Siyasət

20 Yanvar: "Qorbaçov Buşdan soruşmuşdu ki..."

20 Yanvar, 2021
2089

BBC

“Hamı bir-birinə oxşayırdı həmin səhər: boynu bükük, başı aşağı. Dərd bir gecədə insanları cılızlaşdırmış, qocaltmışdı”.

Əzizə Abdullayeva 20 Yanvar hadisələrini belə xatırlayır.

Həmin vaxtlar Əzizə Abdullayevanın  45 yaşı olub.

O, anası və qardaşları ilə birgə işlədiyi fabrikin yataqxanasında yaşayırmış.

Əzizə Abdullayeva deyir ki, hadisədən hələ günlər öncə ixtişaş ehtimalı ilə  insanların silahları yığılıb: “Yanvarın 18-dən başlayaraq Bakıdakı müxalif hava daha da dinamikləşdi. Sanki insanlar da, rəhbərlik də bir-birindən xəbərsiz bu günə hazırlaşırdı”.

“Yanvarın 18-də  hər kəsdə qəribə bir əhval ruhiyyə vardı. Qapıdan çıxanda dedilər, hay-küy var, yenə mitinqdir. Mitinqlərdə isə deyirdilər ki,  “birinci katibə ölüm"". Sizə deyim o mitinqlərə yığışan insanların heç də hamısı şüurlu şəkildə ora toplanmamışdı. Çaş-baş qalmış və hay-küyə çıxmış insanlara deyirdilər ki, bizə qatılmayan ermənidir. O axınla bir də özümüzü Əhmədli metrosu yanında tapdıq”, - deyə o xatırlayır.

 FOTO:BBC

Abdullayevanın sözlərinə görə, yanvarın 19-u əvvəlki günlərə nisbətən daha sakit başlasa da, sonradan vəziyyət əksinə dəyişib: “Xəbərlər gəlirdi ki, Bakıda aeroport tərəfindən ardıcıl atəş səsləri eşidilir. Bizim qaldığımız yataqxana mərkəzə daha yaxın olduğundan güllə səsləri daha rahat eşidilirdi. Düzü, nə baş verdiyini bilmədiyimizdən əvvəlcə göydəki parıltıları fişəng zənn etmişdik. Sən demə, başımızın üstündən uçan “fişənglər” ölüm saçırmış…”.

Ə.Abdullayeva deyir ki, o zamanlar hadisələrin faciəvi hal alacağını kimsə təxmin etməyib: “Hamıda elə bir təəsürat vardı ki, qorxutmaq üçün belə edirlər. Həm də bizi niyə öldürsünlər axı?”.

"Həmin vaxt küçədəki insan axınına qoşulan şahid bildirir ki, artıq hay-küy bütün şəhəri bürümüşdü. Kimsə avtobusun üstünə çıxıb kütləyə səsləndi ki, hamı küçələrə, evlərdən çıxın. Sonra dedilər ki, Pənah Hüseynovdur bu çağırışı edən. Biz bu səsləri izləyib, Biləcəri tərəfdən gələn qoşunun qarşısını kəsməyə gedərkən özümüzü tankın, tüfəngin içində tapdıq”, - o deyir.

 

 FOTO:BBC

Hadisə şahidinin fikrincə, müdafiə daha çox iki istiqamətdə gücləndirilib: "İnsanlar özlərini sipər etmək üçün “Salyanski kazarma” və Bakı Aereportu istiqamətində yığışırdı. Gözümün qabağından heç getməz: içində həm adamlar, həm də əsgərlərin olduğu sarı avtobus vardı. İçindəki adamlar qışqırırdılar ki, qaçın, gizlənin". 

"Həmin vaxt neçə adamı elə avtobusun qapısındaca güllələdilər. Bizsə  güllə səsindən hürküb,  evə doğru qaçdıq. Hamı öz canının hayındaydı artıq. Bircə anam məni və qardaşlarımı səsləyirdi: Əzizə, Hikmət, Nazim qaçın evə...”, - Ə.Abdullayeva duyğulanır.

 FOTO:BBC

“Qardaşlarım yataqxanın binasından yerə tullanıb qaçdılar küçəyə. Anamla mən qaldığımız yataqxanaya sığınmalı olduq. Bir az əvvəl küçədən gördüyümüz əsgərlər gəlib doluşdular yataqxananın binasına. Binanın girişi və çıxışı bir qapıdan idi. Əsgərlər binaya doluşanda hamımızın ağlından necə öləcəyimiz keçirdi. Həmin axşam yataqxanaya ölü bir sakitlik çökdü. Aləmin bir-birinə dəyəcəyini gözlədiyimiz həmin dəqiqələrdə gecə dözülməz dərəcədə sakit keçdi. Əsgərlər yatdı, bizsə keşik çəkdik”, - hadisə şahidi danışır. 

Ə.Abdullayeva danışır ki, çoxlarları o əsgərlərin sülh yaratmaq üçün gəldiyini düşünürdü: "Binada yaşayanlardan bəziləri onlara konfet, çay gətirərkən xəbərsizdilər ki, bizi qıranlar elə bunlardır. Səhər açılar-açılmaz anam dedi ki, gedək qardaşlarını axtarmağa”.

“Bir ümidlə, bəlkə, Montində (Nərimanov) yaşayan bacımgilə gedərlər deyə onları tapmaq üçün metroya doğru yollandıq. O vaxt küçədə öz əzizini axtaran tək biz deyildik. Kimsi yoldaşını, nişanlısını, kimsi də  qardaşını axtarırdı. Əsgərlərsə gecə o qədər yorulmuşdu ki, kimsəyə toxunmur, səhər sadəcə çiyinlərində silah bizə göz qoymaqla məşğul idilər. Alışdığımız o qarışıq Bakı metrosunda milçək vızıldasa eşidilərdi bəlkə də. Hər kəs qəmgin, çarəsiz”, - Əzizə Abdullayeva belə deyir. 

Dediyinə görə, qardaşlarını bacısıgildə də tapmayıb, tam ümidlərini üzdükləri vaxtda xəbər gəlib ki, onlar xəstəxanada yaralılara kömək edirmiş. Beləcə Ə.Abdullayeva da həmin gün ağır yaralılar üçün xəstəxanada qan verməli olub: “Daha sonra əlində quran tutmuş 2-3 qadınınmüşayəti ilə Azadlıq (Lenin) meydanına üz tutduq. Məncə, əksəriyyət “Artıq olan olub, nə baş verəcəksə burda verəcək” düşüncəsiylə meydana yığışırdı. O zaman Azadlıq meydanı dayaq yeri olmuşdu hamı üçün. Orada şəhidlər üçün yasin oxuyur, milli birlik göstərirdik. Sovet hökümətindən biz o gün imtina etdik əslində...”.

“Qanunu pozan millətçi ekstremistlər”, yoxsa “ömrünü uzatmaq istəyən SSRİ”

1988-ci ildə Azərbaycan SSR Sovet İttifaqının ən konservativ respublikalarından biri sayılırdı. Hakimiyyət və müxalifət münasibətləri isə  kompromisdən daha çox sanki ədavət yolunda irəliləyirdi.

Sovet sosializminin ədalətinə inam azalarkən insanlar müstəqil olmaq yolunda həmrəylik göstərirdilər. Bir il sonra 1989-cu ildə dekabrın 31-də Naxçıvan-İran arasındakı sərhədlərin sökülməsi də bu inancı qüvvətləndirən səbəblərdən biri hesab olunur.

Politoloq Zərdüşt Əlizadə isə 20 Yanvarın baş verməsini belə əsaslandırırdı: “20 Yanvardan cəmi iki ay əvvəl Malta yaxınlığında sovet ticarət gəmisinin göyərtəsində ABŞ prezidenri Corc Buş və Sov.İKP MK-nın Baş Katibi Mixail Qorbaçov ən yüksək səviyyədə danışıq aparan zaman Qorbaçov soruşmuşdu:

- Sovet hökuməti bəzi qüvvələrə qarşı zor tətbiq etməyə məcbur olsa, Qərb buna necə yanaşar?

ABŞ Prezidenti Buş demişdi:
- Əgər zor dinc siyasi mübarizə aparan demokratik qüvvələrə qarşı tətbiq edilsə, biz kəskin tənqidi mövqe tutacağıq. Zor qanunları pozan dağıdıcı qüvvələrə qarşı tətbiq edilsə, biz buna anlaqlı yanaşacağıq..”.

Qısaca politoloqun qənaətincə, Corc Buşun nəzərdə tutduğu “qanunu pozan dağıdıcı qüvvə” Azərbaycan Xalq Cəbhəsi üzvləri oldular.

Amerikalı politoloq Paul Goble isə 20 Yanvar hadisəsini belə təsvir etmişdi: "Sovet İttifaqının öldüyü yer və gün”.

Zərdüşt Əlizadə isə deyir ki, AXC üzvləri də qazandıqları rəğbəti 20 Yanvarda itirdilər: “Əbülfəz Elçibəy elə-hey təkrar edirdi ki, mən bu qədər adamın qırılacağını təsəvvür etməzdim”.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşun hissələri qabaqcadan fövqəladə vəziyyət elan edilmədən Bakıya girib. Gecəyarı fövqəladə vəziyyət tətbiq olunsa da, şəhər sakinləri bundan xəbərsiz olublar. 

SSRİ rəhbəri Mixail Qorbaçov yanvarın 19-da Bakıda fövqəladə vəziyyət elan etməsini isə azərbaycanlılarla ermənilər arasında "milli düşmənçilik" və dövlət çevrilişinə cəhdi kimi göstərmişdi.

Sonralar Qorbaçov bu qərarı siyasi karyerasının "ən böyük səhvi" adlandırsa da, hadisəni tədqiq edən insan haqları təşkilatları deyirdilər ki, Sovet qoşunlarının reaksiyası həddən artıq zorakı olub.

2 gün ərzində 137 nəfər öldürülmüş, 700-dək insan yaralanmış, 800-dən çox adamın isə qanunsuz həbs edilmişdi.

Ancaq 20 Yanvar Sovet İttifaqının ömrünü uzada bilmədi. Həlak olanların dəfnində iştirak edən minlərlə adam etiraz olaraq tətilə başladı.

 Rəsmi matəmsə 40 gün davam etdi. 

20 Yanvar hadisələrindən sonra başlayan kütləvi etirazlar və nümayişlər nəticəsində Azərbaycan 1991-ci ildə Sovet İttifaqından çıxıb, müstəqillik əldə etdi.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo