Siyasət
Azərbaycan Fransaya nota verdi
26 Noyabr, 2020
Baxış: 159
Fransa Senatının qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasına çağırışla bağlı qəbul etdiyi qətnaməyə görə, Azərbaycan Fransaya nota verib.  

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva noyabrın 26-da "Haber Global” telekanalına müsahibəsində deyib. Məsələ ilə əlaqədar olaraq, Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. 

"Fransa Senatının qətnaməsinin hər hansı hüquqi hökmü yoxdur. Ancaq Senat Fransanın qərar qəbul edən orqanıdır və bu siyasi baxımdan əhəmiyyətlidir", - Leyla Abdullayeva açıqlamasında deyib və əlavə edib ki, uzun müddət ATƏT Minsk Qrupunun həmsədri olan Fransada belə bir qərarın qəbul edilməsi onun bitərəfliyini sual altına qoyur. 

"Fransa Senatının qərarı beynəlxalq hüquqa ziddir”, - deyə XİN sözçüsü vurğulayıb.

Siyasət

Daha 31 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verildi

27 Yanvar 2021

Al Jazeera

Daha 31 erməni hərbçisinin meyiti Füzuli rayonu istiqamətindən Ermənistana təhvil verilib. "Sputnik Ermənistan"ın yanvarın 27-də verdiyi məlumata görə, erməni tərəfi meyitlərin kimliyinin müəyyən olunması üçün ekspertiza təyin edib. İlkin məlumata görə, meyiti qaytarılanlar könüllülərdir və bəzilərinin üzərində sənədlər də var. Azərbaycan daha əvvəl də 30 erməni hərbçisinin meyitini qarşı tərəfə vermişdi. Ümumilkdə, işğaldan azad olunan ərazilərdə indiyədək 1318 erməninin meyitinin tapıldığı bildirilib.
Siyasət

Ramin Quluzadəyə yeni vəzifə verildi

26 Yanvar 2021

PRESIDENT.AZ

Oqtay Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev yanvarın 26-da sərəncam imzalayıb. Prezidentin rəsmi saytının məlumatına görə,  İlham Əliyev digər sərəncamı ilə Ramin Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.
Seçilmiş Videolar