Region

Zorakılıqda ittiham olunan icra başçısı müavininin məhkəməsi başlayıb

6 Sentyabr, 2022
533

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Rasilə Arifqızı (Əliyeva) sentyabrın 6-da məhkəmə qarşısına çıxarılıb. 

Lənkəran Rayon Məhkəməsində onun haqqındakı cinayət işi üzrə araşdırmalar başlayıb.

Xəbəri Meydan TV yayıb.

Bildirilir ki, məktəbliyə qarşı zorakılıqda ittiham olunan Rasilə Arifqızı cinayət məsuliyyətinə cəlb olunsa da, həbsdə deyil.

İstintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi.

Sentyabrın 6-da hakim Rəşad Məmmədovun sədrliyilə keçirilən məhkəmənin hazırlıq iclasında da onun barəsindəki qətimkan növüylə bağlı məsələ müzakirə olunub. Prokuror təklif edib ki, elə məhkəmə dövründə də başqa yerə getməməyə dair qətimkan tədbiri saxlanılsın, onun dəyişdirilməsinə – Rasilə Arifqızının həbs olunmasına ehtiyac yoxdur.

Məhkəmə də bununla razılaşıb. Sabiq icra başçısının müavini barəsində cinayət işi üzrə məhkəmə istintaqının başlanmasına qərar verilib.

Sentyabrın 12-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror ittiham aktını elan edəcək, Rasilə Arifqızı, zərərçəkmiş məktəbli və şahidlər dindiriləcək.

Rasilə Arifqızı Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, Rasilə Arifqızı icra başçısının müavini işlədiyi dövrdə – 14 iyul 2022-ci ildə Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdi Aliyə Camalovanı attestat verilməsi bəhanəsilə xidməti sürücüsü vasitəsilə öz evinə gətirdib. 

O, məktəblinin mobil telefonunu əlindən alıb, oradakı məlumatları yeniyetmənin qohumlarının mobil telefonlarına göndərib. Həmçinin onu döyüb. Ekspertiza yeniyetmənin üzərindəki xəsarətləri sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirib.

İcra başçısının müavini ilə bağlı araşdırmalar “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin yeniyetməyə qarşı baş verənləri sosial mediada ictimailəşdirməsindən sonra başlayıb.

Kəmalə Ağazadənin yazdığına görə, Rasilə Arifqızı şagirdi şəxsi səbəbdən evinə gətirdərək zor tətbiq edib: “Səbəb Rəsilə Əliyevanın öz qızının telefonundan sevdiyi oğlana mesaj yazması olub. Deyilənə görə, öz qızını da döyüb. Amma bu, biri uşaq qədər yox…”

O əlavə edib ki, 9-cu sinif şagirdinin döyülməsində 4 saylı məktəb-liseyin direktoru Yeganə Əsgərova da iştirak edib.

Lənkəran Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə bu məlumat yayılandan az sonra açıqlama verərək, deyilənləri təkzib edib.

“İcra başçısının müavini Rəsilə Arifqızı tərəfindən məktəbli qızın döyülməsi və ya harasa dəvət edilməsi barədə məlumat yalandır. Sosial şəbəkədə məktəbli qızın döyulməsi ilə bağlı paylaşılan şəkillər barədə Lənkəran Rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda şöbədə araşdırma aparılır”, – icra hakimiyyətindən bildirilib.

Ardınca icra başçısının müavini özü açıqlama yayaraq bildirdi ki, fotosu yayılan uşaq onun qızı ilə eyni sinifdə oxuyur. Rəsilə Əliyeva iddia edib ki, həmin uşaq sinif yoldaşlarının, o cümlədən onun qızının adından mesajlar yazıb: “Mənim qızımın və sinif yoldaşı olan digər qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıb. Bundan xəbər tutan kimi onun valideynlərinə məlumat verdim. Qızıma isə tapşırdım ki, onun telefonunu alıb mənə gətirsin. Qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıldığını gördüm. Telefonda həmin yeniyetmənin özünün də əxlaqsız videoları vardı. Həmin videoları yeniyetmənin valideynlərinə göndərdim”.

İyulun 17-də isə prokurorluq icra başçısının müavini və lisey direktoru ilə bağlı araşdırmalara başlayıb. Daha sonra onların hər barəsində cinayət işi başlanıb və Rasilə Arifqızı vəzifəsindən azad edilib.

Cinayət Məcəlləsinin 309.1 maddəsində 2 min manatdan 4 min manata qədər cərimə, yaxud 2 ilədək islah işləri, ya da 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Region

Naxçıvan sakini: Dəyişiklik görməmişəm, görsəm deyərəm

Samirə Əli
3 Fevral 2023
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısı qələbəlikldir. Muxtar respublikanın hər yerindən vətəndaşlar öz şikayətlərini çatdırmağa tələsirlər. Toplum tv-nin əməkdaşı təkcə Naxçıvan şəhərində yox, muxtar respublikanın fərqli bölgələrinə də baş çəkib. Culfanın Bənəniyar kənd sakinləri Ali Məclisin keçmiş sədri Vasif Talıbovun dövründə ögey münasibətlə qarşılaşdıqlarını deyirlər, onun dövründə kəndə hərbi texnikanın vasitəsilə girən polisin bənəyarlılara divan tutduğunu, işgəncələrdən az sonra bir nəfərin həyatını itirdiyini bildirirlər. Hüquq-mühafizə orqanlarının yeni rəhbərliyi 13 il öncə əvvəl baş verənləri araşdırmağa başlayıb.  Vasif Talıbovun istefasından sonra yerli mediada onun ailəsinin qazandığı milyonlar haqda danışılmağa  başlandı. Bənənyar sakinlərisə deyirlər ki, bu naxçıvanlılar üçün yenilik deyil.  Muxtar respublikada...
Region

Zaqatalada yanğınlar davam edir: 10 hektar ərazi yanıb

Aytac Məmmədli
2 Sentyabr 2022
Zaqatalanın Yuxarı Tala kəndi ətrafındakı 3 gündür ki, meşə yanğınları başlayıb.    Hazırda "Toplum TV"-nin əməkdaşı həmin ərazidədir.   Onun verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.  Kənd camaatı da yanğını söndürməyə kömək edir: "Yanğın demək olar ki, söndürülüb, açıq alov yoxdur. Közərtilər yanır. Ağac sönür, sonra yenidən yanmağa başlayır. Bunun üçün sutkalıq növbətçi sistemi təşkil ediblər. Ərazi mürəkkəb relyefdə yerləşir. O ərazilərə Fövqəladə Hallar Nazirliyinin maşınları girə bilmir".    O bildirib ki, ağaclara xeyli ziyan dəysə də, heyvan qalıqlarına rast gəlinmir. Ərazidə isə cəmi bir helikopterin olduğu bildirilir.   ...

Seçilmiş Videolar

Toplum TV loqo