Zaqatalanın Yuxarı Tala kəndi yaxınlığındakı dağlıq-meşəlik ərazilərdə bir neçə gündür yanğın başlayıb.
Açıqlanan rəsmi məlumatda bildirilib ki, ərazinin relyefi mürəkkəb olması yanğının söndürülməsini çətinləşdirib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı açıqlamada qeyd edilir ki, havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri davam etdirilir:
“Hazırda yanğının söndürülməsi əməliyyatında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir”.
Yuxarı Tala sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, yanğın kəndin yaxınlığındadır və insanlarda kəndə yaxınlaşması ilə bağlı qorxu var: “Keçən dəfə Şabranda evlərə keçmişdi. Ümid edirik ki, qarşısı tezliklə alınar”.
Kənd sakinləri onu da bildiriblər ki, yanğının söndürülməsinə kəndlilər də qoşulub və əllərindən gələni edirlər: “Bütün gecəni kəndin kişiləri meşələrdə, dağlarda yanğının söndürülməsinə dəstək olub. Hamının tək istəyi tezliklə yanğının qarşısının alınmasıdır”.
Ekoaktivist Cavid qara isə “Ecofront” səhifəsində yazır ki, Zaqataladakı yanğın qəsdən törədilib.
Onun sözlərinə görə, gediş-gəliş olmayan yerdə yamacın ortasında yanğın başlamasının başqa səbəbi yoxdur: “Qəsdin səbəbi də qarşıdakı günlərdə aydın olacaq. Dərd odur ki, Zaqatala şəhərinin yaxınlığında günün günorta vaxtı kiçik bir yanğını vaxtında söndürə bilmədilər. Bu, ETSN-in və FHN-nin birgə biabırçılığıdır”.
Cavid Qara bildirib ki, yanğın qonşu dərələrə keçməmiş su ayrıcında lokallaşdırıla bilər. Yoxsa sonra çox çətin olacaq: “Bütün resursları səfərbər etmək lazımdır”.
Avqustun 15-də Şabranın Xəlfələr kəndinin əkin sahəsində də yanğın başlamışdı.
Tezliklə əhatəsi genişlənən yanğıb sürətlə rayonun Dağbilici, Mumlu, Zöhramlı kəndlərinə yayılmışdı.
Nəticədə 10-dan çox təsərrüfata zərər dəymişdi, bir neçə ev tamamilə yanıb külə dönmüşdü və heyvanlar ölmüşdü.
FHN-in açıqlamasında görə, yanğınlar nəticəsində Şabranda təxminən 40 hektar meşə və meşəətrafı sahə yanıb.
Eyni zamanda, ötən ay Quba ərazisində də meşəlik bölgələrdə yanğın qeydə alınmışdı.
Günlərlə çəkən söndürmə əməliyyatlarından sonra çətinliklə qarşısı alınmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?