Region

Zaqatalada yanğınlar davam edir: 10 hektar ərazi yanıb

Aytac Məmmədli
2 Sentyabr, 2022
991

Zaqatalanın Yuxarı Tala kəndi ətrafındakı 3 gündür ki, meşə yanğınları başlayıb. 
 
Hazırda "Toplum TV"-nin əməkdaşı həmin ərazidədir.
 
Onun verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerindədir. 

Kənd camaatı da yanğını söndürməyə kömək edir: "Yanğın demək olar ki, söndürülüb, açıq alov yoxdur. Közərtilər yanır. Ağac sönür, sonra yenidən yanmağa başlayır. Bunun üçün sutkalıq növbətçi sistemi təşkil ediblər. Ərazi mürəkkəb relyefdə yerləşir. O ərazilərə Fövqəladə Hallar Nazirliyinin maşınları girə bilmir". 
 
O bildirib ki, ağaclara xeyli ziyan dəysə də, heyvan qalıqlarına rast gəlinmir. Ərazidə isə cəmi bir helikopterin olduğu bildirilir. 
 
Kənd sakinlərindən bəziləri iddia edirlər ki, bir müddət əvvəl meşədəki ağacları kəsiblər, indi də izi itirmək üçün meşə qəsdən yandırılır.  

Rəsmilərin məlumatına görə, təqribən 8-10 hektar ərazi yanıb.  
 
FHN-nin yaydığı açıqlamada qeyd edilir ki, havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri davam etdirilir.  
 
Yanğının səbəbilə bağlı hələlik dəqiq məlumat yoxdur.  
 
Avqustun 15-də Şabranın Xəlfələr kəndinin əkin sahəsində də yanğın başlamışdı. 
 
Tezliklə əhatəsi genişlənən yanğın sürətlə rayonun Dağbilici, Mumlu, Zöhramlı kəndlərinə yayılmışdı. 
 
Ötən ay da Quba ərazisində meşəlik bölgələrdə yanğın qeydə alınmışdı. 
 
Günlərlə çəkən söndürmə əməliyyatlarından sonra yanğının çətinliklə qarşısı alınmışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Region

Naxçıvan sakini: Dəyişiklik görməmişəm, görsəm deyərəm

Samirə Əli
3 Fevral 2023
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısı qələbəlikldir. Muxtar respublikanın hər yerindən vətəndaşlar öz şikayətlərini çatdırmağa tələsirlər. Toplum tv-nin əməkdaşı təkcə Naxçıvan şəhərində yox, muxtar respublikanın fərqli bölgələrinə də baş çəkib. Culfanın Bənəniyar kənd sakinləri Ali Məclisin keçmiş sədri Vasif Talıbovun dövründə ögey münasibətlə qarşılaşdıqlarını deyirlər, onun dövründə kəndə hərbi texnikanın vasitəsilə girən polisin bənəyarlılara divan tutduğunu, işgəncələrdən az sonra bir nəfərin həyatını itirdiyini bildirirlər. Hüquq-mühafizə orqanlarının yeni rəhbərliyi 13 il öncə əvvəl baş verənləri araşdırmağa başlayıb.  Vasif Talıbovun istefasından sonra yerli mediada onun ailəsinin qazandığı milyonlar haqda danışılmağa  başlandı. Bənənyar sakinlərisə deyirlər ki, bu naxçıvanlılar üçün yenilik deyil.  Muxtar respublikada...
Region

Zorakılıqda ittiham olunan icra başçısı müavininin məhkəməsi başlayıb

6 Sentyabr 2022
Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Rasilə Arifqızı (Əliyeva) sentyabrın 6-da məhkəmə qarşısına çıxarılıb.  Lənkəran Rayon Məhkəməsində onun haqqındakı cinayət işi üzrə araşdırmalar başlayıb. Xəbəri Meydan TV yayıb. Bildirilir ki, məktəbliyə qarşı zorakılıqda ittiham olunan Rasilə Arifqızı cinayət məsuliyyətinə cəlb olunsa da, həbsdə deyil. İstintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi. Sentyabrın 6-da hakim Rəşad Məmmədovun sədrliyilə keçirilən məhkəmənin hazırlıq iclasında da onun barəsindəki qətimkan növüylə bağlı məsələ müzakirə olunub. Prokuror təklif edib ki, elə məhkəmə dövründə də başqa yerə getməməyə dair qətimkan tədbiri saxlanılsın, onun dəyişdirilməsinə – Rasilə Arifqızının həbs olunmasına ehtiyac...

Seçilmiş Videolar

Toplum TV loqo