180 ölkə arasında 167-ci - Azərbaycanda Mətbuat Azadlığı Günü qeyd olunur
RNZ
Bu gün jurnalistika fəaliyyətinin 130-dan çox ölkədə məhdudlaşdırıldığı bir dünyada Beynəlxalq Mətbuat Azadlığı Günü qeyd olunur.
3 may - Mətbuat Azadlığı Günü 1993-cü ildə UNESCO-nun tövsiyyəsi əsasında BMT-nin Baş Assambleyası tərəfindən təsis edilib.
BMT-nin Baş katibi Antonio Gutyerres deyir ki, heç bir demokratiya şəffaf və inamlı informasiyaya əlçatımlıq olmadan tam deyil.
Azərbaycan Konstitusiyasının 47-ci maddəsində “Hər kəsin fikir və söz azadlığı”nın, 50-ci maddədə isə “Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı”nın olduğu bəyan edilir.
Lakin son illər ifadə və mətbuat azadlığı sahəsində qanunvericiliyə çox sayda məhdudlaşdırıcı dəyişikliklər edilib.
Məsələn, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna III fəslin əlavə olunması və “Telekommunikasiya haqqında” Qanuna dəyişikliklər dövlət qurumuna rəsmi qaydada, bəzən də məhkəmə qərarı olmadan belə elektron resurslara ölkə daxilində girişi bloklamaq hüququ verib.
Hazırda Azərbaycanda 7 tənqidi xəbər saytına - "Azadlıq Radiosu", “Azadlıq”qəzeti, “Meydan” TV, “Turan” TV, “Azərbaycan saatı” proqramı, “xural.com” və “bastainfo.com” resurslarına giriş məhkəmə qərarı ilə məhdudlaşdırılıb.
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununu 2005-ci ildən bəri 30-dək dəyişikliyə məruz qalıb. 2018-ci ildə onun 30.1 maddəsinə dəyişiklik olunub.
Buna qədər qanun həmin informasiyaları öz saytlarına yerləşdirməklə bağlı qurumların üzərinə vəzifə qoyurdu. Amma dəyişiklikdən sonra informasiya sahiblərinin illik maliyyə fəaliyyəti, dövlət büdcəsindən verilən vəsaitdən istifadəyə aid olan məlumatlar birbaşa sayt üzərindən deyil, Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydalar əsasında açıqlanır.
Ekspertlərin fikincə, bu dəyişikliklər rəsmilərin söylədiyi kimi şəffaflığa deyil, daha çox qapalılığa xidmət edir.
"Sərhədsiz Reportyorlar" 2021-ci il aprelin 20-də Dünya Mətbuat Azadlığı İndeksini açıqlayıb.
Hesabatda qeyd olunur ki, 44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycanda internetin məhdudlaşdırılması jurnalistlərin işinə maneələr yaradıb. Azı yeddi jurnalistin xəsarət aldığı, xəbərləmə işinin əngəlləndiyi bildirilir.
Buna baxmayaraq, Azərbaycan indeksdə bir pillə irəli gedərək 167-ci yerə qalxıb.
Qonşu Ermənistan 2 pillə geriləyərək 63-cü, Gürcüstan isə 60-cı yerdə qərarlaşıb.
Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə mətbuat azadlığının məhdudlaşdırılması, jurnalistlərin həbsi və onlara təzyiq edilməsi ilə bağlı tənqid edilib.
Hökumət bu tənqidləri əsassız hesab edir. Prezident İlham Əliyev Azərbaycanda mətbuat azadlığının qorunduğunu deyir. Amma hakimiyyəti tənqid edən ən azı üç jurnalist və bloqqer hələ də siyasi motivli ittihamlarla həbsdədir. 2020-ci ilin noyabrında journalist Polad Aslanov vətənə xəyanət ittihamı ilə 16 il həbs cəzasına məhkum edilib. Jurnalist Araz Quliyev və Elçin İsmayıllı həbs cəzalarını çəkməyə davam edirlər.
Ölkədə öldürülən, cinayət işinin üstü açılmayan jurnalistlər də var. Belə ki, “Monitor” jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı binanın blokunda güllələnərək qətlə yetirilib.
Yazıçı-publisist Rafiq Tağı 2011-ci il noyabrın 19-da işdən qayıdarkən evinin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb əməliyyat olunsa da, noyabrın 23-də vəfat edib. Hər iki qətllə bağlı həbs edilən yoxdur.
Jurnalist Rasim Əliyev “Qəbələ” futbol klubunun hücumçusu Cavid Hüseynovun xarici jurnalistlə davranışı haqqında sosial mediada yazdığı tənqidi statusdan sonra özünü futolçunun qohumları kimi təqdim edən bir qrup şəxs tərəfindən döyülmüşdü. Rasim Əliyev bir gün sonra xəstəxanada vəfat edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?