədə noyabrın 17-də Prezident İlham Əliyev Sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Mirsənani Seyidov 2018-ci ilin iyulundan bu vəzifəni tuturdu.  O, icra başçısı vəzifəsindən əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatında şöbə müdiri və Naxçıvan Muxtar Respublikasının Nəqliyyat naziri vəzifələrində çalışıb.
Region

Zaqatala və Balakəndə evləri su basıb, körpülər yararsız hala düşüb

18 Sentyabr 2023
Leysan yağışları səbəbindən Zaqatalada 100-dən çox evin həyətyanı sahəsinə, zirzəmi və birinci mərtəbəsinə sel suları dolub, dörd körpü yarasız hala düşüb. Toplum TV APA-ya istinadən xəbər verir ki, ölkədəki qeyri-sabit hava şəraiti daha çox Zaqatala rayonunda özünü göstərib. Leysan yağışları səbəbindən rayon  çaylarında su həddən artıq artıb. Sel səbəbindən Car kəndi və Qazangül qəsəbəsi ərazisində üç körpü yararsız hala düşüb. https://toplum.tv/multimedia/pquotheftede-12-manat-suya-veririkquotp Zilban çayının məcrasından çıxması səbəbindən Zilban kəndindəki körpü yararsız hala düşüb. Tala çayının məcrasından çıxması səbəbindən isə rayonun Yolayrıc kəndini sel suları basıb. Bildirilir ki, sel suları kənddə 100 çox sakini təsərrüfatına ciddi ziyan vurub.  Qeyri-sabit hava şəraiti Balakən...

Seçilmiş Videolar

Toplum TV loqo