Siyasət

“3+3”, yoxsa “3+2”? - “Bu platforma Azərbaycanın milli maraqlarına ziddir”

Məzahir Abdurahmanov
10 Dekabr, 2021
905

Flicr

“Bu platformanın məqsədi ilk öncə Qərbi Cənubi Qafqaz bölgəsinə buraxmamaq və Cənubi Qafqazı tamamilə dünyadan təcrid etməklə avtoritar rejimlərin təsiri altında saxlamaqdır”.

Siyasi ekspert Azər Qasımlı “3+3” formatındakı platforma haqqında “Toplum TV”-yə danışarkən belə deyib.

Bu gün, dekabrın 10-da Rusiyanın paytaxtı Moskvada "3+3” formatında platformanın ilk iclası baş tutacaq. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirlərinin müavinləri iştirak edəcək. Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsi dekabrın 8-də açıqlama yayaraq bildirib ki, regional platformanın ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Gürcüstan isə platformada iştirak etməyəcəyini bildirib.

“Bu təşəbbüs “3+3” formatında platforma adlandırıla bilməz”

Siyasi şərhçi Azər Qasımlı ümumiyyətlə, “3+3” formatının mövcud olmadığını bildirir: “Hazırda söhbət “3+2” formatından gedə bilər. Çünki Gürcüstan hakimiyyəti açıq şəkildə bəyan edib ki, o, platformada təmsil olunmayacaq. Ona görə də bu formatı “3+3” kimi təqdim etmək manipulyasiya və yalandan başqa bir şey deyil”.

Bunu da oxu: Azərbaycan Demokratiya sammitində iştirak etməməklə nə itirir?

Siyasi şərhçi Rauf Mirqədirov da deyir ki, bu təşəbbüs “3+3” platforması adlandırıla bilməz: “Çünki Gürcüstan bu platformada iştirak etmir. Onun yaxın gələcəkdə bu platformada iştirak etməsi gözlənilmir”.

Rauf Mirqədirov - Sosial Media​​​​​​

Yerli mətbuatın yazdığına görə, “3+3” formatında platformanı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 44 günlük müharibədən sonra irəli sürüb. Platforma Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, Türkiyə, İran regional əməkdaşlığını ehtiva edir.

İlham Əliyev platformanın əhəmiyyəti barədə danışarkən belə  deyib: “Bu, nəinki müharibədən sonrakı məsələlərə, eləcə də, ümumiyyətlə, bizim bölgədə regional inkişafa xidmət edəcək. Çünki əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək”.

Rəcəb Tayyib Ərdoğan də “3+3” formatı haqqında danışarkən deyib ki, 6-lıq platformanın Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran və qəbul ediləcəyi təqdirdə Gürcüstanın qoşulması ilə aktivləşməsi regional sülhü isbatlamış olacaq.

Rəsmi səhifə

Sonradan Gürcüstandan savayı digər ölkələ platformada təmsil olunacaqlarını bəyan ediblər. Rəsmi Tbilisi isə ərazilərini işğal edən Rusiya ilə hansısa əməkdaşlıq platformasında yer almaq niyyətində olmadığını bəyan edib.

 “Xarici işlər nazirinin parlamentdəki sonuncu dinləmə zamanı məsələ ilə bağlı çıxışı da daxil olmaqla, Gürcüstan Xarici İşlər Nazirliyi "3+3" regional əməkdaşlıq təşəbbüsü ilə bağlı mövqeyini dəfələrlə aydın şəkildə vurğulayıb. Biz bu formatda iştirakı nəzərdən keçirməyəcəyik və ona görə də Gürcüstan dekabrın 10-na təyin edilmiş iclasda təmsil olunmayacaq”,- deyə Gürcüstan XİN-in dekabrın 9-da verdiyi bəyanatda bildirilib.

Bir müddət əvvəl Gürcüstanda rəsmi səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austin Cənubi Qafqaz ölkələri regional əməkdaşlığı möhkəmləndirməli olduğunu söyləmişdi. Amma o, üstüörtülü şəkildə “3+3” formatı barədə ölkəsinin mövqeyini də ifadə etmişdi:

“Gürcüstan ərazisinin 20 faizini işğalda saxlayan Rusiyanın hər hansı bir əməkdaşlıq formatı barədə danışmazdan əvvəl 2008-ci ilin atəşkəs razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməsi daha yaxşı olardı".

Bəs bu platforma Azərbaycana nə qazandıracaq?

Azər Qasımlı hesab edir ki, Azərbaycanın bu platformada təmsil olunması düzgün qərar deyil: “44 günlük müharibədən sonra imzalanan 10 noyabr bəyanatı birbaşa Rusiyanın maraqlarına xidmət edir. Həmin sənədin imzalanmasıyla qalib gələn tərəf Rusiyadır. Çünki Dağlıq Qarabağ ərazisində Rusiyanın sülhməramlı missiyası adı altında hərbi kontingent yerləşdirilib. Bu isə, Moskvaya həm Azərbaycanı, həm də Ermənistanı nəzarət altında saxlamaq imkanı verir”.

Azər Qasımlı - Sosial Media

Siyasi şərhçinin sözlərinə görə, “3+2” formatı anti-Qərb platformasıdır: “Bu platformanın məqsədi ilk öncə Qərbi Cənubi Qafqaz bölgəsinə buraxmamaq və bölgəni tamamilə dünyadan təcrid etməklə avtoritar rejimlərin təsiri altında saxlamaqdır”.

““3+3” platformasının məqsədi düzgün və dəqiq müəyyənləşdirilməyib”

Bunu isə Rauf Mirqədirov deyir. Onun fikrincə, hələlik bu platformaya yalnız konsultativ birlik kimi baxmaq olar: “Bu platformanın dəqiq hansı sahaləri əhatə edəcəyi məlum deyil. Ümumiyyətlə, düşünürəm ki, bu platformanın gələcəyi yoxdur”.

Bunu da oxu: “Zəngəzur dəhlizi”nin təməli qoyuldu – Bəs dəhlizin həqiqətən açılması ehtimalı varmı?

R.Mirqədirov platformaya daxil olan ölkələrin maraqlarının bir-birinə zidd olduğunu da vurğulayır: “Bu platformaya daxil olan böyük dövlətlərin, yəni İran, Rusiya və Türkiyənin maraqları bir-birinə ziddir. Hər üçü genişlənməyə meyilli imperiyalardır. Onlar bir-birlərinə qonşu olduqları üçün birinin genişlənməsi digərinə sərf etmir. Bunu son aylar ərzində İran-Azərbaycan münasibətlərində baş verən hadisələrlə də izah edə bilərik. Məsələn, İranın Azərbaycana qarşı iddiaları yalnız Azərbaycan tərəfindən deyil, Rusiya və Türkiyə tərəfindən də dəstəklənmədi. Ona görə ki, Rusiya Cənub Qafqaz regionunu özünün müstəsna maraq dairəsinə daxil olan region sayır”.

Xatırlatma

Bu gün Moskvadan keçirilən görüşdən Gürcüstanın qəti şəkildə imtina etməsindən sonra tədbir "3+3" formatlı deyil, "3+2" formatlı görüş kimi adlandırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı gərginliyə görə Şarl Mişel İlham Əliyevə zəng edib

25 Mart 2023

Rəsmi səhifə

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də İlham Əliyevə zəng edib. Toplum TV xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı əsnasında Şarl Mişel Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. https://toplum.tv/siyaset/presmi-baki-ermenistana-xeberdarliq-edibp "Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə...
Siyasət

Rəsmi Bakı Ermənistana xəbərdarlıq edib

25 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Yerevana xəbərdarlıq edib. Toplum TV xəbər verir ki, bu barədə martın 25-də XİN bəyanat yayıb. Açıqlamada Ermənistanın Qarabağa qanunsuz silah daşıdığı qeyd olunub və buna görə Yerevanın məsuliyyət daşıdığı vurğulanıb. https://toplum.tv/siyaset/pqarabagda-gerginlik-azerbaycan-ordusu-herekete-keccedilibp Bildirilir ki, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. "Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi...

Seçilmiş Videolar

Toplum TV loqo