Siyasət
Atəşkəs növbəti dəfə pozulub
6 Avqust, 2020
607
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şuraabad, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Siyasət

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

6 Mart 2021

"Sputnik"

Martin 6-ı Azərbaycan Xalq Cümhuriyyətinin - Şərqin ilk demokratik respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. “Toplum TV” M.Ə.Rəsulzadənin ömür yolu haqqında Nəsiman Yaqublununun məqaləsini təqdim edir.   1884-cü il 31 yanvar – M.Ə.Rəsulzadə Bakı quberniyası Bakı qəzasının Novxanı kəndində, axund Hacı Molla Ələkbərin ailəsində dünyaya gəlib. 1901-1903-cü illər – İlk təhsilini bu kəndin axundu olan atasından alıb. Sonradan Bakı şəhərində Sultan Məcid Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci “Müsəlman və Rusi” məktəbində, eləcə də Bakı Texniki məktəbində rus dilində təhsil alıb. 1903-cü il – “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi”ni yaradır. Gizli fəaliyyət göstərən bu təşkilatın əsas vəzifəsini...
Siyasət

YAP İdarə Heyətinin yeni üzvləri məlum oldu

5 Mart 2021

Report

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb. 40 nəfərdən Yenilənmiş İdarə Heyətində bu şəxslər yer alıb: 1. İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri 2. Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti 3. Tahir Mirkişili 4. Cavid Osmanov 5. Sadiq Qurbanov 6. Hikmət Babaoğlu 7. Elşad Mirbəşiroğlu 8. Azər Badamov 9. Şahin İsmayılov 10. Ramin Məmmədov 11. Kamal Cəfərov 12. Əli Əhmədov 13. Mübariz Qurbanlı 14. Eldar İbrahimov 15. Bahar Muradova 16. Mixail Zabelin 17. Vasif Talıbov 18.İsmayılov Amin 19. İsgəndərov Anar 20. Əliyev Rauf 21. Əzizov Eldar...
Seçilmiş Videolar