Siyasət

1 ayda 5 ölüm - Dövlət Sərhəd Xidmətində nə baş verir? 

Aytac Məmmədli
3 Fevral, 2022
1484

Açıq mənbələrdən götürülüb

“Ordunun içində baş verənləri görmürük, sadəcə versiyaları eşidirik. Bu da nə qədər obyektivdir? Cavab vermək çətindir”

Dövlət Sərhəd Xidmətinin daha bir hərbi qulluqçusu vəfat edib. 

Bu barədə fevralın 3-də DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. 

Məlumatda qeyd olunur ki, DSX-nin Yevlax şəhərində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Ceyhun Nabatəlizadə qeyri-döyüş şəraitində vəfat edib. 

Təkcə mətbuatda çıxan məlumatlara görə, bu hadisə DSX-də son 1 ayda baş tutan 5-ci ölüm hadisəsidir. 

Bundan əvvəl-yanvarın 22-də DSX-nin hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib. 

Yanvarın 3-də isə  DSX Sərhəd Qoşunlarının  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Əvəzli Elxan naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla hərbi qulluqçular - baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni, kiçik gizir Natiq İbrahimovu qətlə yetirib. 

Dövlət Sərhəd Xidmətində nə baş verir? 

“Toplum TV”-yə danışan DSX-nin mətbuat katibi Maya Şərifova baş verən hadisələrlə bağlı ictimaiyyətə lazım olan məlumatı verdiklərini söyləyir. Onun dediyinə görə, öz fəaliyyətləri barədə yalnız müvafiq qaydada məruzə etdikdən sonra açıqlama verə bilər. 

Maya Şərifova 

Mətbuat katibi onu da söyləyir ki, ölüm hallarına baxmayaraq, Dövlət Sərhəd Xidməti hələ də ən intizamlı qurumlardan biridir.

“Sərhəd qoşunlarının funksiyasının genişlənməsi hərbçilərə psixoloji və fiziki təsir edib”

Hərbi ekspert Azad İsazadənin sözlərinə görə, hərbçilərin ölümü barədə danışmaq çətindir, çünki hadisələr bir-birlərindən fərqlənir. Amma ekspertin fikrincə, sərhəd xidmətində ölümlərin artması sərhəd qoşunlarının funksiyasının genişlənməsi ilə əlaqədardır. 

“Sərhədlər uzanıb və çoxalıb. Bəzi sərhəd məntəqələri yaşayış yerlərindən uzaq, əhali olmayan yerlərdədir. Orda da təhlükəli vəziyyət və ünsiyyət problemi yaranır. Əlbəttə ki, bu hərbçilərə fiziki və psixoloji təsir edir”. 

Ekspert onu da qeyd edir ki, Azərbaycanda silahlı qüvvələrin psixoloji hazırlığı yüksək səviyyədə deyil, onlar ekstrimal vəziyyətlərdə yaşamağa hazırlanmayıblar. 
Azad İsazadə ölümlərin çoxalmasına təsir göstərən daha bir səbəb kimi silahlı qüvvələrin üzərində vətəndaş nəzarətinin olmamasını görür. 

Azad İsazadə

“Hərbçilər hansı şəraitdə qulluq edirlər, yeməkləri, yatmaqları necədir? Bilmirik. Demokratik ölkələrin çoxunda silahlı qüvvələrin üzərində vətəndaş nəzarəti var. Bizdə də orduya vəkillər, QHT-lər, vətəndaş cəmiyyəti nümayəndələri nəzarət etməlidir.

Ordunun içində baş verənləri görmürük, sadəcə versiyaları eşidirik. Bu da nə qədər obyektivdir? Cavab vermək çətindir”.
Ekspertin dediyinə görə, vətəndaş nəzarətinin olmamağı həm də orduda “dedovşina”ya səbəb olur. 

“Tələskənliyə yol verməklə qaş düzəldən yerdə gözü də çıxarmayaq”

Hərbi ekspert Üzeyir Cəfərov isə hələlik bu məsələ barədə fikir səsləndirməyin etik olmadığını söyləyir.

“Hadisənin detallarını bilmirik, rəsmi açıqlama gözləyək. Ondan sonra nəsə deyə bilərik. Mən DSX-nin xidmətinə kölgə sala bilmərəm. Rəsmi açıqlama olmayanadək hər hansı fikir səsləndirmək etikadan kənar olar və istintaqı fərqli istiqamətə yönəldər”,- Ü.Cəfərov belə deyir. 

Üzeyir Cəfərov

Ekspert bildirir ki, insan həyatı ilə bağlı olan məsələlərdə DSX da açıqlama verməyə tələsməməlidir. 

“DSX özbaşına deyil, məlumatı araşdırmalıdırlar. Güc strukturları sifarişlə işləmir, tabeli qurumlardır və Prezidentə tabedir. Tələskənliyə yol verməklə qaş düzəldən yerdə gözü də çıxarmayaq”.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo