Siyasət

2021-ci ilin ən mühüm hadisələri

30 Dekabr, 2021
1345

Rəsmi səhifə

2021-ci ili yekunlaşdırmağa sayılı günlər qalıb. Hər il olduğu kimi bu il də özünəməxsus olaylarla yadda qaldı.   

"Toplum TV” ötən ilin  5 ən mühüm hadisəsini təqdim edir:

Pandemiya ikinci ilində

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2021-ci ildə dünyada təxminən 3,5 milyon insan koronavirusdan ölüb. Bununla belə, elm adamlarının gəldiyi qənaətə görə, vaksinasiya prosesi xəstəxanada yerləşdirilən koronavirus xəstələrinin və bu xəstəlikdən ölənlərin sayının azalmasına səbəb olub. 

Bu ilin yanvarında Azərbaycana da ilk dəfə koronavirus əleyhinə vaksin gətirilib, yanvarın 18-dən vaksinasiya prosesi başlanıb. İlkin mərhələdə Azərbaycan 4 milyon doza Çinın “CoronaVac”  şirkətinin istehsalı olan “Sinovac” vaksini alıb. Hazırda isə ölkədə “Sinovac”, “AstraZeneca/Vaxzevria”, “Biontech/Pfizer” və “Sputnik V” vaksinləri istifadə olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumatına görə, indiyədək koronavirus əleyhinə 14 092 460 vaksin gətirilib, vurulan vaksinlərin ümumi sayı 11 286 004 (29 dekabr tarixinədək) ədəddir.

Eurasia.net

Vaksinasiya prosesindən sonra ölkədə sərt karantin rejiminin yumşaldılması prosesi başlanıb. May ayından etibarən açıq havada maska taxmaq məcburiyyəti aradan qaldırılıb. Bakı metrosu, məscid və digər ibadət yerləri, iri ticarət mərkəzləri və “mall”lar fəaliyyətini bərpa edib, toy, nişan, ad günləri keçirilməsinə icazə verilib. Bununla belə, qapalı məkanlarda maska taxmaq məcburiyyəti davam edir, insanlar ictimai iaşə müəssisələri, mehmanxanalar və iri ticarət mərkəzlərinə “COVID-19 vaksin sertifikatı” ilə daxil ola bilirlər.

Toyların keçirilməsi mümkün olduğu halda yas mərasimlərinə qoyulan qadağa davam etməkdədir. Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümovun açıqlamasına görə, yas mərasimlərində COVID pasportunu yoxlamaq çətin olduğundan məhdudiyyət hələlik qüvvədə qalacaq.

İran – Azərbaycan gərginliyi

Bu ilin  sentyabr – oktyabr ayları Azərbaycan və İran arasında münasibətlərin gərgin olması ilə yadda qaldı. Əvvəlcə qeyri-rəsmi şəxslər arasında olan söz savaşına sonradan rəsmi Tehran və Bakı da qoşulub.

İki ölkə arasında münasibətlər Azərbaycanın Ermənistandakı Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində iranlı sürücülərdən gömrük rüsumu tələb etməsindən sonra kəskinləşib.

Buna kimi Azərbaycan rəsmi və qeyri-rəsmi kanallarla İrandan Dağlıq Qarabağa yük daşımağı dayandırmağı tələb edib, amma rəsmi Bakı deyir ki, bunun nəticəsi olmadığı üçün Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində nəzarəti bərpa etməli olub.

Bundan sonra İran Azərbaycanı öz ərazisində “beynəlxalq terrorizmin və sionizmin” fəaliyyətinə icazə verməkdə ittiham etməyə başlayıb. Oktyabrın 1-də  İran quru qoşunları Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlərə başlayıb. Azərbaycan isə öz növbəsində İranın Ali ruhani lideri Ayətulla Əli Xameneyinin Bakı nümayəndəliyinin ofisini bağlayıb. Cəbrayıla səfəri zamanı Prezidenti İlham Əliyev çıxışında İranın Azərbaycanla bağlı addımlarını tənqid edib. O həmçinin İsrailə məxsus “Harop” pilotsuz uçuş aparatı ilə şəkil çəkdirib.

Rəsmi səhifə

Oktaybrın sonundan isə İran-Azərbaycan münasibətlərində nisbətən “yumşalma” başlayıb. Ölkələr ikitərəfli əməkdaşlığı gücləndirmək və müştərək komitə yaratmaq qərarına gəlib.  İrana Azərbaycandan əlavə avtomobil yolunun, körpünün tikintisi və yeni gömrük məntəqəsinin qurulması planlaşdırılıb. İran həmçinin Qarabağın bərpasında iştirak etmək istədiyini açıqlayıb.

Müharibədən sonra ən böyük hərbi toqquşma

İkinci Qarabağ Müharibəsindən sonra 2020-ci il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri hərbi əməliyyatları tam dayandıran üçtərəfli bəyanat imzalayıblar.

Bəyanatdan sonra sərhəddə ara-sıra atışmalar olsa da, bu il noyabrın 16-da iki ölkə arasında baş verən döyüş əməliyyatları müharibədən sonra baş verən ən irimiqyaslı hərbi insident kimi yadda qalıb.

Sərhəddə baş verən hərbi toqquşmalar zamanı Azərbaycan 7 hərbi qulluqçusunun həlak olduğunu, 10-nun yaralandığını bildirib.  Ermənistan tərəfi isə 1 hərbi qulluqçusunun həlak olduğunu, 13-nün əsir düşdüyünü açıqlayıb.

Açıq mənbələrdən götürülüb

Azərbaycan tərəfi sərhəddə baş verən hadisələrə görə məsuliyyətin tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü, Ermənistan isə təxribatı məhz Azərbaycanın törətdiyini söyləyib. 

Sərhəddəki münaqişə Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla, eləcə də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun azərbaycanlı və erməni həmkarları ilə telefon danışığından sonra dayanıb.

Atışmadan sonra dövlət rəsmilərinin ilk görüşü Soçidə baş tutub. Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə noyabrın sonlarında İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya mexanizmlərinin yaradılması barədə razılığa gəlinib.

Dövlət rəsmilərinin növbəti görüşü isə dekabrın 14-də Brüsseldə baş tutub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşdə İ. Əliyev və N. Paşinyan razılaşıblar ki, Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə planlaşdırılan danışıqların başlanması kontekstində yerlərdə gərginliyin azaldılması və əlverişli atmosferin yaradılması üçün əlavə ciddi addımlar atılacaq.

“Qaraheybət” qəzası

Noyabrın 30-da Dövlət Sərhəd Xidməti Xızıdakı “Qaraheybət” aviasiya poliqonunda planlı təlim uçuşları keçirən helikopterin qəzaya uğraması xəbərini yayıb.

Qəza nəticəsində 14 nəfərin həlak olduğu, 2 nəfərinsə yaralandığı deyilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Report

Prokurorluğun məlumatında, həmçinin yaralı hərbçi Ramil Ədilovun “Real TV”-yə açıqlamasında  helikopterin qəzaya uğraması faktında kənar müdaxilənin olması ehtimalı istisna olunub.

Bəzi müstəqil ekspertlər isə hadisəylə bağlı rəsmi qurumların açıqlamalarının yetərli olmadığını, yüksək rütbəli hərbçilərin eyni anda helikopterdə olmasının qanun pozuntusu olduğunu söyləyib, “qara qutu” açılmadan kənar müdaxiləni necə  istisna etməyin mümkün olduğunu sorğulayıblar.

Nəhayət dekabrın 20-də helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev məsələ ilə bağlı yekun açıqlama verib. Onun dediyinə görə, pilotlar küləyin axını istiqamətində olan zaman enmə əməliyyatı hərəkətə keçirdikləri üçün qəza baş verib. Enmə əməliyyatı başqa istiqamətdə olsaydı bu hadisə baş verməyəcəkdi.

Pandemiya dövrünün ilk mitinqləri

Dekabrın 1-i və 15-də Bakının “Fəvvarələr Bağı” kimi tanınan ərazisində Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmovun azadlığa buraxılması tələbiylə aksiya keçirilib.

Birinci aksiyanın ictimai fəallar – Mete Türksoy və İlkin Rüstəmzadə, ikincisinin isə Fransada yaşayan jurnalist Qənimət Zahid tərəfindən təyin edildiyi bildirilir.

Hər iki aksiya polis müdaxiləsiylə dağıdılıb. Bundan başqa aksiya vaxtı təşkilatçı Mete Türksoy və bir neçə fəalın saxlanıldığı bildirilib. Aksiyada ən çox Milli Şuranın üzvü Tofiq Yaqublu xəsarət alıb, o, dəfələrlə döyülüb.

Sosial Media

Həmçinin AXCP üzvü Paşa Dadaşzadənin qolu qırılıb, çox sayda şəxslər də yüngül xəsarətlər alıb.

Dekabrın 2-də isə Bakının Səbail rayon məhkəməsi etiraz aksiyası zamanı saxlanılan beş fəalın inzibati qaydada həbsi barədə qərar çıxarıb.

Sonuncu aksiyadan bir gün sonra "Amensty International" təşkilatı Azərbaycanda polisin davranışını pisləyən bəyanat yayıb.

"Azərbaycan hakimiyyəti siyasi müxalifətə qarşı repressiyalarını davam etdirir, ifadə və dinc toplaşma azadlığı hüquqlarını pozaraq dinc etirazlara sərt münasibət göstərir. Azərbaycan polisi tərəfindən dinc etirazçılara qarşı zorakılıqla həbslərə, işgəncələrə və digər pis rəftarlara son qoyulmalıdır", - deyə bəyanat mətnində qeyd olunub.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo